Previous Next
Bağla

"Azercell"in rəqəmsal həlləri ilə yeni tədris ilinə hazırlıq daha rahat oldu

14-09-2021 12:48
"Azercell"in rəqəmsal həlləri ilə yeni tədris ilinə hazırlıq daha rahat oldu

“Azercell” yeni dərs ilinin başlanması münasibəti ilə öz istifadəçiləri üçün “Məktəbə qayıdış” adlı kampaniyasını təqdim edir.

Xeberler.az bildirir ki, şirkətdən verilən məlumata görə, kampaniya çərçivəsində sentyabr ayı ərzində “Azercell” abunəçiləri “Bookmate” elektron kitabxana tətbiqi və “Busuu” məşhur dil öyrənmə proqramından daha əlverişli şərtlərlə istifadə edə biləcəklər. Ən əsas üstünlüklərdən biri ondan ibarətdir ki, xidmətə yeni qoşulan mütaliəsevərlər və dil biliklərini inkişaf etdirmək istəyən abunəçilər ilk 7 gün ərzində tətbiqdən pulsuz istifadə imkanı əldə edir.

Pandemiya dövründə kitabxanaların bağlı və ictimai yerlərdə yoluxma riskinin yüksək olduğu bir dönəmdə kitablara olan tələbatı ödəmək üçün “Bookmate” ən ideal vasitədir. ”Bookmate” tətbiqi iki milyondan çox kitabı rahatlıqla əldə etməyə kömək edir. Hər bir istifadəçi bu tətbiqdə öz zövqünə uyğun müasir nəsr, qeyri-bədii ədəbiyyat, klassik və dedektiv janra və yaxud uşaq ədəbiyyatına dair kitablar tapa bilər.

Məkandan və cihazdan asılı olmayaraq, hətta oflayn rejimdə belə tətbiq vasitəsilə kitabları oxumaqla yanaşı, həm də dinləmək mümkündür ki, bu da “Bookmate” xidmətinin üstünlüklərindən biridir. Bundan əlavə, tətbiqdə müəyyən müddətdə nə qədər kitab oxuyacağını planlaşdırmağı xoşlayan istifadəçilər üçün "Bu ilin məqsədləri" funksiyası da aktivdir. Bu funksiya mütaliəsevərləri daha çox kitab oxumağa sövq edəcək və dostlarıyla gözəl rəqabətə səbəb olacaq.

Tətbiqdə Azərbaycan, Rus, İngilis və bundan əlavə 13 dildə ədəbiyyat seçimi imkanı təqdim edilir. “Bookmate” cəmiyyətinə qoşulmaqla, həm də öz düşüncələrinizi 1 milyondan çox abunəçi ilə bölüşün.

Onu da nəzərinizə çatdırırıq ki, xidmətə “Azercell” abunəçisi kimi qoşulduqda ayda 7.99 AZN deyil, cəmi 3.50 AZN ödəməklə tətbiqdən faydalanmaq mümkündür. Odur ki, daim yenilənən zəngin kitab kataloqundan ibarət mobil kitabxananızı yaradın. Həftəlik abunə üçün *500#YES, aylıq abunə üçün isə *533#YES yığaraq elə indi “Bookmate” tətbiqinə qoşulun. Sevdiyiniz kitabları həm oxuyun, həm də dinləyin. Xidmətə müxtəlif platformalar – “Azercell”in rəsmi saytı, “Kabinetim” tətbiqi, “ABB Mobile”, “Umico” mobil əlavələr üzərindən qoşulmaq mümkündür.

Kampaniya çərçivəsində təqdim olunan ikinci xidməti - milyonlarla abunəçisi olan “Busuu” proqramını digərlərindən fərqləndirən əsas cəhəti real vaxt rejimində xarici dili öyrənməyi əlçatan etməsidir. Tətbiq üzərindən dərslərə başlamazdan öncə test vasitəsilə hər bir istifadəçinin dil bilmə səviyyəsi qiymətləndirilir. Testin nəticələrinə əsasən abunəçilər üçün fərdi təlim planı və dərs cədvəli tərtib edilir. “Busuu” istifadəçilərinə A1, A2, B1, B2 səviyyələri üzrə ingilis dilini öyrənmək və ya istiqamətdən asılı olaraq işgüzar, ümumi və yaxud səyahət üçün ingilis dilini seçmək imkanı da təqdim edilir. Hər dərsin sonunda abunəçilərin yerinə yetirdiyi tapşırıqlar yoxlanılır və qiymətləndirilir.

“Busuu” tətbiqindəki “İcma” bölməsindən ümumi maraq dairəsinə görə dil daşıyıcısı olan həmsöhbətlər tapıb onlarla həm ünsiyyət qura, həm də maraqlandığınız sualların cavabını ala bilərsiniz. Önəmli məqamlardan biri isə kursu bitirənlərə dil biliyi səviyyəsini təsdiq edən beynəlxalq “McGraw-Hill” sertifikatının verilməsidir.

“App Store” və “Play Market” üzərindən “Busuu” tətbiqinə aylıq 20 AZN deyil, cəmi 3 AZN ödəməklə abunə olun, dünyanın ən çox danışılan 12 dilini (ingilis, rus, fransız, ispan, italyan, alman, portuqal, polyak, yapon, çin, türk və ərəb) rahatlıqla öyrənin. Xidmətə qoşulmaq üçün *969#YES yığın, öyrənmə planınızı seçin, dilinizi zənginləşdirərək nailiyyətlərinizi izləyin.

“Azercell” yeni tədris ilinə hazırlaşan abunəçilərini bu imkanlardan yararlanmağa dəvət edir və hər kəsə uğurlar arzulayır.

 

 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell “Məktəbə qayıdış” kampaniyasını elan edir

22-09-2022

Azercell-dən Litres və Busuu tətbiqlərindən pulsuz istifadə imkanı

11-09-2024

Xarici dilləri Azercell-lə öyrən

07-02-2020

Azercell-in Bookmate plus paketi ilə dünya ədəbiyyatı smartfonunuzda

03-10-2019

Azercell Busuu məşhur dil öyrənmə tətbiqinə Yeni il kampaniyası başladı

27-12-2022

Azercell abunəçilərini rəqəmsal kampaniya ilə sevindirir!

30-12-2020

Azercell-lə 500 min kitab indi cəmi 0,15 AZN

05-07-2016

500 min kitab cibinizdə

01-04-2016

Bookmate istifadəçilərinin sayı 11 mini keçdi

15-11-2016

“Nar”dan ingilis dilini öyrənmək istəyənlər üçün əla fürsət!

13-10-2022

Azercell rəqəmsal Yeni İl kampaniyasını təqdim edir

11-12-2019

Azercell yeni xidmət istifadəyə verdi

13-02-2017

"Azercell" Okko tətbiqinə abunəlik xidmətini güzəştli şərtlərlə təqdim edib

13-02-2022

Azercell NNTV tətbiqi ilə dünyanın televiziya kanallarını təqdim edir

09-04-2020

Azercell-dən Yeni İl kampaniyası

26-12-2016

Azercell-lə Mobil Musiqi limitsiz oldu

11-03-2020

Azercell yeni Audio Kitablar layihəsini təqdim etdi

27-11-2018

Azercell-dən GəncOL8 tarif paketinə qoşulan abunəçilərinə HƏDİYYƏ İNTERNET

12-09-2018

"Azercell"in rəqəmsal məhsulları "IBA Mobile" tətbiqinə inteqrasiya olunub

27-01-2021

19 manata Samsung J1 Ace qazanmaq imkanı

17-03-2016

Azercell-dən yeni sərfəli iPhone 6S kampaniyası

30-09-2016

Azercell-dən GencOl5 abunəçiləri üçün xüsusi kampaniya

01-02-2019

Azercell-in layihəsi beynəlxalq sərgidə-Foto

29-09-2017

"Azercell" mobil tətbiqləri artıq “Kabinetim”də!

19-08-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə