“Bu günə qədər düşərgələrdə ancaq öyrənirdik, bu düşərgədə isə öyrəndiklərimizi tətbiq etdik”.

21-09-2010 / 20:29

Xəbər verdiyimiz kimi, sentyabr ayının 18-19-da TOL-un (Transitions Online) təşkilatçılığı ilə Novxanıda Sosial Yeniliklər Düşərgəsi (SYD) keçirilib.

Xeberler.az saytı düşərgə haqda daha ətraflı məlumat almaq məqsədilə düşərgənin təşkilatçısı, Transitions Online” (TOL) təşkilatının Qafqaz üzrə layihə meneceri Emin Hüseynzadədən və düşərgənin iştirakçılarından müsahibə alıb. Həmin müsahibəni təqdim edirik.

 Emin bəy, Sosial Yeniliklər Düşərgəsi haqda məlumat verərdiz...

 Azərbaycanda ilk dəfə Sosial Yeniliklər Düşərgəsi bizim təşkilatçılığımız ilə keçirildi. Sosial Yenililər Düşərgəsinin ən böyük fərqi, dünyada ilk dəfə olaraq düşərgənin yerli dildə keçirilməsi idi. Çünki, bu günə qədər təşkil edilən bütün düşərgələr İngilis dilində keçirilmişdi.

 Sizcə belə düşərgələr cəmiyyətin sosiallaşmasına kömək olacaqmı?

Sosiallaşmaqda rol oynamağını dəqiq deyə bilmərəm. Amma, sosial problemləri özümüzün həll etməsinə yol açacaq. Yəni, bu günə qədər bizdə bir mexanizm var idi, şikayət mexanizmi. Hər hansı bir problemlə üzləşəndə biz kimisə günahlandırırdıq. Biz mobil telefonu və interneti qoşmaq ilə hər hansı bir xırda problemi həll etməyə çalışırıq və düşərgədə bu barədə müzakirələr oldu.

 Düşərgədə İnformasiya Texnologiyaları (İT) ilə bağlı mövzular təklif olunmuşdumu?

Düşərgədə irəli sürülən bütün ideyalar İT ilə bağlı olmalı idi. Bu ən böyük şərt idi. Biz hətta düşərgədə ideanın açıq və qapalı olması ilə bağlı sorğu da qoymuşduq. Əgər insanlar idealarını açıq şəkildə vermək istəyirdilərsə biz onların ideyalarını internet vasitəsi ilə açıq şəkildə yerləşdirirdik. Bizim saytda da bunu müşahidə edə bilərsiniz (www.syd.az red.). Digər məsələ isə iştirakçıları internet vasitəsi ilə qeydiyyatla düşərgəyə dəvət etdik. Sonradan sentyabrın ortalarında müraciətlər olunsa da, heç kəsi qəbul etmədik. Düşərgəyə yalnız qeydiyyatdan keçmiş insanlar dəvət olundu və təxminən 120-130-a yaxın qeydiyyatdan keçmiş iştirakçı var idi. Sonda biz seçim etdik onlardan cəmi 50-55 nəfər Sosial Yeniliklər Düşərgəsinə dəvət olundu.

 

Xeberler.az saytı düşərgənin iştirakçılarının da fikirlərini öyrənib.

 Ülviyyə Quliyeva (Sosial Yeniliklər Düşərgəsinin iştirakçısı) :

“İkinci dəfədi ki, bu düşərgədə iştirak edirdim. Birinci dəfə mən iştirakçı kimi SYD lahiyə versəm də, lahiyəm qəbul olunmadı. Bu il isə düşərgənin azərbaycan dilində keçirilməsi xəbəri məni çox sevindirdi.  Düşərgəyə qatıldıqdan sonra ekologiya ilə bağlı layihə təqdim etdim. Layihəm qəbul edilməsə də, bizim komandamız ikinci yeri tutmağa nail oldu. Bizim komandanın ikinci yerə çıxması ilə bizə qonarar da ayrıldı. Eyni zamanda bu düşərgədə ilk dəfə olaraq təşkilatçılıqla da məşğul oldum və düşünürəm ki, bu məndə uğurlu alındı. Bu il SYD gənclər üçün böyük şanslar yaratdı. Azərbaycanda ilk dəfə idi ki, qrup şəkilində belə bir layihə təşkil edildi.

 Fərahim Ədili (Sosial Yeniliklər Düşərgəsinin iştirakçısı) :

\"SYD düşərgəsində artıq ikinci dəfədi ki, iştirak edirəm. Bu günə qədər keçirilən düşərgələrdə ancaq öyrənirdik, bu düşərgədə isə ilk dəfə olaraq, öyrəndiklərimizi tətbiq etdik. Ən vacibi isə 48 saat ərzində ideya necə lahiyə olur, bunun haqqında geniş məlumat əldə etdik. Nəticələr isə yaxşı oldu. Biz bu lahiyə ilə bir çox sosial problemləri həll edə bilərik\".

 Əfsələddin AĞALAROV 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə