PwC şirkəti Microsoft korporasiyası ilə birgə Azərbaycan Vergilər Nazirliyinin əməkdaşları üçün blokçeyin (Blockchain) texnologiyaları mövzusunda seminar keçirib.
Bu barədə Xeberler.az-a Microsoft Azerbaijan-dan məlumat verilib.
PwC Global Tax Administration Consulting-in komandası və Microsoft şirkətinin mütəxəssisləri seminar iştirakçılarına vergi hesabatlarının vergi qanunvericiliyinə uyğun hazırlanması, iqtisadiyyatın rəqəmsallaşması sahəsində ən son tendensiyalar və onun vergi sistemi və idarəetməsinə təsiri ilə bağlı məlumat verib.
Mütəxəssislər, həmçinin yeni texnoloji həll yollarından istifadə etməklə, effektiv vergi idarəetmə sisteminin yaradılmasına dair praktiki məsləhətlər verib.
Seminarda xüsusilə məlumatların real iş rejimində daha geniş auditoriyaya çatdırılması, eləcə də vergi ödəyiciləri və vergi orqanlarının həmin məlumatların düzgünlüyünə etibar edə biləcəyi sistemin yaradılmasında blockchain texnologiyasının imkanları müzakirə edilib. Seminarın proqramında PwC və Microsoft şirkətinin aparıcı ekspertləri 30-dan çox vergi mütəxəssisləri üçün interaktiv sessiyalar təşkil ediblər.
Seminar çərçivəsində Microsoft Azerbaijan şirkətinin Biznesin inkişafı üzrə meneceri Emin Axundov “Vergi texnologiyalarının ekosistemi” mövzusunda təqdimatla çıxış edib və bildirib ki, blockchain bir çox sahədə olduqca ciddi gizli problemlərin aradan qaldırılmasına imkan yaradır.
Hazırda kommersiya qurumları arasında hesablaşmalar mənfəətsiz xərclər tələb edir, halbuki blockchain texnologiyası bu prosesi sadə əməliyyatadək çatdıra bilərdi. Sözügedən texnologiyalar sayəsində innovasiyalar geniş yayıla bilər ki, bununla da biznesin idarəedilməsi bir qədər də sadələşər.
“Microsoft – dünya blokçeyn texnologiyaları bazarında ən iri iştirakçılarındandır. Biz öz bilik və texnoloji imkanlarımızla bölüşməyə hazırıq. Əminəm ki, sözügedən təşəbbüs Azərbaycanın innovasiya inkişafı üün əlverişli mühitin formalaşmasına yardım edəcək, sahibkarlar, vətəndaşlar və hökumət arasında dialoqu möhkəmləndirəcək, həmçinin ölkənin investisiya mühitini yaxşılaşdıracaq», - deyə Emin Axundov bildirib.
Öz növbəsində PwC-nin Azərbaycan üzrə idarəedici partnyoru Mövlan Paşayev qeyd edib ki, texnoloji transformasiyanın tətbiqi PwC-nin Azərbaycanda və qlobal səviyyədə strateji prioritetlərindən biridir:
“Son zamanlar hökumət və biznes idarələri səmərəliliyinin artırılması, proseslərin təkmilləşdirilməsi və risklərin idarə edilməsi üçün texnologiyalardan istifadə edilməsinin dəyərini anlayır. PwC olaraq biz bilik və təcrübəmizi istifadə etməyə və rəqəmsallaşdırma prosesində Azərbaycanı dəstəkləməyə hazırıq”.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri