Bu il XI sinifdə İnformatika tədris ediləcək? – Açıqlama

17-08-2017 / 18:11

“2017-2018-ci dərs ilindən ölkədə tam orta təhsilin təmayüllər üzrə təşkilinə kütləvi keçidlə əlaqədar olaraq, yeni tədris planlarına İnformatika fənni daxil edilib”.

Bu barədə Təhsil Nazirliyindən sorğumuza cavab olaraq bildirilib.

Qeyd edilib ki, tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkili əvvəlki dərs illərində pilot qaydasında sınaqdan keçirilib. Belə ki, 2016-2017-ci dərs ilində respublikanın 5 şəhər və 36 rayonunun 182 məktəbində belə təmayüllü siniflər fəaliyyət göstərmişdir. Həmin dərs illəri üçün tədris planlarında İnformatika fənni nəzərdə tutulmayıb.

Məlumatda bildirilib ki, bu il təmayüllər üzrə təşkil olunacaq X siniflərdə həmin fənn tədris olunacaq. Növbəti dərs ilində isə bu, XI sinifdə də davam edəcək.

Nazirlik vurğulayıb ki, 2017-2018-ci dərs ilindəki təmayüllü siniflər pilot layihənin davamı olduğu üçün bu il XI siniflərdə həmin fənn tədris edilməyəcək.

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.