Dünyanın ən kiçik 4K kamerası-Mokacam

30-11-2015 / 10:28

2015-ci ilin Reddot dizayn mükafatçılarından olan Mokacam dünyanın ən kiçik 4K kamerası olaraq Indiegogo saytında təqdim edilib.

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, kiçik ölçüsü ilə diqqət çəkən Mokacam hər kəs tərəfindən asanlıqla istifadə edilə biləcək.

Belə ki, kamera 270 dərəcə fırlanma funksiyası ilə istənilən görüntünü müxtəlif rakurslardan çəkəbiləcək.

MokaCam ilə nələr etmək olar?

MokaCam 4K Ultra yüksək təsvir dəqiqliklə video çəkməsi ilə yanaşı, yüksək keyfiyyətli mikrofon, 152 dərəcəlik görüş sahəsi ilə geniş bucaqlı görüntü ala bilməsi və 16 MP keyfiyyətli kamera ilə birlikdə təqdim edilir.

Taxılıb  və çıxarıbilən 270 dərəcəlik dönməyə sahib ekran isə istifadə edilən zaman öz batareyasından istifadə edərək kameranın çəkiliş müddətinə dəstək olur.

MokaCam-ın maqnit xüsusiyyəti sayəsində metal səthlərə tutunması asanlaşır. İstənilən metal səthin üzərinə rahatlıqla birləşə bilir. Bununla yanaşı, hərəkətlərə aktiv reaksiyası rejimi sayəsində Mokacam avtomatik olaraq hərəkət olan yerləri müəyyən edir.

4096 x 2160 dəqiqlikdə video çəkiliş edən cihaz tək bir düymənin köməyi ilə istifadə edilə biləcək qədər sadədir.

Fotoşəkil və video çəkmə ya da aralarında keçid xüsusiyyətini tək bir düymə ilə etmək mümkündür.

Mokacam-ın kamera xüsusiyyətləri

7 qatlı şüşə linzalardan ibarət kamera, 16 MP, 152 dərəcəli görmə bucağı, H.264 H.264 sıxılma formatına sahib,  4K 15 fps və 1080p 60 fps çəkiliş edə bilən Mokacam, 7 ədəd hamısı bir-birindən güclü 16 MP Sony IMX206 sensor linzalara sahib olduğu üçün həqiqi rənglər, detallar və dəqiqliyi yüksək səviyyədə təqdim edə bilir.

Bu kiçik kameranın içərisinə 3 ədəd batareya yerləşir. Özünə aid olan 1000 mAh tutumlu batareya, ekranın içində olan ikinci 1100 mAh tutumlu batareya və sonradan əlavə oluna üçüncü 1100 mAh tutumlu batareya paketi ilə 8 saata qədər iş ömrü var.

45 x 45 x 35 mm ölçüləri və 96 qram ağırlığı ilə kiçik və yüngül olan kamera zərbələrə və suya qarşı dayanıqlı örtük ilə yüksək dayanıqlılıq təmin edir.

Su keçirməz örtüyü ilə 60 metrə qədər su altında çəkiliş edilə bilir. Maksimum 64 GB Micro SD kart dəstəyi olan kameranın zum xüsusiyyəti isə 15-400 sm. 60 fps ilə 64 GB bitənə kimi video çəkmə müddəti 6 saat, 30 fps sürətlə isə bu müddət 12 saata qədər uzana bilər.

Wi-Fi və Bluetooth dəstəyi də olan Mokacam 1 il zəmanət ilə qara, qızılı, mavi, boz və çəhrayı rənglərdə olacaq.

Məhsulun  növbəti ilin fevralında  bazara çıxarılacağı və təxmini qiyməti 149 dollar olacağı gözlənilir.

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.