Britaniyada uşaqlara sosial şəbəkə məhdudiyyətləri tətbiq ediləcək

09-06-2025 / 09:21

Böyük Britaniya hökuməti uşaqların sosial media platformalarında keçirdiyi vaxtı məhdudlaşdırmaq üçün daha sərt onlayn təhlükəsizlik tədbirləri tətbiq etməyi nəzərdən keçirir.

Xeberler.az BBC-yə istinadən məlumat verir ki, təşəbbüs çərçivəsində sosial şəbəkə tətbiqlərində istifadə müddətinə gündəlik iki saatlıq limit və axşam saat 22:00-dan sonra qadağa qoyulması təklif olunur.

Texnologiya naziri Piter Kayl bəzi tətbiqlərin və ağıllı telefonların asılılıq yaradan təbiətini araşdırdıqlarını bildirib. O, uşaqların onlayn təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə