Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 65 illik yubileyinə həsr olunan “Canlı kainat - planetlərdən qalaktikalara” adlı II beynəlxalq konfrans öz işini başa çatdırıb.
Xeberler.az-ın məlumatına görə, rəsədxanadan bildirilib ki, dörd gün davam edən tədbirin ilk iki günü Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında baş tutub. Elmi sessiyalarda həm ölkəmizin, həm də dünyanın nüfuzlu elmi mərkəzlərinin astronom alimlərinin məruzələri dinlənilib, aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Konfransın üçüncü günündə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Polşanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Nikolay Kopernikin anadan olmasının 550 illiyinə həsr edilən tədbir keçirilib, alimin elmi fəaliyyətini əks etdirən sərgi təşkil olunub. Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mixal Qreçilo sərginin açılışındakı çıxışı zamanı astronomiya sahəsində zəngin elmi irsə malik iki ölkənin - Azərbaycan və Polşanın elmin populyarlaşdırılması istiqamətində səmərəli fəaliyyətindən danışıb. Bildirib ki, bu istiqamətdə əməkdaşlıq, elmin təbliği və təşviqi bundan sonra da prioritet istiqamət olaraq qalacaq.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri