Previous Next
Bağla

BP Azərbaycanda keçirilən “InnoWeek - İnnovasiya Həftəsi" tədbirinin sponsorudur

18-12-2020 17:03
BP Azərbaycanda keçirilən “InnoWeek - İnnovasiya Həftəsi" tədbirinin sponsorudur

BP şirkəti hazırda Azərbaycanda keçirilən “InnoWeek - İnnovasiya Həftəsi” tədbirinin sponsorudur.

Xeberler.az məlumat verir ki, şirkət bu tədbirin çərçivəsində baş tutan “World Net Summit” beynəlxalq konfransını artıq 2-ci dəfədir dəstəkləyir.

Layihənin məqsədi ölkəmizdə innovativ ideyaların yayılması, startap hərəkatının genişləndirilməsi, gənclər arasında innovativ düşüncə tərzinin inkişaf etdirilməsidir.

“BP bu sponsorluğu təhsilin inkişafına, bütün səviyyələrdə yerli potensialın və bacarıqların gücləndirilməsinə o cümlədən, innovativ düşünəcək, gələcəyin texnologiyalarına doğru fəaliyyəti istiqamətləndirəcək və ölkədəki texnoloji inkişaf və yeniliklərə töhfə verəcək yeni nəsil mütəxəssislərin yetişdirilməsi səylərinə dəstəyi çərçivəsində həyata keçirir”, - deyə məlumatda deyilir.

Həmçinin bildirilir ki, Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı və ölkədə fəaliyyət göstərən ən böyük investorlardan biri kimi BP çox sayda iri sosial investisiya layihələrinə dəstək verir: “Bu layihələrə təhsil və potensialın yaradılması proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturdan istifadə imkanının yaxşılaşdırılması, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək verilməsi, mədəni irs və idmanın inkişafına dəstək verilməsi və eləcə də hökumət qurumlarına texniki kömək göstərilməsi daxildir”.

Şirkət bildirir ki, təkcə bu ilin birinci üç rübü ərzində BP müxtəlif sosial layihələr vasitəsilə ölkəyə 4,1 milyon ABŞ dollarından çox sərmayə qoyub: “Buraya COVID-19 pandemiyası ilə bağlı yaranmış vəziyyətin aradan qaldırılması üçün ölkədə aparılan mübarizə tədbirlərinə dəstək məqsədilə BP-nin 3 milyon ABŞ dolları həcmində töhfəsi də daxildir. Bu vəsait xüsusi olaraq COVID-19-un diaqnostika və müalicəsi üçün ümumi, biokimyəvi və PCR laboratoriyaların xaricdən alınması və ölkəyə gətirilməsi, onların TƏBİB-in tabeliyində olan Yeni Klinikada istifadəyə tam hazır vəziyyətdə quraşdırılması, 100 000 ədəd koronavirus PCR test dəsti, bu testləri həyata keçirmək üçün bütün lazımı laborator sərfiyyat materialları və reagentlərin, həmçinin xüsusi təhlükəli yoluxucu xəstələrin təxliyyəsi üçün nəzərdə tutulmuş 3 ədəd izolyasiya kapsulunun alınması və ölkəyə gətirilməsinə xərclənib. Bu dəstəyin məqsədi ölkədə COVID-19 hallarının effektiv diaqnozu və müalicəsi imkanlarını artırmağa və ümumilikdə ölkənin səhiyyə xidmətlərini gücləndirməyə yardım etməkdir. Bundan əlavə, ölkəyə BP-nin Azərbaycandakı əməkdaşları tərəfindən eyni məqsədlər üçün 100 000 manatdan çox vəsait və BP Türkiyə tərəfindən TƏBİB-in təcili yardım maşınları üçün nəzərdə tutulmuş 10 000 ABŞ dolları dəyərində “Castrol” sürtkü yağları da bağışlanıb”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda "İnnovasiyalar Həftəsi" keçiriləcək

23-09-2020

Nar Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min AZN ianə edib

23-03-2020

"Azərkosmos"un ixrac gəlirləri azalıb

30-12-2025

"Azərkosmos"un ixrac gəlirləri azalıb

28-11-2025

Azercell minlərlə aztəminatlı ailəyə Ramazan ayı boyunca dəstək olacaq

30-04-2020

“Azərkosmos”un ixrac gəlirləri 17 faiz azalıb

03-04-2024

"Azərkosmos"un ixrac gəlirləri 43 % azalıb

02-01-2023

Azərbaycan elektromobil idxalını 7 dəfədən çox artırıb

14-07-2023

Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır

22-12-2025

Sahibə Qafarova: İnnovasiya Azərbaycanın inkişaf gündəliyində mühüm yer tutur

14-10-2024

"Azərkosmos"un ixrac gəlirləri azalıb

30-01-2026

Azərbaycanın ən yaxşı startapı seçiləcək

18-05-2018

Azərbaycanda qalib startap 1 milyon dollar qazanmaq şansı əldə etdi

09-06-2018

“Azərkosmos”un gəliri 26% azalıb

30-11-2023

Cənubi Koreya Azərbaycanda innovasiyaların inkişafına 2 milyon ABŞ dolları dəyərində qrant ayırdı

20-07-2022

"Azərkosmos”un ixrac gəlirləri 28 faiz azalıb

24-06-2023

Azərbaycan elektromobil idxalını 9 dəfədən çox artırıb

15-02-2023

“World Net Summit” beynəlxalq onlayn konfransında Selcuk Bayraktar çıxış edəcək

18-12-2020

Nazir: Ermənistan bölgədə innovasiyaların inkişafına mane olur

03-11-2020

Azercell-in sosial layihə müsabiqəsinin final turu baş tutdu

07-07-2022

“Azərkosmos”un xidmətlərinin ixrac olunduğu ölkələrin sayı artıb

31-01-2024

Elm və Texnologiya Sahibkarlığı Proqramına start verildi

17-05-2012

“Nar” koronavirusla mübarizə aparan həkimlərə rabitə dəstəyini davam etdirir

18-07-2020

4SİM və SABAH.HUB ölkədə startap ekosisteminin inkişafına birgə dəstək göstərəcəklər

27-06-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə