Android istifadəçiləri Chrome-dan istifadə edərək internet paketlərinə daha çox qənaət edə bilər.
Xeberler.az şirkətin yayımladığı məlumatlara istinadən bildirir ki, Android üçün noyabrın 30-u gələn yenilənmə ilə birlikdə artıq istifadəçilər Chrome tətbiqində “Dataya qənaət”(Data saver) funksiyası ilə mobil dataya 70 faizə qədər qənaət edə biləcəkər.
2013-cü ildə istifadəyə verilən funksiya həm Android, həm iOS platformalarında mövcud idi, həmçinin bu ilin mart ayından etibarən kompüterlərdə də bundan faydalanmaq mümkündür.
Bu funksiya aktivləşdirildikdən sonra veb-səhifələrin yüklənməsi zamanı şəkillərin görünməsini məhdudlaşdırır. Lakin səhifə yükləndikdən sonra bütün şəkilləri və ya yalnız istədiyiniz şəkilləri görə bilərsiniz.
Hələlik sadəcə Hindistan və İndoneziyadakı istifadəçilərin faydalana biləcəyi bu yenilənmənin dekabrın sonunadək bütün dünyada istifadəyə verilməsi gözlənilir.
Bu yeniliyin iOS üçün nə zaman veriləcəyi haqda şirkət məlumat verməyib.
Murad Məmmədzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri