Çilidən olan parlamentarilər “ASAN xidmət”də olublar

29-09-2025 / 17:01

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin(ASAN) sədr müavini Ceyhun Salmanov Çili Respublikası Milli Konqresi Senatının nümayəndə heyəti ilə görüşüb.

Xeberler.az bildirir ki, Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qonaqlara “ASAN xidmət” mərkəzləri barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət” əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynayıb.

Qonaqlar “ASAN xidmət”in, eləcə də Dövlət Agentliyi tərəfindən həyata keçirilən layihələrin onlarda böyük təəssürat yaratdığını, bu təcrübənin Çili tərəfi ilə paylaşılmasında maraqlı olduqlarını bildiriblər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə