Previous Next
Bağla

BTRİB-in kabel-kanal sistemində nə baş verib?

29-07-2016 14:13
 BTRİB-in kabel-kanal sistemində nə baş verib?

Məlumat verdiyimiz  kimi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən kabel-kanal sistemində qeydə alınan çatışmazlıqların aradan qaldırılması üçün yeni layihəyə başlanıb.

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə də vurğulayıb ki, kabel-kanal sistemi uzun illər düzgün istismar edilməyib.

Belə ki, hazırda paytaxtın normadan çox yüklənən kabel-kanal sistemində səliqə-sahman yaradılır.

Bu istiqamətdə görülən işlər barədə daha ətraflı BTRİB-in Stansiya Qurğuları Xidmətinin rəisi  Hidayət Ağayev ilə ətraflı söhbət etdik.

Hidayət Ağayev Xeberler.az-a bildirib ki, hazırda BTRİB-in istismarında olan kabel-kanal sistemləri və qurğuları uzun müddət israfçılıqla istifadə olunduğu üçün istismara yararsız hala gəlib:

“Sistemin uzun illər normativə uyğun düzgün istismar edilməməsi, kabel-kanal sistemində kabellərin səliqəsiz və sıx yerləşdirilməsi, montajın normativlərə cavab verməməsi bu resursun texniki istismarını mümkünsüz edib. Kabel-kanalların bu cür istismarı zədəli kabellərin demontajı zamanı digərlərinin zədələnməsinə səbəb olur və yeni kabellərin çəkilməsini qeyri-mümkün edir”.

Onun sözlərinə görə, bu işlər yekunlaşandan sonra vahid qaydalar müəyyən ediləcək və buna BTRİB nəzarət edəcək:

“Əslində bu qaydalar əvvəlcədən də mövcud olub. Sadəcə qaydalara  riayət olunmayıb. Həmin quyularda çalışanların iş şəraiti də standartalara uyğun olmalıdır. Bu baxımdan kabel-kanal sistemində görüləsi texniki işlər həddindən artıq çoxdur”.

Qurum rəsmisi deyib ki, bununla bağlı provayderlər birgə işləyirlər. Hətta digər şirkətlərə də alternativlər təklif edilib:

“BTRİB  məsələ ilə bağlı provayderlərlə birgə işləyir. Çünki onların da kabel-kanal xətləri var və biz onlara müdaxilə edib, optimallaşdıra bilmərik. Provayderlər də fəaliyyətlərinin yaxşı olması üçün bu işə diqqət etməli, mövcud problem həll etməlidir. Hər kəs öz sahəsini optimallaşdıraraq  xətləri bir səliqə -səhmana gətirməlidir. Çalışırıq ki,  BTRİB-in istismarında olan kabel-kanal sistemində əlverişli, yeni infrastruktur yaradaq. Kənar şirkət və təşkilatlara da  müəyyən alternativlər təklif etmişik. Onların da biznesinin davamlılığı və inkişafı düşünülməlidir. Ona görə işlər davam etdiyi müddətdə alternativlər təklif edilir. Hətta həmin şirkətlərin bəziləri ilə BTRİB-də bir çox görüşlər də keçirilib. Onları razı salacaq alternativ həll variantları təklif edilib”.

Hidayət Ağayev deyib ki, bu istiqamətdə işlər ilin sonuna qədər davam edəcək:

“Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin balansında və istismarında 16.900 müxtəlif ölçülü quyu, 1820 km telefon kanalizasiyası və 4006 km kabel kanalı var.Hazırda bu resurslar daha yararlı hala gətirilir. Ona görə də ilin sonunda işlərin yekunlaşması nəzərdə tutulur”.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda kabel-kanal sisteminin təkmilləşdirilməsi davam edir

08-06-2016

Bakının telefon kabel sistemi təkmilləşdirilir

25-04-2016

Bakıda 10 minə yaxın quyu texniki normalara uyğunlaşdırılıb

10-03-2017

Provayderlər yeni qaydaları gözləyir

25-09-2017

Bakinternet-də yaranan problemlərlə bağlı rəsmi açıqlama

08-12-2016

BTRİB rəsmi saytını yeniləyir

27-09-2016

BTRİB-də daha 3 vəzifəli şəxs işdən çıxarıldı

20-04-2016

Antiinhisar Dövlət Xidmətinin qərarı özəl provayderləri sevindirəcək

16-08-2019

Azərbaycanda Kanal D-nin yayımı dayandırıldı

27-04-2016

“Özəl provayder təkbaşına fiber optik internet çəkə bilmir”

02-11-2016

BTRİB-də daha bir vəzifəli şəxs işdən çıxarılıb

01-09-2016

Kabel televiziyaları ilə bağlı qaydalar hazırlanır

09-07-2009

Bakının ən peşəkar rabitəçisi müəyyənləşəcək

15-09-2010

BTRİB-in Baş direktor müavini işdən çıxarılıb

07-03-2016

BTRİB-in rəsmi saytı aylardır niyə yenilənmir?

31-08-2016

Provayderlərə nə üçün qadağalar qoyulub?

03-05-2016

BTRİB-in yeni Baş direktoru məlum oldu

27-01-2016

Nazirliyin qurumu təşkilati hüquqi formasını dəyişdi

27-07-2017

"Kabel televiziyası ilə bağlı qanuna ehtiyac var"

06-12-2010

Bəzi ATS-lərin xidmətində problemlər yarana bilər- Xəbərdarlıq

13-12-2016

Kabel televiziyası ilə bağlı qanun gərəkdirmi?

06-12-2010

BTRİB internet xidmətlərinə görə ödənişin müddətini uzadıb

06-01-2017

Aztelekom kənd ATS-lərində fiber-optik kabel çəkilişini həyata keçirir

14-03-2012

BTRİB 74 saylı ATS-in abunəçilərinin elektron xəttə keçirilməsi üzrə işlərə başlayır

18-12-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə