“Bu il ərzində bütün Universitetlərdə biznes inkubatorlar yaradılacaq”.
Xeberler.az-ın məlumatına görə, bunu RYTN yanında İT-nin İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov bildirib. Qurum rəsmisinin sözlərinə görə, artıq bu istiqamətdə ilk addımlar atılıb: “İnformasiya Texnologiyalarının inkişafı Dövlət Fondu Təhsil Nazirliyi ilə birgə Memorandum imzalanıb. Bu memorandumun əsas məqamlarından biri odur ki, bütün ali təhsil ocaqlarında biznes inkubatorlar yaradılsın”.
Onun sözlərinə görə, artıq İqtisad Universitetində biznes inkubatorların yaradılması haqqında layihələr təqdim olunub: “Dövlət Neft Akademiyasında biznes inkubasiya mərkəzi 1-2 ay müddətinə təhvil veriləcək. Memarlıq və İnşaaat Universitetində də hazırda bu istiqamətdə işlər aparılır”.
Elçin Zeynalov startap sahəsinin inkişafı məsələlərinin Fondun diqqət mərkəzində olduğunu bildirib.
Mirvari Nəcəf
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri