Previous Next
Bağla

Generalların görüşündə hansı məsələlər müzakirə edilib ?

17-02-2024 10:30
Generalların görüşündə hansı məsələlər müzakirə edilib ?
Bu gün General-polkovnik Vilayət Eyvazov Qazaxıstanın daxili işlər naziri polis general-leytenantı Erjan Sadenovla görüşüb.
Diqqətimi cəlb etdi ki, qonaqlara Təhlükəsiz Şəhər Xidməti və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi də təqdim edilib.

Xeberler.az bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti , Multimedia Mərkəzinin direktoru Osman Gündüz  öz sosial media hesablarında yazıb. 

"Azərbaycanda Təhlükəsiz Şəhər Xidməti nəhəng, effektiv bir video-müşahidə və informasiya sistemidir.
Onlarla alt sistemləri var. Biometrik identifikasiyalardan, rəqəmsal izləmələrdən istifadə olunur. Son illər xeyli təkmilləşdirilib, təhlükəsizlik kameraları ilə təminat gücləndirilib.

DİN bu sistemdən çox effektiv istifadə edir. Xatırlayıram ki, Bravo Supetmarketində baş verənlərin operativ olaraq aşkarlanmasında bu sistemin də müstəsna rolunun olduğu bildirilirdi.
Fikrimcə Təhlükəsiz Şəhər Xidməti qonaqlar üçün xeyli əhəmiyyət kəsb edə bilərdi.
NİİM-in isə son durumundan xəbərim yoxdur. Amma xatırlayıram ki, DİN onu bərbad gündə təhvil almışdı.
Hələlik də görünən odur ki, on illər öncə bu qurumun qarşısına qoyulan vəzifələrin əksərinin reallaşması görsənmir.

Maraqlı məqam odur ki, Qazaxıstan polisinin də rəqəmsallaşmasında xeyli uğurlu işləri var.
Məsələn, nəqliyyat vasitələrinin qeydiyyatı və yenidən qeydiyyatı, nömrə alınması, texniki baxışın müəyyən hissəsi, texpasportun dəyişdirilməsi və s. bu tip xidmətlər bu ölkədə çoxdan rəqəmsallaşıb.
Polisin özünə rəqəmsal nəzarət sistemi qurublar, Yol Polisi daha çox rəqəmsallaşıb və s.

Bizdə də DİN bir müddət öncə çox faydalı bir e-Polis mobil tətbiqini istifadəyə verib.
Bir çox xidmətlər, 102 Zəng xidməti xeyli rəqəmsallaşdırılıb. Olduqca faydalı bir rəqəmsal həlldir.
Hələlik isə bəzi faydalı xidmətlər bu resursa inteqrasiya olunmayıb.

Məsələn, il ərzində yüz minlərlə avtomobil alqı-satqısı və yenidən qeydiyyatı xidmətlərini e-Polisdə görmək çox əhəmiyyətli olardı.
Hansı ki , artıq identifikasiya üçün hər bir vətəndaşa SİMA rəqəmsal imza da əlçatandır.

Güman etmək olar ki, generalların görüşündə hər iki ölkənin polis sisteminin rəqəmsal transformasiyasındakı uğurlar və problemlər barədə də fikir mübadiləsi aparılıb.
Ümid edirəm növbəti mərhələdə yuxarıda qeyd olunan ictimai əhəmiyyət kəsb edən xidmətləri də e-Polis-dən ala biləcəyik ", -deyə Osman Gündüz qeyd edib.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Təhlükəsiz Şəhər Xidməti və NİİM ilə tanışlıq olub

Təhlükəsiz Şəhər Xidməti və NİİM ilə tanışlıq olub

16-02-2024
e-Polis tətbiqi istifadəyə verilib

e-Polis tətbiqi istifadəyə verilib

29-01-2024
"Bravo"da inkassatora silahlı hücum edən cinayətkarlar necə yaxalanıb?

"Bravo"da inkassatora silahlı hücum edən cinayətkarlar necə yaxalanıb?

14-03-2023
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə yeni rəhbər təyin edilib

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə yeni rəhbər təyin edilib

27-04-2022
Ekspert: Nəqliyyat intellektual idarə olunurmu ?

Ekspert: Nəqliyyat intellektual idarə olunurmu ?

12-09-2022
"Təhlükəsiz Şəhər" sistemi cinayətkarlıqla mübarizə apara bilirmi?

"Təhlükəsiz Şəhər" sistemi cinayətkarlıqla mübarizə apara bilirmi?

29-03-2023
Ekspert: Polisin fəaliyyətində süni intellektin və texnologiyaların rolu xeyli artıb

Ekspert: Polisin fəaliyyətində süni intellektin və texnologiyaların rolu xeyli artıb

19-12-2024
Ekspert: Nə üçün "102" xidməti rəqəmsallaşa bilmir?

Ekspert: Nə üçün "102" xidməti rəqəmsallaşa bilmir?

31-03-2021
Ekspert: DİN yeni yaradılan xidmətlərin rəqəmsal versiyasına diqqət yetirmir

Ekspert: DİN yeni yaradılan xidmətlərin rəqəmsal versiyasına diqqət yetirmir

27-07-2021
Ekspert: Nə üçün DİN xidmətləri hələ də elektronlaşdırılmır ?

Ekspert: Nə üçün DİN xidmətləri hələ də elektronlaşdırılmır ?

26-04-2021
DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi nələri dəyişəcək?-RƏY

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi nələri dəyişəcək?-RƏY

04-06-2023
Avtomobillərin dövlət qeydiyyatına alınması prosesi niyə elektronlaşmır?

Avtomobillərin dövlət qeydiyyatına alınması prosesi niyə elektronlaşmır?

16-04-2019
Ekspert:görəsən FHN, yaxud da ETSN meşə yanğınları baş verən əraziləri real vaxtda izləyə bilirlərmi ?

Ekspert:görəsən FHN, yaxud da ETSN meşə yanğınları baş verən əraziləri real vaxtda izləyə bilirlərmi ?

19-08-2022
DİN-nin hansı xidmətləri elektron formaya keçirilib ?

DİN-nin hansı xidmətləri elektron formaya keçirilib ?

28-08-2019
DİN-də Kibercinayətkarlıqla mübarizə strukturu olmalıdırmı?

DİN-də Kibercinayətkarlıqla mübarizə strukturu olmalıdırmı?

03-03-2020
Ən faydalı və populyar mobil hökumət həlli hansılardır? - Ekspert açıqladı

Ən faydalı və populyar mobil hökumət həlli hansılardır? - Ekspert açıqladı

14-04-2025
Rəqəmsal notariat: Qazaxıstan və Azərbaycan

Rəqəmsal notariat: Qazaxıstan və Azərbaycan

25-10-2023
NİİM hansı quruma həvalə olunacaq?

NİİM hansı quruma həvalə olunacaq?

18-11-2015
Azərbaycanda avtomobillərin və nömrə nişanlarının onlayn satışı təklif edilir

Azərbaycanda avtomobillərin və nömrə nişanlarının onlayn satışı təklif edilir

10-05-2023
Eskpert: DİN bank kartları ilə bağlı kibercinayət statistikasını nə üçün dayandırıb?

Eskpert: DİN bank kartları ilə bağlı kibercinayət statistikasını nə üçün dayandırıb?

11-09-2025
Ekspert: SİMA nə zaman populyar olacaq?

Ekspert: SİMA nə zaman populyar olacaq?

17-05-2022
Prezident seçkilərində elektron səsvermədən istifadə ediləcəkmi ?

Prezident seçkilərində elektron səsvermədən istifadə ediləcəkmi ?

10-01-2024
DİN Valideynlərə xəbərdarlıq edib

DİN Valideynlərə xəbərdarlıq edib

07-02-2025
Ekspert:Milli məkan məlumatları informasiya sistemi nə üçün ləngiyir ?

Ekspert:Milli məkan məlumatları informasiya sistemi nə üçün ləngiyir ?

21-04-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə