“Gənclər kitab oxuyur” layihəsinin bağlanışı keçirilib-Foto

01-07-2017 / 10:23

Azercell mütaliə sevərlər üçün aprel ayindan start verdiyi “Gənclər kitab oxuyur” layihəsinin  Fəvvarələr meydanında yerləşən “Starbucks Azerbaijan” kafesində mövsüm bağlanışı keçirilib.

Xeberler.az-ın məlumatına görə, tədbirdə layihənin qiraətçiləri, bu günədək əsərləri oxunan yazıçılar, media nümayəndələri iştirak ediblər.

Məlumat üçün bildirək ki, Azercell-in  “Gənclər kitab oxuyur” layihəsi gənclər arasında mütaliə mədəniyyətini artırmaq, yerli müəlliflərimizi tanıtmaq, eləcə də dinamik həyatımızda intellektual istirahət imkanı təqdim etməyi qarşısına məqsəd qoyub.  Oxu günlərində Azercellin 2 il bundan əvvəl istifadəyə verdiyi Bookmate tətbiqinə daxil etdiyi əsərlər gənc qiraətçilər tərəfindən “Starbucks Azerbaijan”nın Gənclik Mall-da və Fəvvarələr meydanında yerləşən kafelərində oxunub.

Xatırladaq ki, layihədə iştirak edən qiraətçilər  isə müsabiqə yolu ilə seçiliblər. Belə ki, 18-29 yaş arası gənclər özləri haqqında qısa məlumat və səs nümunələrini Azercell-ə təqdim edərək, müsabiqədə iştirak ediblər. Ən yaxşı qiraətçilər “Gənclər kitab oxuyur” layihəsi çərçivəsində publika qarşısında kitab oxumaq imkanı qazanıblar.  

Qeyd edək ki,  Azercell ölkədə mütaliə mədəniyyətinin inkişafı, kitaba marağın artırılması üçün indiyə qədər bir sıra layihələr həyata keçirib. 2015-ci ildə təqdim edilən Bookmate əlavəsi sayəsində bütün Azercell abunəçiləri Azərbaycan, rus, ingilis, türk və onlarla əcnəbi dildə məhdudiyyətsiz kitab oxuya bilirlər. Azercell-in təqdim etdiyi mobil kitabxanada 800 000-dən artıq kitaba çıxış təmin olunub.

Günel

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə