Previous Next
Bağla

İnkişaf etməkdə olan bazarlarda smartfonların satışı artıb

29-05-2015 10:18
 İnkişaf etməkdə olan bazarlarda smartfonların satışı artıb

"Gartner” analitik şirkətinin məlumatına görə, 2015-ci ilin birinci rübündə dünyada smartfonların son istifadəçilərə satışı natural ifadədə 19,3 faiz artaraq 336 milyon ədədə çatıb.

Xeberler.az RYTN-nin  rəsmi saytına istinadən məlumat verir ki, artıma Çin istisna olmaqla inkişaf etməkdə olan bazarlarda smartfonlara yüksək tələbat xidmət edib. Asiya-Sakit okean, Şərqi Avropa, Yaxın Şərq və Şimali Afrika ölkələrində ötən rübdə artım tempi 40 faiz təşkil edib.

İnkişaf etməkdə olan bazarlarda rəqabətdə qalib yerli brendlər və Çin istehsalçıları olub: yanvar-martda onlarda smartfonların satışı orta hesabla 73 faiz yüksəlib, ümumi bazar payı 38 faizdən 47 faizədək artıb.

Bununla yanaşı, “Apple” şirkəti xüsusilə Çində nəzərəçarpacaq nəticələr nümayiş etdirib. Burada “iPhone” satışları 72,5 faiz artıb ki, bu da şirkətə “Xiaomi” şirkətini üstələməyə və ilk dəfə Çində smartfonların satışı üzrə lider olmağa imkan verib. Hazırda Çin “Apple” üçün ən böyük satış bazarı hesab olunur. Ekspertlər qeyd edir ki, bu ölkədə satış həcmi Şimali Amerikadan çoxdur.

Tədqiqatda qeyd olunan rəqəmlərə görə, ötən rübdə dünya istehlakçıları 81,1 milyon “Samsung” smartfonu və 60,1 milyon “Apple” smartfonu aldığı halda bir il əvvəl göstərici müvafiq olaraq 85,5 və 43 milyon qurğu səviyyəsində olub. Şirkətlərin bazar payı müvafiq olaraq 24,2 və 17,9 faiz təşkil edib. 2014-cü ilin yanvar-martında bu göstərici 30,4 və 15,3 faizə bərabər olub.

“Samsung” şirkətinin satışları illik hesablamada azalsa da, ekspertlər rüblük dinamikanın yaxşılaşmasını bildirirlər. Belə ki, ötən rübə nisbətdə tələbat 11 faiz artıb. Cənubi Koreya istehsalçısının yeni qabaqcıl "Galaxy S6” və “Galaxy Alpha” modellərinin bazara çıxması ilə azalma tempinin aşağı düşəcəyi gözlənilir.

Smartfonların satış həcminə görə nəhəng istehsalçılar sırasına analitiklər "Lenovo”, “Huawei” və “LG Electronics” şirkətlərini də daxil ediblər. Ötən rübdə bu şirkətlər müvafiq olaraq 18,9, 18,1 və 15,4 milyon qurğu satıblar. Bunu nəzərə alaraq onların payı müvafiq olaraq 5,6, 5,4 və 4,6 faiz təşkil edib.

Əməliyyat sistemləri baxımından smartfonlar bazarında liderlik “Android” sisteminə məxsusdur, lakin platformanın payı 1,9 faiz - 78,9 faizədək azalıb. Yaxın izləyici “iOS”, əksinə, ardıcıl olaraq üç rübdür artım nümayiş etdirir. Ötən rübdə ABŞ istehsalçısının bazar payı 17,9 faiz olub (+2,6 faiz bənd).

Həmçinin qeyd olunur ki, “Windows” mobil əməliyyat sisteminin payı zəif olaraq qalır: yanvar-martda satılan smartfonların yalnız 2,5 faizi (8,3 milyon ədəd) bu sistemin idarəetməsi ilə işləyib. Lakin “Blackberry” sisteminin nəticələri daha aşağı - 1,3 milyon qurğu və ya 0,4 faiz olub.

Xeberler.az 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Smartfonlar bazarının artımı zəifləyib

21-08-2015

Smartfonların satış həcmi artıb

19-11-2015

Mobil telefonlar bazarında artım müşahidə olunur

29-04-2015

“5G” smartfonlarının satışının 70 faizi Çinin payına düşür

28-09-2020

337,2 milyon smartfon tədarük edilib

24-07-2015

2016-cı ildə smartfonların dünyada tədarükü 2 milyarda çatacaq

02-06-2015

Noutbuklar bazarının həcmi azalıb

15-07-2015

“Android” sistemli smartfonların bazar payı 81 faizə çatıb

31-10-2013

Smartfonların satışı 7 faiz artıb

23-08-2017

“Apple” kompüterlərinin ABŞ-da satışı artmaqda davam edir

14-04-2015

“Samsung”un “Android” sistemli smartfonlar bazarında payı 63 faizə çatıb

13-11-2013

Dünya noutbuklar bazarında dinamikanın yaxşılaşması gözlənilir

27-04-2015

2010-cu ildə bazara 300 milyondan artıq smartfon çıxarılıb

11-02-2011

Xiaomi smartfonları Apple-a meydan oxuyur

05-08-2019

"Apple"ın Azərbaycanda bazar payı azalıb

03-07-2019

iOS və Windows Phone sistemləri mövqeyini möhkəmləndirir

01-07-2015

Smartfonların satışı azalacaq

09-09-2015

Mobil internet şəbəkələrinə qoşulmaların sayı artıb

08-09-2015

Dünya planşetlər bazarının həcmi azalıb

29-07-2015

Dünyanın ən böyük kompüter istehsalçıları açıqlanıb

16-04-2019

Bu il smartfonlar bazarında 7 faizlik artım proqnozlaşdırılır

08-06-2016

Elektrikli avtomobillərin satışı 59 faiz artıb

17-05-2018

Planşetlərin tədarükü 11,7 faiz azalıb

08-05-2018

"Instagram" Azərbaycandakı bazar payının yarıdan çoxunu itirib

01-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə