Startap Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri ilə görüş keçirəcək

31-03-2015 / 12:12

Aprelin 2-də Startap Azərbaycan layihəsi çərçivəsində    növbəti görüş Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri ilə keçiriləcək.

Xəbərlər.az-ın  məlumatına görə, görüşə startaplar və İnternet biznes sahəsi ilə maraqlanan tələbələr qatılacaq.  Görüşdə Startap Azərbaycan Komandasının üzvləri,  Elektron Hökumət portalının və RYT nazirliyi yanında İT-nin İnkişafı Dövlət Fondunun nümayəndələri iştirak edəcəklər.

Toplantıda Startap Azərbaycan  haqqında, Elektron hökumət portalı çərçivəsində keçirilən yeni startup müsabiqəsi haqqında, İT-nin İnkişafı Dövlət Fondunun qrant layihələri haqqında  məlumatlar veriləcək.

Görüşdə həmçinin yerli startap  Layihələri haqqında, onların ideyası və texniki-texnoloji xüsusiyyətləri,  haqqında, İnternet bazarındakı yeri haqqında və gələcək inkişaf perspektivləri haqqında məlumatlar veriləcək.

Qeyd edək ki, Startap Azərbaycan layihəsinin əsas məqsədi milli startupların üzə çıxarılmasına və inkişafına dəstək vermək, bu istiqamətdə maarifçilik işləri həyata keçirmək, ölkədə İnternet biznes mühitini yaxşılaşdırmaq və investorların bu sahəyə diqqətini artırmaq və innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir.

 Aprelin 2-də təşkil olunacaq görüş  Azərbaycan Memarlıq və İnşaat Universitetinin Akt zalında keçiriləcək. Təbbir Universitetini İKT şöbəsi və Tələbə Həmkarlar İttifaqının təşkilatçılığı ilə baş tutacaq.

Qeyd edək ki, əvvəlki görüş Bakı Dövlət universitetin tələbələri  ilə keçirilib.  

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə