Previous Next
Bağla

Osman Gündüz: 2-ci Superkompüter Mərkəzini quracaq şirkət bəlli olub

26-05-2025 15:18
Osman Gündüz: 2-ci Superkompüter Mərkəzini quracaq şirkət bəlli olub
"Azərbaycanda süni intellekt ekosistemin inkişafı üçün strateji əhəmiyyət daşıyan GPU əsaslı iki Superkompüter Mərkəzinin yaradılması prosesi gedir.
 
Xatırladıram ki, c dəstəyi ilə Caspel şirkəti tərəfindən qurulan ilk Superkompüter Mərkəzinin artıq hazır olduğu bildirilir".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, şirkət ən çətin mərhələni - NVİDİA H200 çiplərinin ABŞ-dan lisenziya əsasında ölkəyə gətirilməsi mərhələsini başa çatdırıb:
 
"Bu Superkompüter Mərkəzi İqtisadiyyat Nazirliyinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin inzibati binasında yerləşəcək.
 
DELL texnologiyası əsasında qurulacaq Mərkəz əsasən dövlət qurumlarının süni intellekt layihələri üçün nəzərdə tutulub. Layihəyə 10 milyon manat dəyərində maliyyə ayrılıb. Yaxın günlərə açılışı nəzərdə tutulub".
 
osman Gündüz bildirib ki, 2-ci Superkompüter Mərkəzini quracaq şirkət də bəlli olub:
 
"Bununla bağlı AZCON tabeliyində AzInTelecom MMC ilə “İnnovativ Layihələr Mərkəzi” şirkəti arasında 7 milyon manatlıq müqavilə bağlanıb.
 
“İnnovativ Layihələr Mərkəzi” şirkəti bir neçə data infrastrukturla bağlı layihələr üzrə də AzİnTelecom-la əməkdaşlıq edib.
 
İkinci Superkompüter Mərkəzi isə Süni İntellekt Strategiyasında nəzərdə tutulduğu kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən dəstəklənir və həm də İRİA və AI Lab-ın süni intellekt layihələrinin həyata keçirilməsi üçün nəzərdə tutulub.
 
Bu Mərkəz əsasən startaplar, innovasiya subyektləri və biznes layihələri, həmçinin dövlət layihələri üçün nəzərdə tutulur.
 
 
Burada Lenovo texnologiyası və NVIDIA H200 GPU çipləri istifadə ediləcək.
Hələlik bu çiplərin ABŞ-dan lisenziyalarının alınması və ölkəyə gətirilməsi ilə bağlı məlumatlar verilməyib".
 
Ekspert qeyd edib ki, hazırda hər iki mərkəzdə xidmət tariflərinin formalaşdırılması mərhələsi gedir. Bu tariflərin əlçatan olması isə süni intellekt sahəsində geniş istifadəni stimullaşdırmaq baxımından böyük əhəmiyyət kəsb edir:
 
"Bu mərkəzlərin formalaşması ölkədə süni intellekt ekosistemin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
 
Bunların sayəsində yerli süni intellekt layihələri xarici resurslara ehtiyac duymadan ölkə daxilində inkişaf edə biləcək. Dövlətə məxsus data üçün daha təhlükəsiz mühit formalaşacaq.
 
Eyni zamanda, bu infrastruktur Azərbaycanın regionda süni intellekt üzrə rəqabətə davamlılığını təmin edəcək".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda Superkompüter mərkəzləri qurulur - Ekspert

Azərbaycanda Superkompüter mərkəzləri qurulur - Ekspert

02-05-2025
“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub

“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub

15-12-2025
Superkompüter Mərkəzlərindən hansına "MİLLİ" statusu veriləcək ?

Superkompüter Mərkəzlərindən hansına "MİLLİ" statusu veriləcək ?

12-05-2026
Qazaxıstanın "Süni İntellekt" planı reallaşır - Osman Gündüz

Qazaxıstanın "Süni İntellekt" planı reallaşır - Osman Gündüz

14-05-2025
Ekspert: Hansı ölkələr NVİDİA-dan çiplər ala bilib?

Ekspert: Hansı ölkələr NVİDİA-dan çiplər ala bilib?

27-01-2025
Rəqəmsal infrastrukturda yeni mərhələ: Milli Superkompüter Mərkəzi

Rəqəmsal infrastrukturda yeni mərhələ: Milli Superkompüter Mərkəzi

25-05-2026
Yaşıl enerji təminatlı superkompüter Mərkəzinin qurulmasını hədəfləmək COP29 üçün də böyük töhfə ola bilərdi

Yaşıl enerji təminatlı superkompüter Mərkəzinin qurulmasını hədəfləmək COP29 üçün də böyük töhfə ola bilərdi

23-04-2024
Dövlət qurumları hansı süni intellekt layihələri təqdim edib? - Təhlil

Dövlət qurumları hansı süni intellekt layihələri təqdim edib? - Təhlil

03-10-2025
Ermənistan Nvidia ilə 500 milyonluq texnoloji layihəyə start verir - Osman Gündüz

Ermənistan Nvidia ilə 500 milyonluq texnoloji layihəyə start verir - Osman Gündüz

12-06-2025
Ekspert: Süni İntellekt Akademiyasını hansı qurum yaradır?

Ekspert: Süni İntellekt Akademiyasını hansı qurum yaradır?

08-04-2025
Ermənistanın nüvə-AI strategiyası: Azərbaycan üçün risklər və imkanlar

Ermənistanın nüvə-AI strategiyası: Azərbaycan üçün risklər və imkanlar

10-02-2026
Osman Gündüz: Ölkədə süni intellekt sahəsində vəziyyət necədir?

Osman Gündüz: Ölkədə süni intellekt sahəsində vəziyyət necədir?

17-01-2025
İlk superkompüter Qazaxıstana  gətirilib

İlk superkompüter Qazaxıstana gətirilib

19-05-2025
Osman Gündüz: Az-LLM-in yaradılması strateji əhəmiyyət daşıyır

Osman Gündüz: Az-LLM-in yaradılması strateji əhəmiyyət daşıyır

11-02-2025
Britaniya süni intellekt superkompüterinin hazırlanmasına 1 milyard dollar ayıracaq

Britaniya süni intellekt superkompüterinin hazırlanmasına 1 milyard dollar ayıracaq

09-06-2026
"Ölkədə süni intellekt ekosisteminin formalaşması xeyli sürətlənib" - Ekspert

"Ölkədə süni intellekt ekosisteminin formalaşması xeyli sürətlənib" - Ekspert

09-04-2025
Çin yeni superkompüter yaradır

Çin yeni superkompüter yaradır

23-01-2016
Özbəkistan “Nvidia” ilə əməkdaşlığa başlayır

Özbəkistan “Nvidia” ilə əməkdaşlığa başlayır

10-11-2025
Almaniyada Avropanın ilk superkompüteri istifadəyə verilib

Almaniyada Avropanın ilk superkompüteri istifadəyə verilib

06-09-2025
“Nvidia” “Siemens” şirkəti ilə əməkdaşlıq edəcək

“Nvidia” “Siemens” şirkəti ilə əməkdaşlıq edəcək

07-01-2026
Çin “H200” çiplərinin idxalına başlaya bilər

Çin “H200” çiplərinin idxalına başlaya bilər

09-01-2026
Plastik kart ölçüsündə superkompüter təqdim edilib

Plastik kart ölçüsündə superkompüter təqdim edilib

12-11-2015
“AzInTelecom”un superkompüter infrastrukturunun istifadəsinə başlanılıb

“AzInTelecom”un superkompüter infrastrukturunun istifadəsinə başlanılıb

20-04-2026
Pavel Durov Astanada süni intellekt laboratoriyasının açılışını elan edib

Pavel Durov Astanada süni intellekt laboratoriyasının açılışını elan edib

02-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə