Previous Next
Bağla

Tələbələrimiz model peyki səmaya buraxmaq hüququ qazanıb

16-06-2017 15:16
Tələbələrimiz model peyki səmaya buraxmaq hüququ qazanıb

Milli Aviasiya Akademiyasının nəzdində yaradılan NaaSAT model peyk komandası Beynəlxalq CanSat (Model Peyk) müsabiqəsində növbəti dəfə iştirak edib.

Bu barədə Xeberler.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Komandanın hazırladığı model peyk ABŞ, Kanada, Hindistan, İran, İtaliya, Meksika, Polşa, Nepal və Türkiyənin qabaqcıl universitetlərinin qatıldığı 87 komanda arasından seçilərək müsabiqənin son mərhələsinə vəsiqə qazanıb.

NaaSAT komandası peyk modellərinin ilkin (PDR-Preliminary Design Review) və son dizayn baxışı (CDR-Critical Design Review) mərhələlərindən müvəffəqiyyətlə keçib. İlk ən yüksək nəticə göstərən 40 komanda sırasına düşən NaaSat komandası finalda model peyki səmaya buraxmaq hüququ qazanıb.  

Komanda iyunun 11-də ABŞ-ın Texas ştatında keçirilən və müsabiqənin növbəti turu olan uçuş mərhələsində iştirak edib.

Bu mərhələdə peyk modeli səmaya buraxılıb və proqramda nəzərdə tutulduğu kimi uğurlu  siqnal – telemetriya qəbul edilib. Ölkəmizin ikinci dəfə bu müsabiqədə təmsil olunmasına baxmayaraq, NaaSAT komandası, hətta ABŞ, İtaliya, Nepal, Hindistan və Kanadanın bir sıra universitetlərinin təcrübəli komandalarını, həmçinin Polşanın ötənilki qalib  komandasını geridə qoyaraq yarışmada 13-cü yerə layiq görülüb.

Beləliklə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərkosmos ASC-nin dəstəyi ilə Milli Aviasiya Akademiyasının tələbələrinin reallaşdırdığı növbəti model peyk layihəsi uğurla sona çatıb.

Qeyd edək ki, model peykin ölkəmizdə istehsalı və yarışmaya qatılması son illərdə Azərbaycanda sürətlə formalaşan qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan  kosmik sənayenin uğurlu layihələrindəndir.  CanSat layihəsində iştirak etmək gələcəkdə nano və digər real peyklərin məhz yerli mütəxəssislər tərəfindən ölkəmizdə hazırlanması üçün əhəmiyyətli təcrübəni daha da təkmilləşdirmiş olub.

Məltəm Talıbzadə

 

 

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ölkəmiz beynəlxalq peyk müsabiqəsində uğur qazanıb

17-06-2016

“CanSat Azərbaycan 2019” model peyk müsabiqəsinin qalibləri müəyyən olub

02-07-2019

Müsabiqə qalibi: Hazırladığımız model peyk raketi uğurla səmaya buraxıldı

05-07-2023

\"CanSat Azərbaycan 2019\" tələbə model peyk müsabiqəsinin final mərhələsi olub

29-06-2019

Bakı Ali Neft Məktəbinin komandası müsabiqəsində ikinci yeri tutub

11-07-2019

“CanSat Azərbaycan 2020” müsabiqəsinin qalibləri mükafatlandırılıb

01-02-2022

CanSat Azərbaycan 2018 müsabiqəsi başa çatıb

01-10-2018

"CanSat Azərbaycan 2020" müsabiqəsinin final mərhələsi oktyabrda keçriləcək

19-09-2020

Azərbaycanda ilk dəfə raket modelçiliyi festivalı keçirilib

13-04-2019

Model peyk müsabiqəsinin final mərhələsi baş tutub

04-07-2023

Bakı Ali Neft Məktəbinin 2 komandası "Teknofest"də birinci yeri tutub

30-05-2022

"CanSat Azərbaycan 2020" model peyk müsabiqəsi təxirə salınıb

28-12-2020

Azərbaycan Kosmik Çempionatda uğurlu nəticə göstərib

17-06-2019

Peyk müsabiqəsinin finalı keçiriləcək

12-05-2023

"CanSat Azərbaycan 2020" peyk müsabiqəsinin "Reallaşdırma" mərhələsi başa çatıb

23-10-2020

CanSat Azərbaycan 2019 müsabiqəsinə qeydiyyat başa çatıb

15-01-2019

CanSat Azərbaycan 2020 tələbə model peyk müsabiqəsi başlayıb

19-12-2019

"CanSat Azerbaijan" müsabiqəsinin final mərhələsinin qalibləri bəlli olub

05-07-2023

  Bakı Ali Neft Məktəbinin 16 komandası “Teknofest”də finala yüksəlib  

25-05-2022

BANM komandası yenidən NASA-da Azərbaycanı təmsil edəcək

11-10-2022

AzMİU-nun iki komandası “Teknofest Azərbaycan” festivalının birinci mərhələsində uğur qazanıb

07-04-2022

Təhsil Nazirliyi Azərkosmos ilə birgə müsabiqə elan edir

21-12-2018

BDU-nun komandası ICPC-nin Azərbaycan üzrə finalına vəsiqə qazanıb

31-10-2025

Müsabiqələrin finalçıları məlum olub

19-05-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə