DAİR Hotellər və Restoranlar Assosiasiyası ötən ilin turizm bazarı ilə bağlı monitorinq aparıb.
Assosiasiyadan Xeberler.az-a verilən məlumata görə, ən populyar olan www.booking.com bronlaşdırma resursunda bir çox mehmanxanalar göstərilən ulduz dərəcəsi olmadan yalnış məlumatların yayılmasına yol verir:
“Turistlər arasında populyar olan bir sıra beynəlxalq bronlaşdırma sistemləri var. Bunlar www.booking.com; www.tripadvisor.com; www.hotels.com və digərlərini sadalamaq olar. Assosiasiya tərəfindən aparılan müşaidələrdə aşkar olub ki, ən populyar olan www.booking.com bronlaşdırma resursunda bir çox mehmanxanalar göstərilən ulduz dərəcəsi olmadan yalnış məlumatların yayılmasına yol verirlər".
Assosiasiyadan bildirilib ki, bu hal həm mehmanxana rəhbərliyinin və həm də adı gedən resursun səhlənkarlığından irəli gəlir. Belə ki, bir sıra mehmanxanalar təsnifatdan keçmədən və yaxud keçmişdə təsnif edilmiş və sonralar bunun zamanı bitdikdən sonra yanlış məlumatlar verir:
"Nemi Hotel, Riva Hotel, Amber Hotel, Jasmine Hotel, Villa Hotel, Swan Hotel, Shams Hotel, Bayil Inn, Baku Palace Hotel, Sea Port Hotel, Empire Hotel, City Center Hotel, AEF Hotel, Boyuk Gala Hotel, Old East Hotel kimi mehmanxanalar təsnif edilmədən bronlaşdırma sistemində 3* və 4* ulduzlu kimi göstərilibş Alstadt Hotel 2* ulduzlu kimi təsnif edilib sistemdə isə 3* ulduzlu, Askar Hotel 3* ulduzlu kimi təsnif edilib sistemdə isə 4* ulduzlu kimi göstəriliblər”.
Qeyd edilib ki, Assosiasiya Booking.com şirkətinə bir daha müraciət edib mehmanxanaların ulduz kateqoriyasına düzgün göstərilməsini tələb edəcək.
Assosiasiya hesab edir ki, bu çox sadə bir yolla həll edilir – sistemə düşən hər bir mehmanxana təsnif edildiyi haqqında dövlətin rəsmi sənədini təqdim etməlidir.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri