Previous Next
Bağla

Code Academy Texno Parkın layihəsi olub, yoxsa müstəqil olub?

24-01-2017 15:12
Code Academy Texno Parkın layihəsi olub, yoxsa müstəqil olub?

Məlumat verdiyimiz kimi, 2015-ci il Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeliyində Yüksək Texnologiyalar Parkı təhsil üzrə yeni layihəyə - Code Academy proqramına başladı.

Belə ki, Parkda fəaliyyətə başlayan Code Academy İKT sektorundakı ehtiyacı nəzərə alaraq, real proqramlaşdırma bacarıqlarını öyrətməyi hədəfləməyi qarşısına məqsəd qoydu. Əslində layihə ölkədə startap ekosistemin inkişafı ilə bağlı Startap Azərbaycan tərəfindən hazırlanan təkliflər əsasında işə başlayıb.

Qeyd edək ki,  layihəyə ilk vaxtlar YTP-ın şöbə müdiri Ülvi Aslanov rəhbərlik edib.

Belə ki 2014-cü ildə Startap Azərbaycan Təşkilatının təşəbbüsü ilə ekosistemdə maraqlı tərəflərin iştirakı ilə aparılan müzakirələr əsasında Azərbaycanda innovasiyalı biznesin inkişafı məqsədilə bir xeyli təkliflər hazırlanıb, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təqdim edilib.

Həmin təkliflərdə Azərbaycanda proqramçı qıtlığını aradan qaldırmaq üçün Yüksək Texnologiyalar Parkında proqramçı və dizaynerlərin hazırlığı üzrə xüsusi proqram əsasında müntəzəm davam edən kursların təşkil edilməsi və peşəkar mütəxəssislərin buraya cəlb edilməsi də yer alıb.

Startap Azərbaycan-ın Təşlilat Komitəsindən Xeberler.az-a verilən məlumata görə, təkliflər Nazirliyə təqdim edildikdən sonra bu istiqamətdə rəsmi müzakirlər, görüşlər təşkil edilib.

Bu müzakirələrin nəticəsi olaraq Nazirliyin dəstəyi ilə YTP-ın tərkibində Code Academy layihəsi yaradılıb, müvafiq yerlə və resurslarla təmin edilib.

Layihənin əsas məqsədi də ideyası olan gəncləri bu ideyaları həyata keçirmək üçün lazım olan texniki biliklərlə təmin etməkdir. Beləliklə, Code Academy elan etdiyi proqramlar çərçivəsində iştirakçılara sıfırdan interaktiv veb layihələrin yaradılması bacarıqları, HTML5 & CSS3, JavaScript əsasları, PHP&MySQL bilikləri ikili proqramlaşdırma metodikası ilə tədris etməyə başladı.

Son zamanlarda layihənin müstəqil olaraq fəaliyyətə başlayacağı haqqında fikirlər səslənirdi.

Artıq əldə etdiyimiz məlumata görə, Code Academy YTP-dan ayrılaraq, tamamən müstəqil olaraq fəaliyyətə başlayıb. Belə ki, əvvələr YTP-ın yerləşdiyi bina- AFF Business House-un 3-cü mərtbəsində yerləşən layihə, artıq həmin binanın 2-ci mərtəbəsində özəl olaraq yer əldə edib və müstəqil fəaliyyətə başlayıb.

Ülvi Aslanovun da YTP-dakı işindən ayrıldığı qeyd edilir.

Qeyd edək ki, 2015-ci ilin yanvarından fəaliyyətə başlayan Code Academy bu günə qədər bir neçə proqram həyata keçirib. Bu 12 həftəlik tədris proqramımın qiyməti 3-cü proqram zamanında 690 AZN olub ki, İT mütəxəssilər hesab edir ki, Code Academy-in kursları üçün bu qiymət baha müəyyən edilib.

Onu da qeyd edək ki, layihə ilk vaxtlar yaradılanda hətta kursların ödənişsiz olacağı da qeyd edilib.

Layihənin birdən-birə Texno Parkdan ayrılıb müstəqil fəaliyyət göstərməsi ekspertlər arasında birmənalı qarşılanmayıb.

Ekspetlər hesab edir ki, Texno Park tərəfindən dəstəklənən Code Academy-nin kursları ödənişsiz və ya güzəştli şərtlərlə tədris etməsi faydalı olardı.

Layihənin müstəqil fəaliyyətə başlayacağı təqdirdə Texno Park tərəfindən bu istiqamətdə mövcud problemlərin həlli üçün zəruri addımlar atmağın vacibliyi də vurğulanır.

Məsələni YTP ilə dəqiqləşdirməyə çalışdıq. YTP-dən bir qədər fərqli yanaşma oldu. 

Qurumdan  Xeberler.az-a verilən məlumata görə layihə hazırda YTP-də  fəaliyyət göstərir və rəsmi olaraq YTP-a məxsusdur.

Məsələ ilə bağlı Code Academy-dən isə Xeberler.az-a bildirilib ki, layihə YTP-da müstəqil olaraq yaradılıb və bu günə qədər müstəqil fəaliyyət göstərib. Hazırda isə başqa bir ofisə köçdüklərini təsdiqləyiblər.

Düşünürük ki, layihənin hazırkı statusu ilə bağlı YTP və Code Academy-nin birgə rəsmi açıqlama verməsi doğru və faydalı olardı.

 

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Yüksək Texnologiyalar Parkı yeni layihəyə başlayır

Yüksək Texnologiyalar Parkı yeni layihəyə başlayır

11-06-2015
Code Academy-də ilk dərslər iyunun 29-da başlayacaq

Code Academy-də ilk dərslər iyunun 29-da başlayacaq

24-06-2015
Tələbələrə Code Academy  barədə məlumat verilib

Tələbələrə Code Academy barədə məlumat verilib

26-05-2016
Code Academy məzunları PRONET şirkətində işləmək şansı qazanacaq

Code Academy məzunları PRONET şirkətində işləmək şansı qazanacaq

01-07-2016
Code Academy proqramçılar hazırlayacaq

Code Academy proqramçılar hazırlayacaq

21-09-2015
Biznes İnkubasiya Mərkəzinə 190 müraciət olub

Biznes İnkubasiya Mərkəzinə 190 müraciət olub

28-01-2016
“Code Academy” layihəsini bitirən tələbələrin “Məzun günü” keçirilib

“Code Academy” layihəsini bitirən tələbələrin “Məzun günü” keçirilib

04-11-2024
Code Academy-nin məzunları sertifikatla təltif olunub- Fotolar

Code Academy-nin məzunları sertifikatla təltif olunub- Fotolar

23-05-2016
Code Academy proqramçı hazırlamağa davam edir- Güzəştli şərtlərlə

Code Academy proqramçı hazırlamağa davam edir- Güzəştli şərtlərlə

08-01-2016
Code Academy AzTU tələbələrinə diplomlar təqdim edib

Code Academy AzTU tələbələrinə diplomlar təqdim edib

04-07-2023
Yüksək Texnologiyalar Parkı köçür- Səbəb

Yüksək Texnologiyalar Parkı köçür- Səbəb

12-05-2017
NRYTN-nin elan etdiyi təqaüd proqramına qoşulan təhsil müəssisələrinin sayı artıb

NRYTN-nin elan etdiyi təqaüd proqramına qoşulan təhsil müəssisələrinin sayı artıb

29-09-2021
BBF Code Academy ilə əməkdaşlığa başlayıb

BBF Code Academy ilə əməkdaşlığa başlayıb

21-04-2016
Mingəçevir YT Parkının tikintisi yaxın müddətdə başa çatdırılacaq

Mingəçevir YT Parkının tikintisi yaxın müddətdə başa çatdırılacaq

28-10-2015
Yüksək Texnologiyalar Parkı “ATL Academy” ilə əməkdaşlıq edəcək

Yüksək Texnologiyalar Parkı “ATL Academy” ilə əməkdaşlıq edəcək

15-01-2025
YTP-nın İnkubasiya Mərkəzində 31 layihə fəaliyyətini davam etdirir

YTP-nın İnkubasiya Mərkəzində 31 layihə fəaliyyətini davam etdirir

16-07-2015
Bakı Dövlət Universitetində “Code8 Hackathon” keçirilib

Bakı Dövlət Universitetində “Code8 Hackathon” keçirilib

03-07-2025
Codecademy 30 milyon dollar yatırım aldı

Codecademy 30 milyon dollar yatırım aldı

13-07-2016
Ekspert: İT üzrə mütəxəssis hazırlığı ilə kimlər məşğuldur?

Ekspert: İT üzrə mütəxəssis hazırlığı ilə kimlər məşğuldur?

12-10-2022
PİCampus-da rezident olmaq üçün 62 müraciət olub

PİCampus-da rezident olmaq üçün 62 müraciət olub

23-10-2015
 Texnoparka yeni direktor müavini təyin edilib

Texnoparka yeni direktor müavini təyin edilib

14-10-2016
Pirallahı YTP-da ofis sahələrinin tikintisinə başlanacaq

Pirallahı YTP-da ofis sahələrinin tikintisinə başlanacaq

04-11-2015
Nazir müavini: “Pirallahıda YTP-ın tikintisi davam edir”

Nazir müavini: “Pirallahıda YTP-ın tikintisi davam edir”

07-06-2016
 Yüksək Texnologiyalar Parkı ləğv edilir?-Foto

Yüksək Texnologiyalar Parkı ləğv edilir?-Foto

25-09-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə