Robot dirijor

15-09-2017 / 11:21

1-ci Beynəlxalq robot texnikası festivalının bağlanış mərasimində simfonik orkestrin konsertinə ilk dəfə olaraq robot dirijorluq edib.                               

Xeberler.az ict.az-a isttinadən məlumat verir ki, İsveçrənin ABB şirkətinin hazırladığı YuMi adlı robot bir əli ilə orkestri idarə edən çubuğu tutur, digər əli ilə dirijor kimi jestlər edir.

Robotun bir neçə pyes və musiqi əsəri yerinə yetirmək bacarığına maşın təlimi vasitəsilə nail olunub. Belə ki, dirijor Andrea Kolombini hərəkətləri göstərib, robot isə onları yadda saxlayıb və təkrarlayıb.

İstehsalçıların sözlərinə görə, YuMi 2008-ci ildə Detroyt simfonik orkestrini idarə etməyə çalışan yapon robotu Asimo-dan daha zərif robotdur.

Asimo-nun hərəkətləri məhdud idi. O, əllərini yuxarı və aşağı hərəkət etdirirdi. YuMi isə çox elastikdir və onun əlləri mənim əllərim qədər hərəkətliliyə malikdir”, – deyə Kolombini bildirib.

Robota notların öyrədilməsi kifayət qədər zəhmətli işdir. Belə ki, onun əsərin 6 dəqiqəsini yadda saxlaması üçün dirijor 17 saat sərf edib. Digər tərəfdən, dirijorun sözlərinə görə, robot improvizasiya edə və melodiyanı insan kimi hiss edə bilmir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə