Previous Next
Bağla

Bu texnologiya kripto dünyasını dəyişəcək

16-02-2018 14:33
Bu texnologiya kripto dünyasını dəyişəcək

Bu dəfə də Sizə kripto dünyasında texnoloji dəyişikliklər barədə bir az məlumat vermək istərdim. Bu əsasən Proof of Work (yeni termin olduğu üçün Azərbaycan dilində düşünürəm ki, Mədənçilik əsaslı Təsdiq kimi tərcüməsi düzgün olar) və Proof of Stake (Saxlanc əsaslı Təsdiq) texnologiyaları və onların fərqli xüsusiyyətləri barəsində məlumatlar olacaq.

Əsası Bitcoin tərəfindən qoyulmuş Proof of Work - yəni Mədənçilik əsaslı Təsdiq texnologiyası hazırda Bitcoin özü də daxil olmaqla bir çox kriptovalyutalarda istifadə edilir. Ancaq bu texnologiya yüksək həcmdə enerji sərfiyyatı və məhdud maştablaşdırma imkanlarının olması ilə öz effektivliyini itirir. Belə ki, hər hansı əməliyyatlar blokunun təsdiqi üçün kripto alqoritminin həlli yolunu tapmaq lazımdır və bu proses çətinlik dərəcəsinin artması ilə əlaqədar günü gündən daha da çox resurs sərfiyyatı tələb edir. Bu da müvafiq olaraq əməliyyatların təsdiqi prosesinin gecikməsinə gətirib çıxarır.


Dünyada ikinci ən geniş yayılmış kriptovalyutası olan Ethereumun yaradıcısı Vitalik Buterin bu məhdudiyyəti görüb, artıq 2014-cü ildən Casper adı altında kodlaşdırılmış layihəsi ilə, Ethereumun Proof of Stake - yəni Saxlanc əsaslı Təsdiq texnologiyasına keçirilməsi üzərində çalışır. Ethereum platformasının bu il ərzində PoS texnologiyasına keçirilməsi nəzərdə tutulur. Bu gün Ethereum platformasında saniyədə təxminən on beş əməliyyatı təsdiq etmə gücü vardır. Halbu ki, Visa kimi sistemlərdə bu rəqəm bir min beş yüz əməliyyat üzərində olur. Bu baxımdan əməliyyat həcminin artması ilə texnologiyanın artan tələbi qarşılamaq üçün təkmilləşməsinə ehtiyac duyulur.

Saxlanc əsaslı Təsdiq texnologiyası nədir?

Sadə dildə desək bu texnologiyada kriptovalyuta əldə etmək üçün Sizin portkripto balansında minimum müəyyən sayda (adətən 1000 üzərində olur) kriptovaluta olması lazımdır. Bu halda Siz kriptovalyutalar üzrə gedən əməliyyatların təsdiqi prosesində iştirak edərək təsdiq edilmiş əməliyyatlardan qazanılmış komissiyanın portkriptonuzda olan vəsait həcmi nisbətində qazanc əldə edirsiniz. Ethereum bu texnologiyanı tətbiq etməyə başladıqdan sonra bir çoxları ETH kriptovalyutasını alıb öz portkriptolarında saxlamqda maraqlı olacaqlar.

Yəni, bu böyük həcmdə kriptovalyutanın saxlanclara keçməsinə səbəb olacaq ki, bu da öz növbəsində Ethereum kriptovalyutasının qiymətinin kəskin artımına səbəb olacaq. Kriptovalyuta bazarını izləyən oxucular bəlkədə Dash kriptovalyutasının kəskin qiymət artımını müşahidə etmişdir. 2017-ci ilin əvvəlirində 50-60 dollar civarında olan DASH ilin sonlarına doğru 1000 dollar üzərində qiyməti var idi. Bu məhz onların PoS texnologiyasının tətbiqindən sonra baş verib.

Sual yarana bilər ki, saxlancda kripto saxlayan şəxslərin əməliyyatların təsdiqi prosesinə qeyri qanuni müdaxiləsi necə tənzimlənir?

Bu sahədə adətən Proof of Stake texnologiyası ilə çalışan kriptovalyutalarda çox ciddi tədbirlər olur. Həmin şəxsin portkriptosunda olan bütün vəsaiti itirməyinə ilə nəticələnən bir cəza sistemi mövcuddur. Ona görə də saxlanc sahibləri doğru təsdiqlərdə maraqlı olurlar.

Ötən aylarda keçiş Ethereum proqramçılarından olan Charles Hoskinson da Cardano kriptovalyutasının yol xəritəsində dəyişiklik olduğunu və onların da 2018-ci ilin ikinci rübündə Saxlanc əsaslı Təsdiq texnologiyasına keçməyə hazırlaşdıqlarını bildirib.


Bazarda bu iki qeyd olunan texnologiyadan başqa, bir də İOTA kriptovalyutasının üzərində çalışdığı Tangle texnologiyası var. Bu texnologiyada əməliyyatlar bir birinə bağlı şəkildə formalaşır və bir əməliyyat digərinin təsdiqində istifadə olunur. Hörgü əsaslı, hörümçək toru kimi formalaşan bu mexanizma komissiyasız köçürmələr etməyə imkan verir və çox perspektivli texnologiyadır. Ancaq onun ideyasını hələ çox təkmilləşdirmə lazımdır.

Bir məqam aydındır ki, biz çox maraqlı texnoloji innovasiyalar dövründə yaşayırıq. Bu dönəm çox həyacanlı və maraqlı bir dönəmdir. Belə ki, bütün bu texnoloji təkmilləşmələr çox ciddi texnoloji yeniliklərin - robot texnologiyalarının, yeni ekosistemlərin yaranmasına gətirib çıxaracaq.

Kriptovalyuta və blokeçeyn araşdırmaçı, mütəxəssis Sənan Həsənov

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kriptovalyuta tranzaksiyaların icrası niyə gecikir?-Şərh

Kriptovalyuta tranzaksiyaların icrası niyə gecikir?-Şərh

08-12-2017
“Kripto pullar hər an sıfırlana bilər”

“Kripto pullar hər an sıfırlana bilər”

19-02-2018
 Azərbaycanda kriptovalyuta ticarəti ilə bağlı yeni addım

Azərbaycanda kriptovalyuta ticarəti ilə bağlı yeni addım

29-01-2018
Azərbaycanda yeni kriptovalyuta istifadəyə verilib

Azərbaycanda yeni kriptovalyuta istifadəyə verilib

11-01-2025
Parçalanma Bitcoin-in qiymətinə necə təsir edəcək?-Təhlil

Parçalanma Bitcoin-in qiymətinə necə təsir edəcək?-Təhlil

05-08-2017
Kriptovalyuta milyarderləri-Siyahı

Kriptovalyuta milyarderləri-Siyahı

08-02-2018
Çin kriptovalyuta üzrə avqust ayı üçün rəsmi reytinqini açıqladı

Çin kriptovalyuta üzrə avqust ayı üçün rəsmi reytinqini açıqladı

21-08-2018
Kriptovalyutalar hansı ölkələrdə qanuniləşib?–Müsahibə

Kriptovalyutalar hansı ölkələrdə qanuniləşib?–Müsahibə

22-05-2017
Dünya Bankından kriptovalyuta açıqlaması

Dünya Bankından kriptovalyuta açıqlaması

09-02-2018
Məşhur elektron pul vahidləri-Siyahı

Məşhur elektron pul vahidləri-Siyahı

19-07-2017
Qlobal bank böhranları kriptovalyuta bazarlarına necə təsir edəcək?

Qlobal bank böhranları kriptovalyuta bazarlarına necə təsir edəcək?

28-03-2023
Kripto StartUp dünyasının yeni ulduzu

Kripto StartUp dünyasının yeni ulduzu

16-06-2021
Kriptovalyuta sahəsində nə baş verir?-Bitcoin parçalandı

Kriptovalyuta sahəsində nə baş verir?-Bitcoin parçalandı

02-08-2017
“21-ci əsrin bankları kriptovalyuta texnologiyası ilə qurulacaq”

“21-ci əsrin bankları kriptovalyuta texnologiyası ilə qurulacaq”

06-06-2017
Hakerlər 600 milyon dollarlıq kriptovalyuta oğurlayıb

Hakerlər 600 milyon dollarlıq kriptovalyuta oğurlayıb

11-08-2021
Virtual pullar bazarında QİYMƏTLƏR?

Virtual pullar bazarında QİYMƏTLƏR?

16-11-2018
Tramp ABŞ-ni “dünyanın kriptopaytaxtı” etmək niyyətindədir

Tramp ABŞ-ni “dünyanın kriptopaytaxtı” etmək niyyətindədir

03-03-2025
Ethereum üzrə axtarış çoxalıb

Ethereum üzrə axtarış çoxalıb

24-08-2018
Azərbaycanda banklar e-pul sisteminə necə keçə bilər?

Azərbaycanda banklar e-pul sisteminə necə keçə bilər?

29-11-2017
Azərbaycanın kriptovalyuta indeksi açıqlanıb

Azərbaycanın kriptovalyuta indeksi açıqlanıb

29-10-2025
İddia: Bu il Bitcoin-in dəyəri 40 min dollar olacaq

İddia: Bu il Bitcoin-in dəyəri 40 min dollar olacaq

16-02-2018
Bitcoin daha bir rekorda imza atdı

Bitcoin daha bir rekorda imza atdı

13-06-2017
2017-də kriptovalyuta startapları 6 milyard qazandı

2017-də kriptovalyuta startapları 6 milyard qazandı

01-02-2018
Putin bu elektron pul vahidinə xüsusi maraq göstərir

Putin bu elektron pul vahidinə xüsusi maraq göstərir

14-06-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə