İT mütəxəssislər üçün iş yerləri

01-06-2015 / 12:02

Xəbərlər “İnformasiya texnologiyaları (İT) sahəsində vakansiya” layihəsi çərçivəsində  bu həftə üçün  İT sahəsində olan iş yerlərini təqdim edir:

Net Media veb-proqramçı vəzifəsinə vakansiya elan edir. Qeyd edilir ki, namizədlər 21-40 yaşlarında, ali texniki təhsilli, 1il iş təcrübəsi, mükəmməl kompüter, proqramlaşdırma biliyinə, PHP-MYSQL üzrə dərin biliklər və interfeys proqramlaşdırma sahəsi üzrə biliklərə sahib  olmalıdır. Namizəd həmçinin rus və azərbaycan dillərində səlis danışıq qabiliyyətinə məlik olmalıdır. Göstərilən əmək haqqı isə 300 - 650 AZN-dir. Əlaqədar şəxs: Natiq bəy
Telefon: 0124379009
Maraqlanan şəxslər ryh***@mail.ru ünvanına şəkilli CV göndərə bilərlər.
Daha ətraflı məlumatı buradan almaq mümkündür.

DataBase MMC proqramçı vəzifəsinə vakansiya elan edir. Namizədlərdən 21-40 yaşlarında, ali texniki təhsilli, 1il iş təcrübəsi olan, HTML, CSS,PHP ,Java script biliyi tələb edilir. Namizəd həmçinin rus və azərbaycan dillərində səlis danışıq qabiliyyətinə malik olmalıdır. Əlaqədar şəxs Nicat Vəliyevdir.
Telefon: 0124049724
Maraqlanan şəxslər [email protected] ünvanına şəkilli CV göndərə bilərlər.
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

Simberg Partners Ltd şirkəti web developer axtarır. Namizəddən ali texniki təhsil, iş təcrübəsi, ASP.NET MVC, JSP, Node.js bilmək, JavaScript, JQuery, HTML5, CSS3 bilikləri tələb olunur., Şirkət qeyd edib ki, rus ingilis və azərbaycan dillərini bilən şəxslərə üstünlük veriləcək.
Telefon: 0124982395
Maraqlanan şəxslər [email protected] ünvanına CV göndərə bilərlər.
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

Bastion şirkəti ali təhsilli, rus və ingilis dillərində danışıq qabiliyyəti olan, DHCP, DNS, Active Directory bilən namizədləri İT texnik kimi çalışmağa dəvət edir. Əlaqədar şəxs Elçin Camalovdur.
Maraqlanan şəxslər sfe***@mail.ru ünvanına CV göndərə bilərlər.
Telefon: 0123230446, 0503427286
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

Baku Technology ali texniki təhsili, kameraya nəzarət və IP sistemi üzrə anlayışı olan, azərbaycan və rus dillərində səlis danışıq, ingilis dilində ilkin bilikləri olan, İT sahəsində iş təcrübəsi, nəzarət sistemlərinin İP yönləndirilməsi sahəsində bacarığı olan şəxsləri işə dəvət edir.
Maraqlanan şəxslər gm***@bakutechnology.az ünvanına CV göndərə bilərlər.
Telefon:0124348393, 0555341062
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

İnternet Makrket MMC proqramçı vəzifəsi üzrə vakansiya elan edir. Namizəd orta təhsilli, 2 il iş təcrübəsi olan, OOP biliyi, Client və Server arxitekturası anlayışı, Web Service və Web Service Client-dən istifadə bacarığı, baza ilə işləmək bacarığı (Query, Procedure, Function..), C# proqramlaşdırma dili, ASP.NET Web Form, ASP.NET MVC, WCF Service, Javascript və ya JQuery, Css, HTML, SQL Server (T-SQL), Oracle bilənlərə üstünlük veriləcəkdir. Əlaqələndirici şəxs: Elnur Əliyevdir. Əmək haqqı 800 -1000 AZN-dir.
Telefon: 077 455 00 25
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

Veysəloğlu MMC 22-30 yaşlarında, iş təcrübəsi 1 ildən aşağı olan, Windows ƏS üzrə biliklər, Windows 7, 8-in quraşdırılması və sazlanması üzrə geniş biliklər, MS (2010, 2013) Outlook, Word, Excel üzrə biliklər, nasazlıqların axtarışı üzrə bacarıqlar, Windows Domen və LAN üzrə başlanğıc biliklər, printerlərlə iş üzrə bilik və iş təcrübəsi olan system idarəetməsi üzrə mütəxəssis axtarır. Əlaqədar şəxs: Xanzadə Musayevadır.
Telefon: 0124472700
Maraqlanan şəxslər [email protected] ünvanına CV göndərə bilərlər.
Daha ətraflı məlumatı buradan ala bilərsiniz.

 

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə