Previous Next
Bağla

"Bravo"da inkassatora silahlı hücum edən cinayətkarlar necə yaxalanıb?

14-03-2023 14:58
"Bravo"da inkassatora silahlı hücum edən cinayətkarlar necə yaxalanıb?

Bir müddət öncə "Bravo"da inkassatora silahlı hücum edən cinayətkarlarla bağlı maraqlı məqamlar açıqlanıb.

Ekspertlər cinayət baş verən gün, bir neçə saat ərzində Daxili İşlər Nazirliyi (DİN) tərəfindən cinayətkarların birinin zərərsizləşdirilməsi və digərinin yaxalanması peşəkar və uğurlu bir əməliyyat kimi dəyərləndirib.

Ötən günlər DİN-nin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev əməliyyatla bağlı bəzi məqamlara toxunub, cinayətkarlaın öncədən hazırlıq gördüklərini, hətta müşahidə kameralarının yerlərini nəzərə aldıqlarını açıqlayıb. DİN rəsmisi eyni zamanda, "onların nəzərə almadıqları bir çox məqamların olduğunu və məlumatsız olduqlarını" vurğulayıb.

Görəsən cinayətkarların "məlumatsız və nəzərə almadıqları" məqamlar , DİN-nin imkanları və üstünlüyü nədə olub?

“Düşünürəm ki, bu yenə də texnologiya və data, həmçinin də bunların hər ikisindən istifadə edənlərin peşəkarlığı ilə bağlı ola bilərdi. DİN rəsmisi açıqlamasında "cinayətkarların şəxsiyyətinin müəyyən edildiyi və ola biləcəkləri mümkün ərazilər" haqqında da danışıb. Fikrimcə, DİN-nin uğurlu əməliyyatı məhz bu məqamdan, yəni cinayətkarın identifikasiyasından başlayıb”.

Bunu Xeberler.az-a məsələni şərh edərkən Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz deyib.

Bəs bu necə müəyyən olunub?

Ekspert hesab edir ki, bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, DİN-nin əlində nəhəng " Təhlükəsiz Şəhər" informasiya sistemi, onun da onlarla alt sistemləri var.

Yəni, kütlə içərisindən yalnız axtarılan şəxsi seçməyə və izləməyə imkan verən sistem, Bakı şəhəri üzrə elektron müşahidə sistemi, avtomibili, hətta saxta nömrə ilə avtomobili və sahibini identifikasiya etməyə və izləməyə imkan verən sistem, Biometrik identifikasiya sistemi, Videoanalitika sistemi və s. bu tip resurslardan uzun müddətdir ki, DİN istifadə edir:

“DİN cinayətdən öncə baş verənləri, məhz həmin ərazidəki şübhəli məqamları , ümumiyyətlə ərazi ilə bağlı əvvəllər toplanmış bütün datanı incələmək imkanına malikdir. Həmçinin DİN -in bu resurslar vasitəsilə imkanı var ki, artıq şəxsiyyəti müəyyən edilənin hətta hansı gün, hansı metro və digər kütləvi yerdə olduğunu müəyyən edə bilsin”.

Osman Gündüz bildirib ki, ölkəmizdə 2008-ci ildən başlayaraq "Təhlükəsiz Şəhər" və onun slt sistemlərinin qurulmasına , ayrıca Mərkəzin qurulmasına milyonlarla vəsait yatırılıb.

Ekspert xatırladıb ki, Prezidentin "Təhlükəsiz Şəhər"lə bağlı fərmanı, videonəzarət sisteminin qurulması ilə bağlı NK-nın 2010-ci ildə qəbul edilən xüsusi qərarı var:

“Yəni, müşahidələr göstərir ki, DİN-in, bütövlükdə polis sisteminin rəqəmsal transformasiyası istiqamətində son illərdə xeyli işlər görülüb. Müşahidələr göstərir ki, adı çəkilən qərarın icrası istiqamətində problemlər də var, amma bu başqa bir müzakirənin mövzusudur. Beləliklə, düşünmək olar ki, mövcud data və texnoloji imkanlarlarla cinayətkarlar identifikasiya olunandan sonra, güman ki, DİN onların hərəkət trayektoriyası və mümkün kordinatlarını da texnologiyaların köməyi ilə müəyyən edə bilib. Sonradan baş verənlər göstərir ki, cinayətkarların "mümkün kordinatlar"ı həm də Torqovi ərazisində olub. Geridə qalanlar isə artıq cinayətkarı izləmək, saxlamaq və zərərsizləşdirmək ola bilərdi ki, DİN də bunları peşəkarlıqla yerinə yetirib”.

“Beləliklə, düşünürəm ki, izləmə əməliyyatını quran və silahlı cinayətkarı yaxalayan polislərin peşəkarlığı ilə yanaşı, rəqəmsal təhlükəsizlik sistemlərini və texniki resursları, operativ data emalı və identifikasiya sistemlərini, effektiv və düzgün qərarların qəbuluna kömək olan "Təhlükəsiz Şəhər" sistemini özündə cəmləşdirən DİN-in texnoloji infrastrukturunun da rolu xüsusi qeyd olunmalıdır”,-deyə Osman Gündüz vurğulayıb.

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
"Təhlükəsiz Şəhər" sistemi cinayətkarlıqla mübarizə apara bilirmi?

"Təhlükəsiz Şəhər" sistemi cinayətkarlıqla mübarizə apara bilirmi?

29-03-2023
DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi nələri dəyişəcək?-RƏY

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi nələri dəyişəcək?-RƏY

04-06-2023
Generalların görüşündə hansı məsələlər müzakirə edilib ?

Generalların görüşündə hansı məsələlər müzakirə edilib ?

17-02-2024
Ekspert: DİN yeni yaradılan xidmətlərin rəqəmsal versiyasına diqqət yetirmir

Ekspert: DİN yeni yaradılan xidmətlərin rəqəmsal versiyasına diqqət yetirmir

27-07-2021
Ekspert: Polisin fəaliyyətində süni intellektin və texnologiyaların rolu xeyli artıb

Ekspert: Polisin fəaliyyətində süni intellektin və texnologiyaların rolu xeyli artıb

19-12-2024
DİN dərsləri yoxsa innovasiya və informatika?

DİN dərsləri yoxsa innovasiya və informatika?

01-05-2019
DİN-nin hansı xidmətləri elektron formaya keçirilib ?

DİN-nin hansı xidmətləri elektron formaya keçirilib ?

28-08-2019
DİN-də Kibercinayətkarlıqla mübarizə strukturu olmalıdırmı?

DİN-də Kibercinayətkarlıqla mübarizə strukturu olmalıdırmı?

03-03-2020
DİN: "Whatsapp"da nazirlik adından yayılan xəbərdarlıq məzmunlu mətnlər feykdir

DİN: "Whatsapp"da nazirlik adından yayılan xəbərdarlıq məzmunlu mətnlər feykdir

15-01-2025
DİN vətəndaşlara müraciət edib

DİN vətəndaşlara müraciət edib

06-01-2025
DİN: Azərbaycana qarşı növbəti dezinformasiyanın qarşısını alınıb

DİN: Azərbaycana qarşı növbəti dezinformasiyanın qarşısını alınıb

10-11-2024
Ekspert: Nə üçün DİN xidmətləri hələ də elektronlaşdırılmır ?

Ekspert: Nə üçün DİN xidmətləri hələ də elektronlaşdırılmır ?

26-04-2021
DİN-in elan etdiyi təqaüd proqramının qalibləri müəyyənləşib

DİN-in elan etdiyi təqaüd proqramının qalibləri müəyyənləşib

24-10-2025
DİN: Sosial mediada “İtirilmiş bağlamalar” adı ilə paylaşımlar yalandır

DİN: Sosial mediada “İtirilmiş bağlamalar” adı ilə paylaşımlar yalandır

26-01-2025
Avtomobillərin dövlət qeydiyyatına alınması prosesi niyə elektronlaşmır?

Avtomobillərin dövlət qeydiyyatına alınması prosesi niyə elektronlaşmır?

16-04-2019
Ekspert: DİN-in əlində insanların aldadılması ilə bağlı kifayət qədər məlumat var

Ekspert: DİN-in əlində insanların aldadılması ilə bağlı kifayət qədər məlumat var

29-01-2020
DİN: Bank kartlarından oğurluqlar davam edir

DİN: Bank kartlarından oğurluqlar davam edir

14-05-2025
DİN "telegram" kanalında açıq platforma yaradıb

DİN "telegram" kanalında açıq platforma yaradıb

21-01-2021
DİN: Tələbələrin fotolarını yayan şəxs saxlanılıb

DİN: Tələbələrin fotolarını yayan şəxs saxlanılıb

27-02-2026
DİN vətəndaşlara kiberdələduzluq halları ilə bağlı çağırış edir

DİN vətəndaşlara kiberdələduzluq halları ilə bağlı çağırış edir

25-06-2025
Yeni yaradılan "Nəqliyyatın İntellektual İdarəedilməsi Sistemi" özünü doğruldacaqmı?-ŞƏRH

Yeni yaradılan "Nəqliyyatın İntellektual İdarəedilməsi Sistemi" özünü doğruldacaqmı?-ŞƏRH

03-02-2023
Eskpert: DİN bank kartları ilə bağlı kibercinayət statistikasını nə üçün dayandırıb?

Eskpert: DİN bank kartları ilə bağlı kibercinayət statistikasını nə üçün dayandırıb?

11-09-2025
DİN-dən cərimə sistemi ilə bağlı - Açıqlama

DİN-dən cərimə sistemi ilə bağlı - Açıqlama

11-01-2016
Azərbaycanda kiberdələduzluqla bağlı müraciətlərin sayında azalma müşahidə edilir

Azərbaycanda kiberdələduzluqla bağlı müraciətlərin sayında azalma müşahidə edilir

16-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə