Previous Next
Bağla

Code Academy proqramçı hazırlamağa davam edir- Güzəştli şərtlərlə

08-01-2016 11:39
Code Academy proqramçı hazırlamağa davam edir- Güzəştli şərtlərlə

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkı təhsil üzrə Code Academy layihəsinin üçüncü  proqramına başlayıb.

YTP-dən Xeberler.az-a verilən məlumata görə,  yanvarın  18-də başlayacaq üçüncü proqram çərçivəsində Code Academy-də 12 həftə (1 həftə onlayn + 10 həftə intensiv master-klas + 1 həftə karyera planlaşdırma) ərzində master-klaslar keçiriləcək.

 Bu müddət ərzində veb proqramlaşdırma sahəsində tamamilə başlanğıc səviyyədə olan insanlardan veb developer hazırlanacaq.

Qeyd edilib ki, 12 həftəlik proqram müddətində tələbələr başlanğıc və ya junior səviyyədə olmasından asılı olmayaraq Code Academy-nin hər növ texniki və profesional təcrübə dəstəyi ilə qısa müddət ərzində özlərini inkişaf etdirəcək.

Tədris müddətində  HTML5,CSS3, Javascript, jQuery, PHP və Mysql (və frameworkları - SASS, Bootstrap, Laravel) öyrədirik və eyni zamanda əlavə fərdi inkişaf təlimlərləri ilə karyera planlaşdırmada, öyrəndiklərini necə pula çevirə bilmələri mövzularında kömək göstəriləcək.

Məktəbli, tələbə və ya kariyera dəyişikliyi fikrində olan peşəkar olmağından aslı olmayaraq hər kəs Code  Academy-nin  bir parçası ola bilər.

Academy-nin  tələbələrinə aşağdakı imkanlar yaradılıb:

- Veb texnologiyalar üzrə ixtisaslaşmış amerikan kurrikulum sisteminə əsaslanan dinamik öyrənmə mühiti və tədris alətləri
- Tədris müddətində daima tələbələrlə bərabər olacaq xüsusi və təcrübəli müəllim və mentor-proqramçılar xidməti
 - İntensiv komanda işi (tələbələrin 12 həftə ərzində real layihələrdə işləməsi) 
-Qeyri İT məşğələ və workshop-ların köməkliyi ilə profesional və fərdi inkişaf 

-   24/7 açıq ofis, (İşləmək istədiyiniz hər an ofis ixtiyarınızdadır)
- Hər dörd tələbədən birinə pulsuz təhsil alma imkanı

Qeyd edək ki, ilk iki tam buraxlışa sahib Code  Academy-nin növbəti proqramına qəbul davam  edir.

Təqaüd proqramına seçim motivasiya və maliyyə çətinlikləri kriteryalarına əsasən aparılır.
 Yanvar ayının 18-ində başlayacaq olan 12 həftəlik tədris proqramımızın qiyməti 690 AZN-dir. Xanımlara əlavə olaraq 70 AZN  güzəşt edilir  var və qəbul zamanı verilən tapşırıqları bitirdikləri halda əlavə daha 70 AZN güzəşt qazanmış olurlar. Birdəfəlik olan ödənişi endirimlərlə birgə 525 AZN-ə qədər  güzəşt edilə bilir. Ödəniş birdəfəlik ödənişin qiymətidir,  amma tələbələr  imkanlarına uyğun olaraq bunu iki hissədə və ya 3 hissədə ödəyə bilər.

Qəbul prosesi bir neçə addımdan ibarətdir. Aldığımız məlumata görə,qəbul prosesində ilk olaraq iştirakçılardan müsahibə götürüləcək.  Bundan əlavə, ingilis dili bilikləri, alqoritmik biliklər, riyazi, və məntiqi biliklər yoxlanılacaq. Proqrama fundamental kompüter bilikləri və böyük həvəsi olan hər kəs müraciət edə bilər.

Qeyd edək ki, proqram ödənişlidir. Proqramın ödənişli olmasına baxmayaraq müsahibədən və imtahanlardan asılı olaraq güzəştlər ediləcək.

Code Academy –nin ilk məzunlarından  olan 15 yaşlı tələbə onlayn  şahmat oyununu hazırlayıb qarşılıqlı olaraq iki nəfər oturub oynaya bilər. Tələbələrdən  bəziləri artıq işə başlayıb  və ilk maaşlarını belə alıblar.

 Bir qrup tələbə hazırda onlayn  mafia oyunu üzərində çalışır. Tələbələrdən bəziləri də freelance olaraq xarici bazarlardan iş götürməyə başlayıb.

Daha geniş məlumatı www.code.edu.az ünvanından əldə edə bilərsiniz.

Məltəm Talıbzadə 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Code Academy proqramçılar hazırlayacaq

21-09-2015

Code Academy-də ilk dərslər iyunun 29-da başlayacaq

24-06-2015

Code Academy-nin məzunları sertifikatla təltif olunub- Fotolar

23-05-2016

Yüksək Texnologiyalar Parkı yeni layihəyə başlayır

11-06-2015

Code Academy məzunları PRONET şirkətində işləmək şansı qazanacaq

01-07-2016

Tələbələrə Code Academy barədə məlumat verilib

26-05-2016

BBF Code Academy ilə əməkdaşlığa başlayıb

21-04-2016

Code Academy Texno Parkın layihəsi olub, yoxsa müstəqil olub?

24-01-2017

“Code Academy” layihəsini bitirən tələbələrin “Məzun günü” keçirilib

04-11-2024

Proqramçılar yetişdirən Code Academy-dən reportaj

28-09-2015

Code Academy AzTU tələbələrinə diplomlar təqdim edib

04-07-2023

NRYTN-nin elan etdiyi təqaüd proqramına qoşulan təhsil müəssisələrinin sayı artıb

29-09-2021

İKT üzrə yay düşərgəsinə ilkin seçimlər başa çatdı

04-09-2018

“Peerstack Academy” 3-cü mərhələ üzrə qəbul elan edir

08-10-2025

Bakı Dövlət Universitetində “Code8 Hackathon” keçirilib

03-07-2025

Biznes İnkubasiya Mərkəzinə 190 müraciət olub

28-01-2016

Codecademy 30 milyon dollar yatırım aldı

13-07-2016

Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

30-01-2026

Azərbaycanda İKT üzrə ixtisasartırma proqramına start verilir

21-11-2024

PİCampus-da rezident olmaq üçün 62 müraciət olub

23-10-2015

KATV1 gənclər üçün biznes tədris proqramına başlayıb

05-02-2016

MEDİA və “Euronews” birgə təlim proqramına start verir

21-10-2025

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə ABB İnnovasiya Mərkəzi növbəti əməkdaşlığa start verir

06-06-2022

Ekspert: İT üzrə mütəxəssis hazırlığı ilə kimlər məşğuldur?

12-10-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə