Bu günlərdə məlumat verildi ki , Ailə TV-nin yeni bir xidməti - İP TV xidməti fəaliyyyətə başlayıb. Bunun üçün Ailə TV müştərilərinə Ailə TV Player də təqdim etməyə başlayıb. Bu qurğunu əldə edən müştərilər nəinki ölkə daxilində , bütün dünyada İnternet üzərindən IP TV xidmətlərindən yararlana bilirlər.
Lakin müştərilərin xeyli hissəsi ölkə daxilində bu xidmətə qoşulmaqda problemlə üzləşiblər.
Belə ki, Ailə TV-nin yeni xidmətindən yararlana bilməyən istifadəçilər şikayət edirlər ki, bəzi provayderlər onlara imkan vermir ki, bu xidmətə qoşulsunlar. Belə ki, həmin provayderlər Ailə TV Player-in İnternetə girişini sadəcə bloklayıblar. Nəticədə də Ailə TV istifadəçiləri digər provayderlərin təklif etdiyi İnternet xidmətinə bağlana bilmirlər. Ailə TV –nin İP TV xidməti üçün mütləq İnternet bağlantısı lazımdır.
Xəbərlər məsələni aydınlaşdırmağa çalışıb. Daha ətraflı məlumat almaq üçün elə Ailə TV ilə əlaqə saxladıq.
Bildiriblər ki, həqiqətən də ötən həftədən bu problemlə üzləşirlər. Bu qurumdan bizə verilən məlumata görə, Ailə TV artıq aidiyyatı qurumlara müraciət etməyə başlayıb.
Qeyd edilib ki, hazırda UniNet, SuperOnline, Smart və CityNet provayderləri Ailə TV-nin yeni xidmətini qeyri-qanuni olaraq bloklayıblar. Məlumata görə, DeltaTelekom artıq Ailə TV-nin müraciətini qəbul edib və dəstəkləyib ki, provayderlərin bu qadağanı qoymağa hüquqları yoxdur.
Bu gün isə Ailə TV Rabitə və Yüksək Texnologiyalar nazirliyinə problemlə bağlı müraciət ünvanlayacaq.
Məsələyə münasibət bildirən Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bunun tamamilə qanunsuz bir addım olduğunu vurğulayıb.
O, qeyd edib ki, mövcud qanunvericiliyə, Telekommunikasiya haqqqında Qanuna görə ümumi telekommunikasiya şəbəkəsindən istiafdəyə qadağa qoyula bilməz.
Onun sözlərinə görə, provayderlərin belə addımı ölkədə İnternet azadlığının qarşısının alınmasına cəhd kimi dəyərləndirilməlidir .
Bu addım infromasiya azadlığı sahəsində qanunvericilik və beynəlxaq normalara ziddir. “Əgər bu cür addım bir neçə provayder tərəfindən birləşərək bir provayderin xidmtinə qarşı edilirsə , artıq burada Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti də öz sözünü deməlidir” – deyə, Osman Gündüz vurğulayıb.
Osman Gündüz deyib ki, eyni zamanda ölkənin əsas Milli İnternet Operatoru olan Delta Telekom şirkəti də yalnız kommersiya maraqlarını güdməməli, bu cür addımların qarşısını almalıdır.
Osman Gündüz RYTN –də çevik və effektiv tənzimləmə müxanizmlərinin olmamasının da bu kimi hallara səbəb olduğunu qeyd edib. O, RYTN tərəfindən bunun qarşısının alınması üçün ciddi addımlar atılmasının vacib olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, Telekommunikasiya haqqında qanununun 19.2 bəndində göstərilib ki, qanunvercilikdə nəzərdə tutulan hallar istisna olmaqla heç bir halda belə məhdudiyyətlər tətbiq oluna bilməz.
Onu da bildirək ki, Ailə TV-nin yeni xidməti ilə bağlı problemlə qarşılaşan əksər müştərilər xidmətə blok qoyan provayderlərlə bağlı RYTN, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə də müraciət etməyə, həmçinin problem həll olunmasa, məhkəməyə müraciət edəcəklərini bildirirlər.
Ailə TV-yə blok tətbiq edən provayderlərdən də münasibət öyrənmək istədik. CityNet provayderi ilə əlaqə saxladıq. Bildirdilər ki, onlar məsələni Ailə TV ilə həll etmək istəyirlər.
Qeyd edildi ki, blok qoyub-qoymamaq onların fəaliyyətidir və belə problem varsa, Ailə TV onlara müraciət etsin.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri