Azərbaycan Texniki Universitetində (AzTU) yerləşən “Bilişim Vadisi Bakı”ya üzv olan 20 şirkətin nümayəndələri ilə görüş keçirilib.
Xebeler.az xəbər verir ki, “Bilişim Vadisi Bakı”nın direktoru Qamət Kərimov qonaqları salamlayaraq, görüşün əsas məqsədinin dövlət-universitet-sənaye sahəsində əməkdaşlıq imkanlarının qurulması, innovativ layihələrin həyata keçirilməsi istiqamətində müzakirələrin aparılması olduğunu bildirib.
AzTU-nun rektoru Vilayət Vəliyev dünyada texnopark anlayışının çox əhəmiyyətli məsələyə çevrildiyini bildirib. Rektor Bilişim Vadisi ilə əməkdaşlığın əsas hədəfinin Bilişim Vadisinə üzv şirkətlərin AzTU, eləcə də digər universitetlərə müəyyən texnoloji dəstəyin verilməsi olduğunu vurğulayıb.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun yaranması, əsas fəaliyyət istiqamətləri, hazırda icra edilən layihələr haqqında görüş iştirakçılarını məlumatlandırıb. Təhsilin İnkişafı Fondunun həm dövlət, həm özəl şirkətlər ilə əməkdaşlığa açıq olduğunu qeyd edən sədr, tərəfdaşlarla birgə sosial və biznes yönlü layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. Elnur Nəsibov iclasın keçirildiyi AzTU-da yerləşən Davamlı İnkişaf Mərkəzinin də Fondla əməkdaşlıq çərçivəsində qurulduğunu qeyd edib.
Görüş “Bilişim Vadisi Bakı”ya üzv olan şirkət nümayəndələrinin təqdimatları və müzakirələrlə davam edib
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri