Bəzi provayderlər Ailə TV-ni bloklamaqda davam edir

01-06-2015 / 17:27

Bir müddət öncə məlumat verildi ki , Ailə TV-nin yeni  xidməti - İP TV xidməti fəaliyyyətə başlayıb. Bunun üçün Ailə TV müştərilərinə Ailə TV Player də təqdim etməyə başlayıb. Bu qurğunu əldə edən müştərilər nəinki ölkə daxilində, bütün dünyada İnternet üzərindən IP TV xidmətlərindən yararlana bilirlər. 

Lakin  müştərilərin xeyli hissəsi ölkə daxilində bu xidmətə qoşulmaqda hələ də problemlə üzləşirlər.

Belə ki, Ailə TV-nin yeni xidmətindən yararlana bilməyən istifadəçilər şikayət edirlər ki, bəzi provayderlər onlara  imkan vermir ki, bu xidmətə qoşulsunlar. Həmin provayderlər  Ailə TV Player-in İnternetə girişini sadəcə  bloklayıblar. Nəticədə də Ailə TV istifadəçiləri digər provayderlərin təklif etdiyi İnternet xidmətinə bağlana bilmirlər.

 Ailə TV -nin İP TV xidməti üçün mütləq İnternet bağlantısı lazımdır.

Qeyd edilib ki, hazırda UniNet, SuperOnline, Smart və CityNet provayderləri Ailə TV-nin yeni xidmətini qeyri-qanuni olaraq bloklayıblar.

Xatırladaq ki,  problemi  Xeberler.az ictimailəşdirdikdən sonra provayderlər Ailə TV-ni blokdan çıxarmışdı.

 Xeberler.az-a daxil olan məlumata görə, hazırda Ailə TV həmin provayderlər tərəfindən bloklanmaqda davam edir.

Aldığımız məlumata görə,  Ailə Tv  problemin həlli ilə bağlı bir sıra işlər görürür. Hazırda  Ailə TV və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə bu istiqamətdə danışıqlar aparılır.

Bildirlib ki, məsələ məhkəmə səviyyəsində  müzakirə olunmayacaq. Ailə TV çalışır ki, provayderlərlə  problem böyümədən razılığa gələ bilsin.

Telekommunikasiya  haqqında qanununun 19.2 bəndində göstərilib ki, qanunvercilikdə nəzərdə tutulan hallar istisna olmaqla heç bir halda belə məhdudiyyətlər tətbiq oluna bilməz.

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə