Canon-un yeni video kameraları bütün ehtiyaclarınızı qarşılayacaq

30-03-2015 / 21:04

 Canon, LEGRIA HF R silsiləsindən  olan 3 yeni kamera modelini əlavə etdiyini elan edib. LEGRIA HF R68, LEGRIA HF R66 və LEGRIA HF R606 ilə full HD keyfiyyəti ilə videoları çəkmək, baxmaq və paylaşmaq mümkündür.

57x təkminləşdirilmiş zoom  və 32x optik zoom təchizatına sahib olan bu modellər fərqli səhnələri, yaxın və ya uzaqdakı obyektləri daha yaxşı çəkmək imkanı yaradır. Yeni kamera vasitəsilə titrəmə avtomatik olacaq minimuma endirilir və hərəkətli videolar çəkməyinizi daha da asanlaşdırır.

Daha çox adamın olduğu yerlərdə bu kameraların köməyi ilə daha geniş ərazini çəkmək mümkündür.  Yeni və istifadəsi rahat olan çəkiliş rejimləri ilə videolara tez və asan yolla yaradıcı videolar çəkmək imkanı yaradır. Videonun sürətini 1/2x nisbətində yavaşlatdıqda bütün incəliklərinə qədər hər şeyi izləyə bilərsiz və ya hərəkəti 1200x nisbətində tezləşdirdikdə bütün hadisələrə bir anda baxa biləcəksiz.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə