“Sosial Yeniliklər Düşərgəsi”nə dəvətlisiz!

03-05-2011 / 12:43

Cari ilin İyul ayında “Transitions” təşkilatının təşəbbüsü ilə növbəti "Sosial Yeniliklər Düşərgəsi"nin (SYD) keçirilməsi planlaşdırılır. Bu haqda xeberler.az-a təşkilatın Mətbuat xidmətindən Rəşad Mehbaliyev məlumat verib.Onun sözlərinə görə  İnternetlə bağlı ideyaların maliyyələşdirilməsi və ən yaxşı ideyanı açıq müsabiqə vasitəsilə seçmək məqsədilə internet və mobil telefoniya sahəsində təcrübəsi olanlar - iştirakçı və ideya sahibləri qismində "düşərgə"yə (SYD) dəvətlidirlər.

Sosial Yeniliklər Düşərgəsi əhalinin sosial problemlərini həll etmək və ya əhalinin sosial tələbatlarına cavab vermək məqsədi ilə hazırlanmış internet əsaslı layihələrin müsabiqəsidir. Düşərgə haqqında daha geniş məlumat bu keçiddədir:

http://2.syd-az.net/SYD-nedir. SYD-nin əsas məqsədi əhalinin sosial problemlərini həll edən və digər sosial tələbatlarına cavab verən orijinal layihələrin reallaşmasının dəstəkləmək və seçilmiş layihəyə pul mükafatını verməkdir. Təşkilatçıların bu tədbiri keçirməkdə məqsədi ideya müəlliflərini ideyanın həyata keçirilməsinə yardım edəcək insanlarla, reallaşdırmaq qabiliyyətli insanları ideya müəllifləri ilə görüşdürmək və onların bir komandada işləməsini təmin etməkdir. Buna görə də SYD-də iştirak 2 formada olacaq:

1. İdeya sahibləri ideyalarını tədbirin saytında qeydiyyatdan keçirməlidirlər: http://2.syd-az.net/ideyanizi-gonderin. İdeyalar verilən tələblərə uyğun olmalıdır. Tələbləri bu keçiddən oxumaq mümkündür: http://2.syd-az.net/ideyalar-nece-olmalidir

2. İdeyaları olmayanlar və digərlərinin ideyalarının reallaşdırılmasında iştirak etmək istəyənlər üçün də tədbirin saytında xüsusi səhifə ayrılıb: http://2.syd-az.net/istirakci-kimi-muraciet-edin Hər 2 formada iştirak üçün qeydiyyatın son tarixi 25 iyundur.

Düşərgəyə seçiləcək layihələri SYD üzrə əcnəbi mütəxəssislər müəyyən edəcək.
Tədbirə başqa şəhərdən gələcək iştirakçıların yemək, qalmaq və nəqliyyat xərcləri (müvafiq çeklər və biletlər təqdim olunduqda), tədbir keçiləcək şəhərdən qatılacaq iştirakçıların isə yalnız yemək xərcləri təşkilatçılar tərəfindən ödənəcək.
Xatırladaq ki, analoji düşərgələr Böyük Britaniya, Avstraliya, Slovakiya, Koreya, Çexiya, Gürcüstan və Nigeriyada da keçirilib. Azərbaycanda ilk belə tədbir ötən il sentyabrın 18-19-da məhz “Transitions” təşkilatı tərəfindən keçirilmişdi.

xeberler.az/Ellada


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə