Previous Next
Bağla

DİN-nin hansı xidmətləri elektron formaya keçirilib ?

28-08-2019 15:32
DİN-nin hansı xidmətləri elektron formaya keçirilib ?

DİN-nin hansı xidmətləri elektronlaşdırılıb ?
Sürücülük vəsiqəsinin verilməsi, avtomobillərin dövlət qeydiyyatı, dövlət nömrə nişanlarının verilməsi kimi ictimai əhəmiyyət kəsb edən, populyar xidmətlər elektronlaşdırıla bilərmi ?

Xeberler.az bildirir ki, bu suallara Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz aydınlıq gətirib:

"Son zamanlar DİN-də ciddi kadr dəyişiklikləri aparılır. Ümid edirəm ki, yeni rəhbərlik, yeni təyin olunan kadrlar DİN sektorunda rəqəmsallaşma işlərinə də diqqəti artıracaqlar. Hazırda isə bu sektorda xidmətlərin elektron formaya çevrilməsi sahəsində görülən işləri yetərli hesab etmək olmaz.

Əlbəttə, ötən dövr ərzində bu sektorda elektronlaşdırma sahəsində müəyyən işlər görülüb, DİN-in operatoru olduğu gözəl bir sistem – İAMAS (“Giriş-çıxış və qeydiyyat") var ki, bütün digər qurumlar bu sistemdən faydalanaraq elektron xidmətlər təqdim edir. Azərbaycanın ən əfəmiyyətli və strateji informasiya resurslarından biridir. Bilirik ki, DİN bunu çox böyük əzab-əziyyətlə hazırlayıb.

Bununla belə, Dövlət Xidmətlərinin Reyestrindən aydın olur ki, DİN-nin xidmətlərinin böyük əksəriyyəti elektronlaşdırılmayıb.

DİN-in göstərdiyi 30 dövlət xidmətindən cəmi 3-4 xidmət elektron formaya keçirilib, 2 xidmət isə ASAN-a inteqrasiya olunub. Qalan bütün xidmətlər isə klassik yəni, oflayn formada təqdim olunur.

Ötən il Prezident rəqəmsal hökumətə keçidlə bağlı fərman imzalayıb, bundan sonra da eGov quruculuğu ilə bağlı , dövlət informasiya sistemlərinin inteqrasiyası ilə bağlı yeni hüquqi sənədlər qəbul edilib.

Bu baxımdan , düşünürəm ki, DİN –nin yeni rəhbərliyi xidmətlərin ictimai əhəmiyyətliyini və populyarlığını nəzərə alaraq elektron formaya keçirlməsi ilə bağlı işləri gücləndirməlidir".

Ekspert bəzi xidmətlərin tez bir zamanda tam və ya qismən də olsa elektron formaya keçirilməsnin vacibliyini vurğulayıb. Bu xidmətlər aşağıdakılardır:

1. Avtomobillərin dövlət qeydiyyatına alınması və qeydiyyatla bağlı şəhadətnamələrin verilməsi
2. Sürücülük vəsiqələrinin alınması ( nəzəri imtahanlara qeydiyyat, imtahanların keçirilməsi, SMS məlumatlandırma, cavablara baxış imkanı və s.)
3. Avtomobillərin dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyasının sifariş verilməsi
4. Nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi və s.

Son olaraq Osman Gündüz ümid edir ki, yaxın zamanlarda bu xidmətlər elektron formada təqdim edilməyə başlanacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: Nə üçün DİN xidmətləri hələ də elektronlaşdırılmır ?

26-04-2021

Ekspert: DİN yeni yaradılan xidmətlərin rəqəmsal versiyasına diqqət yetirmir

27-07-2021

Avtomobillərin dövlət qeydiyyatına alınması prosesi niyə elektronlaşmır?

16-04-2019

e-Polis tətbiqi istifadəyə verilib

29-01-2024

Ekspert : Vətəndaşlar sənədlərlə bağlı get-gələ salınır

06-11-2018

Dövlət qurumları vacib və ictimai əhəmiyyət kəsb edən xidmətləri Elektron hökumətdən “gizlədə” bilməyəcəklər.

18-09-2014

Avtomobillərin dövlət qeydiyyatına alınması elektronlaşacaqmı ?

19-07-2019

DİN-də Kibercinayətkarlıqla mübarizə strukturu olmalıdırmı?

03-03-2020

Yerli icra qurumların xidmətləri nə zaman elektron olacaq?

22-06-2017

“Elektron hökumət quruculuğu sahəsində ciddi problemlər qalır”

04-11-2013

“Regionlarla Bakı arasında yüksək bərabərsizlik var”

25-01-2021

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

16-05-2016

Azərbaycanda avtomobillərin və nömrə nişanlarının onlayn satışı təklif edilir

10-05-2023

Elektron hökumətlə bağlı Layihənin adi bir internet resursu yaradılmayıb

19-04-2012

Elektron xidmətlərdən istifadə və populyarlıq səviyyəsinin yüksəldilməsi ilə bağlı Təkliflər

08-08-2014

Regional e- hökumət məsələləri yenidən müzakirəyə çıxarılacaq

26-05-2017

“Dövlət qurumunda olan informasiya vətəndaşdan tələb olunmamalıdır”

04-09-2015

Ölkədən çıxışa qoyulan qadağanı necə öyrənmək olar ?

29-07-2019

“Ölüm haqqında tibbi şəhadətnamə”ni elektron formada almaq mümkündürmü?

22-12-2020

İcra hakimiyyətlərinə müraciətlər İnternetlə olacaq

01-05-2015

Elektron xidmətlərin təşviqi üzrə İctimai Şura Təkliflər hazırlayıb

28-03-2013

Sabah Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

24-05-2016

DİN: "Whatsapp"da nazirlik adından yayılan xəbərdarlıq məzmunlu mətnlər feykdir

15-01-2025

Elektron xidmətlər sahəsində ciddi problemlər qalmaqdadır

06-11-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə