“Texnologiya neftdən bahadır”

01-11-2017 / 16:32

Microsoft şirkətinin bazar qiyməti 17 il ərzində ilk dəfə 600 milyard dollara çatıb.

Dünyanın ən varlı insanlarından biri olan Bill Gates-in həmtəsisçisi olduğu Microsoft şirkətinin kapitallaşması 17 il ərzində ilk dəfə 600 milyard dollar təşkil edib.

Bu, oktyabrın 19-da şirkətin səhmlərinin 77,9 dollara hərraca çıxarılmasından sonra baş verib.

Qeyd edək ki, Microsoft-un kapitallaşması sonuncu dəfə 2000-ci ildə 600 milyard dollar olub.

İlin başlanğıcından Microsoft-un qiymət təyinetməsi 25,4% artıb. Bu da 2013-cü ildən etibarən ən yaxşı göstəricidir.

Beləliklə, kapitallaşması 600 milyard dolları ötən Microsoft dünyanın ən böyük şirkətlərinin üçlüyünə daxil olub. Birinci və ikinci  yerləri isə Apple (805,7 milyard dollar) ilə Alphabet (687,7 milyard dollar) şirkətləri bölüşdürür.

Xeberler.az bildirir ki, ekspertlər Microsoft-un bu yüksəlişini şirkətə 2014-cü ilin fevral ayından başçılıq edən atya Nadella-nın doğru staretgiyası ilə izah edirlər.

Kapitallaşmaya görə dünyanın ən məşhur şirkətlərinin  ilk beşliyinə daha iki yüksək texnologiya şirkəti daxildir: Mark Zuckerberg-in rəhbərlik etdiyi Facebook  (506,96 milyard) və Jeff Bezos başçılıq etdiyi  Amazon (473,95 milyard)  şirkəti.

Bu gün artıq texnologiyanın neftdən baha olduğunu qeyd edən mütəxəssislər bildiriblər ki, neft şirkəti olan Exxon Mobil 2000-ci ildən 2011-ci ilədək dünyanın ən varlı şirkətlərinin reytinqinə başçılıq edib.

 2011-ci ilin 3-cü rübündə onu Apple əvəz edib. Exxon Mobil sonuncu dəfə 2015-ci ildə ən varlı şirkətlərin üçlüyündə yer alıb. Hazırda bu şirkətin bazar qiyməti 350,58 milyard dollar təşkil edir.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə