Previous Next
Bağla

Azərbaycanda ilk dəfə kriptovalyuta mövzusunda fənn tədris planına daxil edilib

05-10-2021 17:30
Azərbaycanda ilk dəfə kriptovalyuta mövzusunda fənn tədris planına daxil edilib

Azərbaycanda ilk dəfə kriptovalyuta mövzusunda fənn Azərbaycan Dövlət İqtisad Universitetnin (UNEC) tədris planına daxil edilib. “Kriptovalyutalar və kiber risklər” adlı fənni UNEC Biznes Məktəbi, İqtisadiyyat və biznesin idarə edilməsi kafedrası tərəfindən 2021-ci il tədris ilində MBA (Master of Bussines of Administration) proqramı çərçivəsində tədris ediləcək. Bununla da, UNEC milli təhsil sisteimdə kriptovalyutalar mövzusunda fənn tədris edən ilk universitet oldu.

MBA tələbələri “Kriptovalyutalar və kiber risklər” fənni üzrə elektron pullar, rəqəmsal aktivlər, kriptoqrafiya, blokçeyn texnologiyası, elektron cüzdanlar, kriptovalyutaların xüsusiyyətləri və tətbiqi istiqamətləri, kriptovalyuta mayninqi, smart müqavilələr, DeFi maliyyəsi, informasiya təhlükəzsiliyi və kiber risklər, rəqəmsal aktivlərin beynəlxalq hüquqi tənzimlənməsi bərədə biliklər əldə edəcəklər. Tədris üzrə prkatiki təlimlər (workshop) də nəzərdə tutulub, hansı ki, tələbələrə real vaxt rejimində birjalarda alqı-satqı əməliyyatlarının aparılması, optimal ticarət strategiyalarının qurulması, risklərin idarə edilməsi və kriptovalyutaların analitikasının aparılaması qaydaları izah ediləcək. Fənn kriptoinvest.az portalının rəhbəri və Crypto Consulting MMC-nin direktoru Elnur Quliyev tərəfindən tədris ediləcək.

UNEC Biznes Məktəbinin MBA proqramı haqqında.

MBA proqramı üzrə təhsil Avropa Kredit Transfer Sistemi uyğun olaraq 4 semestr (2 il) ərzində 11 ümumi fənn üzrə 66 kredit, 3 seçmə (ixtisas) fənn üzrə 18 kredit və buraxılış layihəsi üzrə 12 kredit olmaqla, cəmi 96 kreditlə tamamlanır. Hazırda UNEC Biznes Məktəbində 20 ixtisaslaşma üzrə qəbul həyata keçirilir:

  • Beynəlxalq biznes;
  • Biznesin idarə edilməsi (ümumi təyinatlı);
  • Biznes və data analitikası;
  • İnsan resurslarının idarə edilməsi;
  • Maliyyə;
  • Marketinq;
  • Menecment;
  • Mühasibat uçotu;
  • Qiymətlı kağızlar;
  • Layihələrin idarə edilməsi;
  • İdmanın idarə edilməsi;
  • Bank və sığortanın idarə edilməsi;
  • Mühəndislik və idarəetmə riskləri;
  • Risklərin idarə olunması;
  • Səhiyyənin idarəedilməsi;
  • Turizm və otelçiliyin idarəedilməsi;
  • Sosial media marketinqi;
  • Beynəlxalq logistika və təchizat zəncirinin idarəedilməsi; 
  • Kiber təhlükəsizlik; 
  • Vergi idarəetməsi və vergi planlaşdırması.

Xatırladaq ki, 2021-ci il 4-7 iyun tarixlərində Azərbaycan Dövlət İqtisad Universiteti və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iqtisadiyyat və idarəetmə sahəsində təhsil alan magistr və doktorantlar üçün III Beynəlxalq Elmi Konfrans təşkil edilmişdi. “Nizami ili” çərçivəsində təşkil edilən konfransın proqramına ilk dəfə olaraq blokçeyn texnologiyası və rəqəmsal valyutalar mövzusuna həsr edilən workshop daxil edilmişdi. Workshopda ekspertlər -Elnur Quliyev (Crypto Consulting MMC / kriptoinvest.az), Alex Sudadze (Georgia Mining Association, Bitcoin Embassy Georgia), David Kiziria (eGov/GovTech, Anti-corruption Reforms, Blockchain/DLT), Elçin Abdullayev (Partner Martex Consulting) blockchain texnologiyası və tətbiqi istiqamətləri, rəqəmsal valyutalar üzrə mövcud tendensiyalar, risklər və gələcək prespektivlər müzakirə edilmişdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda kriptovalyuta üzrə təlimlər keçiriləcək

24-06-2021

Rəqəmsal iqtisadiyyata həsr olunan III Beynəlxalq elmi konfrans keçiriləcək

19-07-2023

UNEC Rusiya Ali İqtisad Məktəbinin onlayn kurslarına qatılacaq

02-04-2020

İqtisad Universiteti sertifikata layiq görülüb

12-10-2015

Universitetdən kriptovalyuta ilə bağlı xüsusi jurnal

10-01-2018

Kriptovalyutalar üzrə kurslar təklif edilir

31-08-2015

Tələbələrin davamiyyəti elektron jurnalla yoxlanılacaq

16-02-2016

Azərbaycanda ilk dəfə olaraq UNEC-də distant tədrisə başlanılıb

17-02-2020

Azərbaycanda daha bir universitet təhsil prosesini avtomatlaşdırır

13-01-2016

"AzInTelecom"a yeni sədr təyin edilib

04-02-2022

Bakıda Blockchain Bitcoin Conference Baku tədbiri keçiriləcək

07-08-2018

Əcnəbi tələbələrin UNEC-ə qəbul qaydaları elektronlaşdırılıb

01-07-2015

Maliyyə texnologiyasında yeni trendlər müzakirə ediləcək

08-05-2018

Kriptovalyuta və virtual aktivlər üçün tənzimləyici sənəd hazırlanır

17-12-2025

Sabah kriptovalyuta üzrə konfrans keçiriləcək

14-03-2018

“Aktivlərin idarə edilməsi” mövzusunda konfrans keçirilib

14-12-2024

UNEC rəqəmsal iqtisadiyyatla bağlı dünya alimlərini bir araya gətirəcək

31-01-2020

Bu il XI sinifdə İnformatika tədris ediləcək? – Açıqlama

17-08-2017

UNEC distant təhsilə hazırlaşır

23-01-2024

Qarabağ Universitetində İT ixtisaslar da tədris olunacaq

30-11-2023

Bakcell beynəlxalq konfransın keçirilməsinə dəstək göstərib

17-02-2020

Gələn ildən bütün universitetdə “Elektron Universitet” modeli tətbiq olunacaq

14-10-2015

Azərbaycan təhsil sistemində ilk

18-04-2018

Məktəblilər arasında fənn müsabiqələri keçirilib

07-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə