“Artıq elektron hökumətin istifadəyə verilməsindən 2 il ötür. İstifadə aktivliyi həndəsi silsilə ilə yüksəlir”. Xeberler.az-ın SİA-ya istinadən verdiyi məlumata görə bunu açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.
Onun sözlərinə görə, artıq elektron xidmətdən istifadəçilərin sayı 7 milyonu ötüb. 400-dən artıq isə elektron xidmətlər verilir: “Bu 2 il ərzində 7 milyon 200 min elektron xidmət həyata keçirilib. Əsas mərkəzləşdirilmiş portaldan alınıb. Daimi istifadəçilərin sayı isə artıq 1 milyon 200 mini ötüb. Bu gün 400 dən çox elektron xidmətlər verilir. Artıq bir çox xidmətlər mürəkkəb xidmətlərdir. Bunlar bir neçə nazirlik və komitələrin verdiyi xidmətlərlə ümumiləşdirilmiş yeni tipli xidmətlərdir. Elektron hökumətin bu gün artıq texnoloji olaraq yeni metod və texnologiyalardan istifadə edərək genişləndirilməsi həyata keçirilir. 2 ay öncə isə elektron hökumətin yeni versiyası, yəni 3.0 versiyası istifadəyə verilib”.
Nazir qeyd etdi ki, informasiya resursları biznes sektoru üçün tamamilə açılır. Xidmətlərdən istifadə kommersiya fəaliyyəti üçün də yararlı olacaq: “Bu da o deməkdir ki, dövlətin bir çox resurslarının, informasiya resurslarının biznes sektoru və əhali üçün tamamilə açılmasıdır. İstənilən kiçik kampaniyalar, həvəskarlar özləri bu resurslardan istifadə edərək yeni xidmətlərin hazırlanması və istifadəyə verilməsi, həmçinin müəyyən qədər onlardan kommersiya fəaliyyəti üçün də istifadə edilə biləcək”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri