Previous Next
Bağla

Azərbaycan Türkmənbaşıdə keçirilən beynəlxalq nəqliyyat konfransında təmsil olunur

29-11-2018 11:39
Azərbaycan Türkmənbaşıdə keçirilən beynəlxalq nəqliyyat konfransında təmsil olunur

Noyabrın 28-də Türkmənbaşı şəhərində tranzit və nəqliyyat əməkdaşlığı haqqında “Lapis-Lazuli” Sazişinin iştirakçısı olan ölkələrin (Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə) nəqliyyat nazirlərinin beynəlxalq konfransı öz işinə başlayıb.

Xeberler.az  bildirir ki, konfransın işində Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.Nümayəndə heyətinin tərkibinə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov, “Azərbaycan Xəzər Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Taleh Ziyadov, Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalov, xarici işlər nazirinin müavini Xələf Xələfov, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə və digər rəsmi şəxslər daxildir.

Konfrans “Lapis-Lazuli” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması haqqında Sazişin müddəalarının qısa müddətdə həyata keçirilməsini təmin etmək məqsədilə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun sərəncamına müvafiq olaraq keçirilir.

Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov plenar iclasda çıxış edərək bildirib ki, Azərbaycan “Lapis-Lazuli” layihəsinin reallaşdırılması üçün əlindən gələni edəcək. Baş nazirin birinci müavini deyib ki, nəqliyyat sahəsi Azərbaycan-Türkmənistan tərəfdaşlığının strateji istiqamətlərindən biridir. Bu sahədə tranzit-nəqliyyat və logistika infrastrukturunun yaradılması və inkişaf etdirilməsi üçün geniş imkanlar var.

Yaqub Eyyubov Azərbaycan Prezidentinin bu günlərdə Türkmənistana rəsmi səfər etməsini xatırladaraq deyib ki, həmin səfər müddətində nəqliyyat sahəsində əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib. Səfər çərçivəsində imzalanmış 21 sənəddən 9-u tranzit-nəqliyyat əməkdaşlığına aiddir. Bu il Bakı və Türkmənbaşı şəhərlərində açılmış limanları “Lapis-Lazuli” nəqliyyat marşrutunun əsas yükaşırma məntəqələri adlandıran Y.Eyyubov bildirib ki, Bakı limanının yükaşırma qabiliyyəti birinci mərhələdə ildə 15 milyon tona, növbəti mərhələdə isə ildə 25 milyon tona bərabər olacaq. Tranzit-nəqliyyat əməkdaşlığını ölkələr arasında ticari-iqtisadi əməkdaşlığın mühüm amillərindən biri adlandıran Azərbaycan Baş nazirinin birinci müavini xatırladıb ki, Azərbaycan, Türkiyə və Gürcüstanın birgə səyləri ilə bir il bundan əvvəl istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu Asiyanı Avropa ilə birləşdirən ən qısa marşrutdur.

Xatırladaq ki, “Lapis-Lazuli” marşrutuna dair Saziş 2017-ci il noyabrın 15-də Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında Əfqanıstana dair VII regional iqtisadi əməkdaşlıq konfransında (RECCA - Regional Economic Cooperation Conference on Afghanistan) imzalanıb.

Bu sənədin reallaşdırılması regionun iqtisadi inteqrasiya səviyyəsini yüksəltməyə, ticarətin həcmini əhəmiyyətli dərəcədə artırmağa xidmət edir. “Lapis-Lazuli” beynəlxalq nəqliyyat dəhlizi həmin marşrut üzrə yükdaşımaların həcmini artırmaq üçün yeni imkanlar yaradır

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ramin Quluzadə Rumıniyanın Baş nazirinin müavini ilə görüşüb

Ramin Quluzadə Rumıniyanın Baş nazirinin müavini ilə görüşüb

17-03-2018
Nəqliyyat və rabitə üzrə Azərbaycan – Türkiyə İşçi qrupunun ilk iclası keçirilib   

Nəqliyyat və rabitə üzrə Azərbaycan – Türkiyə İşçi qrupunun ilk iclası keçirilib  

01-07-2022
Nəqliyyat və logistika üzrə işçi qrupun ilk iclası keçirilib

Nəqliyyat və logistika üzrə işçi qrupun ilk iclası keçirilib

27-02-2019
Prezident nazir Ramin Quluzadəyə yeni vəzifə verib

Prezident nazir Ramin Quluzadəyə yeni vəzifə verib

03-03-2020
Bakıda üçtərəfli görüş keçirilib

Bakıda üçtərəfli görüş keçirilib

09-09-2022
Ramin Quluzadə beynəlxalq forumda iştirak edir

Ramin Quluzadə beynəlxalq forumda iştirak edir

28-11-2017
Azərbaycan Regional Nəqliyyat Nazirləri Konfransında təmsil olunur

Azərbaycan Regional Nəqliyyat Nazirləri Konfransında təmsil olunur

24-10-2025
Azərbaycan və Koreya dəmir yolları rəhbərləri arasında görüş keçirildi

Azərbaycan və Koreya dəmir yolları rəhbərləri arasında görüş keçirildi

11-04-2019
Samir Məmmədov Rumıniya Prezidentinin müşaviri ilə görüşüb

Samir Məmmədov Rumıniya Prezidentinin müşaviri ilə görüşüb

19-06-2026
Azərbaycan Əfqanıstanı internet xidməti ilə təmin etmək istəyir

Azərbaycan Əfqanıstanı internet xidməti ilə təmin etmək istəyir

10-01-2019
Açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nəqliyyat nazirlərinin konfransı keçirilib

Açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nəqliyyat nazirlərinin konfransı keçirilib

17-08-2022
Nazir müavini Rövşən Rüstəmov Türkiyənin ticarət nazirinin müavini Rıza Tuna Turaqayla görüşüb

Nazir müavini Rövşən Rüstəmov Türkiyənin ticarət nazirinin müavini Rıza Tuna Turaqayla görüşüb

18-08-2022
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiq edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiq edilib

15-10-2018
Ramin Quluzadə çinli nümayəndə heyəti ilə görüşüb

Ramin Quluzadə çinli nümayəndə heyəti ilə görüşüb

18-11-2019
Nəqliyyat sahəsində Azərbaycan-Rusiya əməkdaşlığı yeni inkişaf mərhələsinə keçir

Nəqliyyat sahəsində Azərbaycan-Rusiya əməkdaşlığı yeni inkişaf mərhələsinə keçir

04-09-2018
Azərbaycan nümayəndə heyəti “Yeni İpək Yolu” forumunda iştirak edib

Azərbaycan nümayəndə heyəti “Yeni İpək Yolu” forumunda iştirak edib

02-10-2025
Nazirliyin kollegiyasının yeni tərkibi təsdiqlənib

Nazirliyin kollegiyasının yeni tərkibi təsdiqlənib

16-04-2018
Orta Dəhlizdə rəqəmsallaşmanın inkişafına dair protokol imzalanıb

Orta Dəhlizdə rəqəmsallaşmanın inkişafına dair protokol imzalanıb

10-02-2026
Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında təmsil olunub

Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında təmsil olunub

14-10-2021
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rusiyada səfərdədir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rusiyada səfərdədir

14-08-2019
Azərbaycan-Avropa İttifaqı biznes-forumu keçirilib

Azərbaycan-Avropa İttifaqı biznes-forumu keçirilib

05-06-2018
Nazir: “E-ticarət həcminin artırılmasında maraqlıyıq”

Nazir: “E-ticarət həcminin artırılmasında maraqlıyıq”

06-12-2017
Azərbaycan Rusiya ilə tranzit yükdaşımalarına dair saziş imzalayıb

Azərbaycan Rusiya ilə tranzit yükdaşımalarına dair saziş imzalayıb

22-12-2024
Nazir Rəşad Nəbiyev Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb

Nazir Rəşad Nəbiyev Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb

04-04-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə