Bakı şəhərində, eləcə də regionlarda fiber-optik kanal üzərindən genişzolaqlı İnternet xidmətlərinin göstərilməsi sahəsində problemlər qalmaqdadır. Ekspertlər, Provayderlər və müştərilər fiber-optik kabel xətləri üzərindən İnternet xidmətlərinin göstərilməsi üçün mövcud telekommunikasiya infrastrukturunun icarə tariflərinin hədsiz yüksək olduğunu vurğulayırlar. Heç bir əsası olmayan bu tariflərdən Tarif Şurasının xəbəri olmadığı bildirilir.
Bu sahədəki vəziyyəti daha dərindən araşdırmaq qərarına gəldik.
Məlumdur ki, ölkədə İnternet istifadəçilərinin böyük əksəriyyəti hazırda adi telefon xətti üzərindən olmaqla ADSL və ya buna uyğun digər texnologiyalar vasitəsilə İnternet şəbəkəsinə qoşulub. Belə demək mümkünsə, İnternet istifadəçilərimizin böyük əksəriyyəti adi telefon xətlərinin üstündə “oturub”.
Adi telefon xətti üzərindən bu cür qoşulma ilə təbii ki, keyfiyyətli İnternet xidməti əldə etmək mümkünsüzdür.
Keyfiyyətli və yüksəksürətli İnternetin fiber-optik və ya ayrıca xətlər üzərindən əldə edilməsi daha məqsədəuyğun və optimal variant hesab edilir.
Abunəçilərə fiber-optik xətlərin çəkilməsi üçün kabel-kanalizasiya qurğularından və ATS qovşaqlarının resurslarından istifadə olunmalıdır. Əsasən dövlətə məxsus olan bu resurslar və onlar üzərində nəzarət isə BTRİB, Aztelekom, ULTELvə s. digər telekommunikasiya operatorlarında cəmləşib.
Hər hansı bir fərdi müştəriyə, binaya və ya müəssisəyə fiber-optik xətt üzərindən İnternet çəkmək üçün Provayderlər bu resurslardan istifadə etməlidirlər.
Belə ki, özəl bir Provayder hər hansı bir binadakı konkret bir müştəriyə fiber-optik İnternet xidməti göstərmək üçün ilk öncə gərək bu binanın yaxınlığına qədər fiber-optik xətti gətirsin. Məhz bundan sonra İnternetin mənzillərə - bloklara paylanılması həyata keçirilir.
İlk öncə, araşdırmamızda bu fiber-optik xəttin bəlli bir nöqtəyə gətirilməsi üçün hansı resurslardan, hansı tariflərlə istifadə ediləcəyini müəyyən etməyə çalışdıq.
Və artıq dəfələrlə mətbuatda və sosial mediada səsləndirilən həmin dəhşətli tarifləri əldə edə bildik.
Fiber-optik xətlərin çəkilməsi ilə bağlı mövcud tariflər aşağıdakı cədvəldə verilib.
Bu tariflərdən yalnız birisi, 3-cü bənddə verilən "Ethernet" portun icarəsi ilə bağlı qiymət Tarif Şurası tərəfindən təsdiq edilib.
Bu cədvəldəki qalan bütün tariflər isə BTRİB tərəfindən müəyyən olunub. Bu qiymətlərin əksərinin nəyin əsasında müəyyən edildiyi isə bəlli deyil. Hər hansı əsaslandırılmaya yaxın gəlməyən qiymətlərdir. Necə deyərlər, analoqu olmayan tariflərdir.
Beləliklə, biz bu tarifləri əldə edəndən sonra bir şərti nöqtəyə, məsələn bir binaya fiber-optik xətt üzərindən bəlli bir sürətdə İnternet çəkilişinin xərclərini hesablamağı qərara aldıq.
Şərti müştəri olaraq, ATS-dən 2 km uzaqlıqda yerləşən bir çox mənzilli binaya fiber-optik kabel xətti vasitəsilə İnternetin çəkiliş xərcləri hesablamağı qərara aldıq.
Bu halda həmin məsafəyə 12 liflik fiber-optik xəttin çəkiliş xərcləri aşağıdakı kimidir:
2 km uzunluğunda fiber-optik kabelin binanın girişi və mənzillərədək çəkilişi üçün birdəfəlik xərclər :
Kabelin qiyməti, 2 km x 1 manat = 2000 manat
Çəkiliş xərci, 2 km x 2 manat = 4000 manat
Kabelin və avadanlığın montajı , 240 manat
Binanın girişidəki avadanlıq, 100 manat
Hər bloka optik lifin çəkilişi, 4 blok x 200 manat = 800 manat
Bloklarda avadanlıq, 4 x 50 manat = 200 manat
Layihənin hazırlanması, 960 manat
Cəmi birdəfəlik xərclər : ~ 8300 manat ( ƏDV daxil deyil)
Deməli, ATS-dən 2 km məsafədə olan bir binanın girişinədək fiber-optik infrastrukturun qurulması üçün təxminən 8 min manatadək birdəfəlik vəsait tələb olunur.
Yəni, əgər Provayder istəsə ki, hansısa bir mənzilə fiber-optik İnternet versin o, İnterneti əldə etməzdən öncə bu binayadək bu qədər investisiya yatırmalıdır. Hansı ki, hələ ortada İnternet və digər aylıq xərclər yoxdur.
İndi tutaq ki bir binada 100 ailə var və hər bir aliyəyə 6 Mb/s fiber-optik, İnternet verilməlidir. Hər bir müştərinin də eyni anda İnternetdə işləmədiyi və optik İnternetin xüsusiyyətini nəzərə alsaq deməli Provayder bu binaya həmin fiber-optik xətt üzərindən ən azı 300 Mb/s İnternet gətirməlidir .
Burada diqqət çəkən məqam həm də ondan ibarətdir ki adi telefon xətti-mis məftil üzərindən ADSL ilə İnternet xidməti verəndə Provaydrelər üçün müştərini “çəkidə aldatmaq” çox asandır. O, aldığı İnterneti birin- beşə və ya elə birin-ona nisbətində müştərilərə sata bilir və əksər Provaydrlər də indi əsasən məhz bu yolla qazanc əldə edə bilirlər. Amma fiber-optikdə bu mümkünsüzdür. Müştəri təmiz bir fiber-optik xətt üzərindən təmiz də “çəki” istəyir.
Beləliklə əgər Porvayder artıq özünə məxsus olan, öz pulu ilə qurduğu İnternet infrastrukturu üzərindən İnternet verməyə başlayırsa onun bəlli bir xərcləri ortaya çxır.
Bir binaya fiber-optik İnternetin verilməsi üçünProvayderin aylıq xərcləri :
1. 1 km fiber-optik kabel üçün dövlətə (BTRİB-ə) məxsus kabel-kanalizasiyadan istiafdə haqqı = 120 manat (BTRİB)
2. 1 km fiber-optik kabelə xidmət haqqı - 50 manat (BTRİB)
3. Ethernet Portun aylıq haqqı - 500 manat (DeltaTelekom)
4. 300 Mb/s İnternet kanalın aylıq qiyməti, 300 Mb/s x 20 manat = 6000 manat
(DeltaTelekom)
5. ATS-də Provayderin zəruri avadanlıqlarının yerləşdirilməsi üçün şkafın tutduğu 1 kv.m sahənin aylıq icarəsi 220 manat (BTRİB)
6. İP ünvanlar , 100 İP ünvan x 2 manat = 200 manat ( DeltaTelekom)
7. Provayderin aylıq xərcləri ( əmək haqqı , icarə və s) = 2500 manat
Cəmi aylıq xərclər : ~ 10 000 manat
Beləliklə, Provayderin ümumilikdə, qəbul etdiyimiz şərtlər daxilində cəmi aylıq xərcləri təxminən 10 000 AZN təşkil edir.
Yəni, Provayder 100 ailə üçün fiber-optik xətt üzərindən “çəkidə aldatmamaqla” İnternet xidməti verərkən elə qiymət müəyyən etməlidir ki, bu qeyd olunan xərc ödənilsin və o müəyyən gəlir də götürsün.
Tutaq ki, 6 Mb/s İnternet xidmətini 100 müştəriyə satmaq üçün Provayder yatırdığı investisiyanı nəzərə almadan, ən azı 100 manatdan yuxarı qiymət müəyyən etməlidir. Bəlkə də biz yuxarıda İnternetin toplam həcmini bir az da azalda bilərdik. Amma görünür ki yekun nəticə elə də ciddi dəyişməyəcək.
Bu isə ifrat dərəcdə yüksək tarifdir, izahı olmayan bir situasiyadır.
Qonşu ölkələrdə, Rusiya və Gürcüstanda 6 Mb/s fiber -optik İnternetin qiyməti 5-10 $ civarındadır. Hətta 150 Mb/s İnterneti bu ölkələrdə 15-20 $ əldə etmək mümkündür
Bu cür hədsiz dərəcədə yüksək tariflərlə təbii ki ölkədə keyfiyyətli genişzolaqlı İnternet infrastrukturun qurulması çox çətindir .
Bu yalnız bir halda mümkündür ki, Provayder müştərini aldadaraq, daha doğrusu onları “çəkidə aldadaraq” Müqavilədə göstərilən sürəti deyil, ondan qat-qat az olan bir sürət təqdim etsin.
Sual yarana bilər ki, bəs qeyd olunan sürətdə daha ucuz qiymətə fiber-optik xidmət təklif edən bir-iki Provayder tapmaq olur axı. Çox güman ki, bu, məhz cənab nazirin son çıxışlarında səslənən, Operatora “doğma” olan Provaydrelərlə bağlıdır. Hansı ki onlar xüsusi imtiyazlardan istifadə edirlər, güman ki yuxarıda qeyd olunan xərclərdən, kabel-kanalizasiya xərclərindən azaddırlar.
Bir daha vurğulamaq lazımdır ki, bu tariflərin əksəriyyəti Tarif Şurası tərəfindən təsdiqlənməyib.
Əsas milli İnternet operatoru olan Delta Telekom tərəfindən son illərdə bir neçə dəfə İnternet qiymətləri endirilib. Ancaq ADCL üzərindən verilən İnternet xidmətlərində Provayderlərin qiymət endirmək imkanları yetərincə olduğundan Delta Telekom son dövrlərdə qiymətləri endirməkdə maraqlı gösrənmirdi.
Amma fikrimizcə fiber-optik İnternet məsələsində vəziyyət bir qədər başqa cürdür. Düşünürük ki ölkədə fiber-optik infrastrukturun sürətli inkişafı üçün Delta Telekom tərəfindən də portların və eləcə də İnternetin tariflərinin də müəyyən qədər endirilməsi düzgün addım olardı.
Beləliklə yuxarıda qeyd olunan səbəblərdən hazırda Bakı şəhərində fiber-optik xətlərin çəkilişində ciddi problemlər mövcuddur.
Fikrimizcə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ümumiyyətlə fiber-optik xətlərin çəkilməsi ilə bağlı məsələni mütəxəssislərin, Backbone provayderin, 2-ci səviyyəli provayderlərin, müstəqil ekspertlərin iştirakı ilə ciddi müzakirə etməlidir.
Uzun müddətdən bəri formalaşan, bir-iki nəfərin şəxsi mülahizəsi əsasında ortaya çıxan tariflər ciddi əsaslandırılmalıdır. Bu tariflərin bəzilərinin ümumiyyətlə hər hansı bir mənası yoxdur və ləğv edilməlidir, bəziləri isə xeyli dərəcədə aşağı salınmalıdır.
BTRİB-ə məxsus 100 min km-lərlə kabel-kanalizasiyadan istifadə ilə bağlı toplanan vəsaitlərdən səmərəli istifadə olunsa bəlkə də İnterneti pulsuz vermək olardı.
Düşünürəm ki yalnız RYTN tərəfindən bu məsələ ciddi araşdırılaraq müzakirə olunduqdan və uğurlu tarif islahatları aparıldıqdan sonra ölkədə genişzolaqlı İnternetin sürətli inkişafına nail olmaq olar.
Xüsusilə də, dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitlərin indi mümkünsüz olduğu bir məqamda bu cür addımların atılması fikrimizcə çox vacibdir.
Fiber–optik xətt vasitəsilə İnternet çəkilişi üçün xərclər
|
|
|
|
|
|
Sıra
|
Xidmətin adı
|
Birdəfəlik ödəniş (quraşdırma), AZN |
Aylıq ödəniş, AZN
|
İllik ödəniş, AZN
|
|
1
|
Optik kabellərin xidmət haqqı, km |
0.00 |
40.00 |
|
|
2
|
FO kabellərə görə kabel- kanalizasiyadan istifadə haqqı : |
|
|
|
|
4- dən 12 lifədək |
|
|
1,200.00 |
||
12- dən 24 lifədək |
|
|
1,400.00 |
||
24- dən yuxarı |
|
|
1,600.00 |
||
İcarə olunmuş 1 ədəd |
|
|
|
||
3
|
"Ethernet" portun icarəsi
|
|
|
|
|
10 Mbps |
100.00 |
250.00 |
|
||
|
|
|
|
||
100 Mbps |
100.00 |
400.00 |
|
||
|
|
|
|
||
1 Gbps |
200.00 |
500.00 |
|
||
4
|
Bir cüt optik lifin icarə haqqı : |
|
|
|
|
0-dan 4 km-dək |
0.00 |
60.00 |
|
||
4 km-dən yuxarı (1 km) |
0.00 |
10.00 |
|
||
5 |
1 m² ATS ərazisindən |
200.00 |
210.00 |
|
|
6
|
Optik kabellərin layihələr |
|
|
|
|
əsasında çəkilməsi üçün zəh- |
|
|
|
||
mət haqqı, hər 1 metr üçün: |
|
|
|
||
mövcud kanallarla |
|
|
|
||
çəkildikdə |
|
|
|
||
qazıntı işləri olduğu |
|
|
|
||
halda |
|
|
|
||
7
|
Layihələrin hazırlanması: |
|
|
|
|
1 km-dək |
470 |
|
|
||
1 km-dən – 2 km –dək |
960 |
|
|
||
2-km -den - 3 km-dek |
1180 |
|
|
||
|
|
|
|
Osman Gündüz
13.02.2014
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri