Previous Next
Bağla

Yeni yaradılan "Nəqliyyatın İntellektual İdarəedilməsi Sistemi" özünü doğruldacaqmı?-ŞƏRH

03-02-2023 16:49
Yeni yaradılan "Nəqliyyatın İntellektual İdarəedilməsi Sistemi" özünü doğruldacaqmı?-ŞƏRH

Məlumat verdiyimiz kimi, Bakı Nəqliyyat Agentliyi böyük tender elan etdiyini açıqlayıb.

Belə ki, qurum “İctimai Nəqliyyatın İntellektual İdarəedilməsi” sistemi üçün avtobuslarda quraşdırılmış İKT avadanlıqlarının, köməkçi qurğuların və kommunikasiya xətlərinin fasiləsiz və dayanıqlı fəaliyyətini təmin edən şirkət axtarır.

"Bu,nəqliyyat sektorunun intellektual idarəedilməsi sisteminin yaradılması sahəsində hökumətin 2-ci cəhdidir. Birinci cəhd isə uğursuz olub. Xatırladıram ki, ilk dəfə Nəqliyyatın İntellektual İdarəedilməsi Sistemi, yəni NİİS 1.0 on illər öncə, sabiq nazir Ziya Məmmədovun rəhbərliyi ilə hazırlanıb. Xatırlayıram ki, bu məqsədlə Cənubi Koreya şirkətinə 110 milyondan çox vəsait ödənilmişdi".

Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz paylaşım edib.

Onun sözlərinə görə, layihə müxtəlif səbəblərdən, xüsusən məsuliyyətsizlik, səmərəsizlik və qeyri-peşəkar yanaşma səbəbindən uğursuz olub, iflasa uğrayıb və qarşıya qoyulan vəzifələri icra edə bilməyib.

"NİİS1.0 Azərbaycanın ən çox ictimai vəsaitlər sərf olunan, lakin ən uğursuz olan İT layihələrindən hesab olunub. Sonradan NİİS1.0-ı dirçəltməyə cəhdlər olub, BNA-nın balansına verilib, müəyyən irəliləyişlər olub, hətta mövcud olmayan bir layihəni dirçəltmək üçün SİNAM şirkətinə yenidən 20 milyon manat vəsait ödənilib. Lakin nəqliyyat trafikinin intellektual tənzimlənməsi üçün real nəticələr əldə edilməyib".

Osman Gündüz xatırladıb ki, Cənubi Koreya şirkəti NİİS1.0-ın yenilənməsi üçün zəruri olan ilkin kodları da BNA-ya verməkdən imtina etmişdi.

"Özünü doğrultmayan, iflas olan NİİS1.0 və NİİM Prezidentin fərmanı ilə bir il bundan öncə BNA-dan alınaraq DİN-ə təhvil verilib. Hazırda bildiyim qədər DİN-nin İKT idarəsi DYP resurslarından, xarici və yerli şirkətlərin köməyindən istifadə etməklə bu sistemi yenidən qurmaq üzərində çalışır. BNA-nın yeni NİİS2.0 layihəsini kimin reallaşdıracağı və necə olacağını isə zaman göstərəcək",-deyə ekspert vurğulayıb.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert: Mövcud olmayan layihəyə 20 milyon dövlət vəsaiti necə verilib?

Ekspert: Mövcud olmayan layihəyə 20 milyon dövlət vəsaiti necə verilib?

21-11-2019
Ekspert: Nəqliyyat intellektual idarə olunurmu ?

Ekspert: Nəqliyyat intellektual idarə olunurmu ?

12-09-2022
BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinə, NİİM-in isə DİN-ə verilməsi nəyi dəyişəcək?

BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinə, NİİM-in isə DİN-ə verilməsi nəyi dəyişəcək?

08-02-2022
Ekspert : Nə üçün nəqliyyatımız intellektual formada idarə olunmur ?

Ekspert : Nə üçün nəqliyyatımız intellektual formada idarə olunmur ?

22-02-2019
Ekspert: Nəqliyyatın yeni intellektual idarəetmə modeli necə olacaq?

Ekspert: Nəqliyyatın yeni intellektual idarəetmə modeli necə olacaq?

03-09-2020
Ekspert Azərbaycanın ən uğursuz İT layihələrindən danışdı

Ekspert Azərbaycanın ən uğursuz İT layihələrindən danışdı

19-02-2019
130 milyonluq Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi haradadır ?

130 milyonluq Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi haradadır ?

06-04-2019
BNA Nəqiyyatın İntellektual İdarəetmə Sistemindən imtina edibmi?

BNA Nəqiyyatın İntellektual İdarəetmə Sistemindən imtina edibmi?

27-03-2019
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə yeni rəhbər təyin edilib

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə yeni rəhbər təyin edilib

27-04-2022
Bakı Nəqliyyat Agentliyi böyük tender elan edib

Bakı Nəqliyyat Agentliyi böyük tender elan edib

03-02-2023
Texniki dəstəklə bağlı 2,1 milyon manatlıq tenderin qalibi seçildi

Texniki dəstəklə bağlı 2,1 milyon manatlıq tenderin qalibi seçildi

26-04-2023
NİİM tıxaclardan  yayınmaq üçün rəqəmsal həllər  hazırlayır

NİİM tıxaclardan yayınmaq üçün rəqəmsal həllər hazırlayır

07-12-2022
 Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hara yoxa çıxıb?

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hara yoxa çıxıb?

17-10-2017
NİİM hansı quruma həvalə olunacaq?

NİİM hansı quruma həvalə olunacaq?

18-11-2015
Uğursuz İT layihələr üçün məsul şəxslərdən hesabat tələb olunacaqmı?

Uğursuz İT layihələr üçün məsul şəxslərdən hesabat tələb olunacaqmı?

09-04-2019
Ekspert: BNA Google ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

Ekspert: BNA Google ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

21-08-2022
Nəqliyyat sistemini NİİM idarə edir, yoxsa başqaları?

Nəqliyyat sistemini NİİM idarə edir, yoxsa başqaları?

30-05-2015
Ekspert:Azərbaycanla bağlı daha bir gözlənilən baş verib

Ekspert:Azərbaycanla bağlı daha bir gözlənilən baş verib

10-05-2022
BNA yeni nəsil avadanlığına 831 min manatdan çox pul xərcləyəcək

BNA yeni nəsil avadanlığına 831 min manatdan çox pul xərcləyəcək

31-08-2022
NİİM-in  idarə edilməsi  hansı quruma tapşırılsın?

NİİM-in idarə edilməsi hansı quruma tapşırılsın?

30-06-2015
Bakıda intellektual nəqliyyat sistemi müzakirə olunur

Bakıda intellektual nəqliyyat sistemi müzakirə olunur

16-04-2019
“BNA rəhbəri səlahiyyətini icra edə bilmir, kim yuxudan tez dursa, bir şlaqbaum qoyur”

“BNA rəhbəri səlahiyyətini icra edə bilmir, kim yuxudan tez dursa, bir şlaqbaum qoyur”

09-04-2021
Nəqliyyat sistemi intellektual formada idarə olunurmu?

Nəqliyyat sistemi intellektual formada idarə olunurmu?

25-05-2015
BNA Prezidentin fərmanını niyə icra etmir?

BNA Prezidentin fərmanını niyə icra etmir?

19-12-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə