Previous Next
Bağla

"YazYay məktəbinin daha bir təlimi yekunlaşdı"

08-06-2010 06:16
"YazYay məktəbinin daha bir təlimi yekunlaşdı"

YazYay məktəbi

 

AEGEE-Bakı Avropa Tələbələr Forumu tərəfindən Soros fondunun dəstəyi ilə 4-6 iyun tarixlərində Bakı Jurnalistika məktəbində keçirilən YazYay təlimi yekunlaşdı. Təlimdə 18 gənc iştirak edirdi. Məqsəd bloq yaratmaq və yazmaq istəyən, lakin bunun yollarını bilməyən, internetdən səmərəli istifadə etməyi öyrənməyi arzulayan gəncləri, tələbələri, gənc jurnalistləri maarifləndirmək idi.

 

YazYay haqqında ətraflı məlumat almaq məqsədilə layihənin təlimçisi, blogger İlqar Mirzəylə əlaqə saxladıq: “YazYay Məktəbi gənclərin İnternet və texnologiya bacarıqlarını artırmaq üçün yaradılmış bir layihədir. Bu layihə çərçivəsində bloqlarla, sənədli foto ilə, İnternet PR-ı ilə bağlı təlimlər keçirilir. Bu dəfəki qrup sayca 6-cı sinifimiz idi. Bloqçuluğun əsaslarına həsr olunmuş bu təlimə çox maraqlı, fərqli və istedadlı iştirakçılar seçilmişdi. Təbii ki, aralarında gələcəkdə məşhur bloqçu olmağa namizəd uşaqlar var idi. Ümumilikdə, təlim çox maraqlı keçdi.”

 

 

“Müddətin qısa olması məni məyus etdi.”

 

Təbii ki, təlimi maraqlı və rəngarəng edən iştirakçılar olur. Biz də həmin iştirakçılardan bir neçəsinin fikirini öyrəndik.

Təlim müddətində ən aktiv iştirakçılardan olan Rüfət Əhmədzadə məmnun görünürdü: “Çoxdandır mətbuatda işləməyimə baxmayaraq, fərdi bloqa sahib deyildim. Ümumiyyətlə, bloqçuluq haqqında anlayışım yox idi. Aprel ayının sonlarında özümə bədii-publisistik yaradıcılğımın daha geniş və topluca təqdim edilməsi məqsədi ilə, primitiv bir bloq açdım və yazılarımı yerləşdirdim. Bir ay ərzində xeyli ziyarətçi yığa bilsəm də, bloqumun quruluşu və yazılarımın forması ilə əlaqədar çox iradlar eşitdim.

Öz bilgilərimin zəif olması və mütəxəssis tanışımın olmaması məni çıxılmaz duruma salmışdı. Həvəskar bloqqerlər üçün Yaz-Yay məktəbi təlimlərinin başladığını biləndə çox sevindim. Müraciət etdim, qəbul oldum və təbii ki, iştirak edərək bloqçuluq bilgilərimi nisbətən təkmilləşdirdim. Amma, müddətin qısa olması məni məyus etdi. Ümidvaram, təkrar olaraq təkmilləşdirmə treninqləri təşkil olunar və mən də sevə-sevə bu treninqlərdə iştirak edərəm.”

 

Təlimin digər iştirakçısı Rövşən Nəsirli isə təlimdə praktikaya üstünlük verilmədiyini bildirdi: “Birincisi deyim ki, belə təlimlərin keçirilməyi müsbət haldır. Ama mən bu təlimdən pratik nəsə gözləyirdim. Təəsüf ki, gözlədiylərimin şahidi olmadım. Təlimin nəzəri tərəfi çox ağır oldu. Orda deyilən bir çox şeyi mən də bilirdim, yəni ki, yenilik olmadı. Həm də otaqda kondisionerin işləməməsi və komputerlərin zəifliyi məni məyus etdi.”

 

Rövşəndən fərqli olaraq Aygül Salahova hər şeydən razı idi : “YazYay mənə əslində çox şeyin istəyərək əldə oluna biləcəyini göstərdi. Az vaxtda çox iş görməyin mümkün olduğunu, qrupla işləmək bacarıqlarını, rahat sosiallaşmağı, əslində yalnız gənclərin bilikləriylə də cəmiyyətin inkişafının mümkün ola biləcəyini öyrətdi. Bundan əlavə, hamı üçün lazımi şərait var idi. Hər gün 7-8 saat təlimdə olmağımıza baxmayaraq, özümüzü çox rahat hiss edirdik. Təşkilatçılıq da yaxşı bölüünmüşdü. Hamının problemlərini maksimum tez həll etməkdə ustalaşmışdılar. Bir sözlə hər şeydən razı qaldım.”

 

YazYay təlimi Xanım Ağazadənin həyatında dərin iz qoyub. Bu təlimin sayəsində Xanım həyatında ikinci dəfə qab yuyub “Bu təlimdə heç olmasa bloq açmağı öyrəndim. Amma təlim səhər 10-da başlamasaydı daha yaxşı olardı. Hətta nəzəriyyə zamanı mən “uje” yuxu görürdüm. Mənim xoşuma ən çox oyunlar, əyləncələr gəldi. Yeməklər də pis deyildi. Həyatımda ikinci dəfə olaraq qab yudum. Ona görə də bu təlimin həyatımda iz qoyduğunu deyə bilərəm. Bu təlimin sayəsində Facebookda dost siyahım 14-15 nəfər artdı. Burada hər tip insan var idi: birinci kursda oxuyan rokker, demokratiya carçısı, “İreli”çi gənc, ağır təbiətli, rus dilli ağsaqqal, hamını güldürən romantik şair. Amma hamımızın bir məqsədi var idi deyə, hər şey normasında idi.

 

Təlimin digər iştirakçısı Murad Əhmədoğlu isə təlimdəki tanışlıqdan danışdı: “YazYay təlimində bir çox insanları tanıdım. Onlarla Facebookda danışsaq da, əyani görüşməmişdik. Hətta, elə iştirakçı var idi ki, onunla eyni fakultədə oxumağımıza baxmayaraq ilk dəfə olaraq məhz YazYayda gördüm. İştirakçıların əksəriyyəti yaşca məndən böyük idi. Və mən bu 3 gün ərzində onlardan nəsə öyrənməyə çalışdım. Təlimdə öyrəndiklərimi həyatda tətbiq etməyə çalışacam.”

 

Son söz əvəzi

 

Sonda qeyd edək ki, sertifikat almaq istəyən iştirakçılara ev tapşırığı verilib. Onlar təlimdə öyrəndiklərini tapşırıqda tətbiq etməlidirlər.

İstənilən halda belə təlimlərin keçirilməyi müsbət haldır. Heç şübhəsiz ki, bu tipli təlimlərin sayəsində Azərbaycanda bloqçuluq daha da inkişaf edəcək və kütləviləşəcək.

 

Hacıbəy Heydərli

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Yeni media və İnternet haqqında təlimlər layihəsinin növbəti mərhələsi başa çatdı

15-02-2010

YazYay Məktəbi-Bloqlar haqqında təlimlər

22-03-2010

Yeni media və İnternet haqqında təlimlər layihəsinin növbəti mərhələsinə start verildi

12-02-2010

Yeni media və İnternet haqqında təlimlər layihəsi davam edir

08-02-2010

“Parlament seçkiləri onlayn mediada” mövzusunda seminar keçirilib

01-10-2010

İnternet haqqında ən maraqlı 13 fakt

23-09-2010

Bloqosfer 2010 - fərdi hesabat

14-09-2010

“2Y Yaz-Yay” adlı internet və multimedia layihəsinin növbəti mərhələsi başlayır

12-10-2009

MTV-Azərbaycan açılmayacaq

11-10-2010

NETIZEN Yeni Media təşkilatı ilk podkastinq təlimini keçirdi

22-02-2011

Nazirlər bloqqer olacaqlar

14-01-2009

Bloqçu Rüfət Əhmədzadə «Bloqosfer-2010»dan yazdı

16-09-2010

Azercell şirkəti tələbələrə media təlimi keçib

21-05-2015

“PodBloq” podkastinq layihəsi çərçivəsində təlim keçiriləcək

10-02-2011

Məktəbilər internetdən nə məqsədlə istifadə edir?

02-09-2010

Sosial şəbəkələrin xəstəlik yaradıcılığı

07-01-2011

31 avqust Bloq Günüdür

31-08-2010

Rauf Mərdiyev: “Mən jurnalistikanı bir peşə, blogginqi isə daha çox bir hobbi kimi görürəm”.

04-01-2011

Azərbaycanın e-mail servisləri

21-10-2010

Internet Azərbaycanda nəyi dəyişdirə bilib?

17-10-2010

İnternet və məhəbbət

03-08-2010

Qənimət Zahidin təşəbbüsü ilə “Facebook” sosial şəbəkəsində “Demokratiya hərəkatı” adlı qrup yaradıldı

21-12-2010

Əli Novruzov: “Mənim üçün əsas olan kiminsə jurnalist və ya blogger sayılmasından daha çox ifadə azadlığı məsələsidir”

16-10-2010

Bloqosfer-2010da bloggerlər unuduldu?

14-09-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə