Çinin Xenan əyalətində polislər iş prosesində sifətin tanınması funksiyasına malik eynəklərdən istifadəyə başlayıblar.
Xeberler.az xarici mediaya istinadən bildirir ki, qurğunun köməyilə artıq bir neçə cinayətkarı saxlamaq mümkün olub.
“Eynək insan sifətini qeydə alır, bundan sonra informasiyanı axtarışda olan insanların siyahısı ilə müqayisə etmək üçün ümumi məlumat bazasına göndərir”, – deyə əyalətin administrasiya nümayəndəsi Çjan Syaoley bildirib.
Eynək ilk dəfə ötən həftə Çin Yeni ili ərəfəsində sərnişinlərin artımı ilə əlaqədar olaraq, Çjençjou şəhərinin dəmiryolu stansiyasının girişlərində tətbiq edilib. Saxlanılanların arasında soyğunda və hadisə yerindən qaçmaqda təqsirləndirilən və axtarışda olan şəxlər olub. Həmçinin saxta şəxsiyyət vəsiqəsindən istifadə etməyə çalışan 26 nəfər saxlanılıb.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri