Previous Next
Bağla

Bioaləmdən qaynaqlanan süni intellekt texnologiyaları araşdırılır

15-04-2025 13:52
Bioaləmdən qaynaqlanan süni intellekt texnologiyaları araşdırılır

Ölkəmizdə süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, yüksəkixtisaslı kadr potensialını gücləndirmək məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası” təsdiq olunub. Strategiyadan irəli gələrək müvafiq dövlət qurumları, o cümlədən bu sahədə tədqiqatlar aparan alim və mütəxəssislər qarşısında mühüm vəzifələr qoyulub. Sevindirici haldır ki, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda uzun illərdən bəri süni intellektin aktual elmi problemləri ilə bağlı fundamental tədqiqatlar aparılır, araşdırmaların nəticələri beynəlxalq elmi platformalarda yüksək qiymətləndirilir.

Xeberler.az  bildirir ki, bu barədə İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, Azərbaycan Texniki Universitetinin Data Elmi və Süni İntellekt İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev məlumat verib.

“Süni intellekt: inkişaf mərhələləri, mənbələri, trendləri və təhlükələri” mövzusunda danışan R.Alıquliyev əvvəlcə süni intellektin inkişaf mərhələlərində xüsusi xidmətləri olan alimlər və onların bu sahənin inkişafına əhəmiyyətli töhfə verən nəzəriyyələri barədə danışıb. O, həmçinin 2024-cü ildə Nobel mükafatına layiq görülmüş süni intellekt üzrə mütəxəssislər - Ceffri Hinton və Con Hopfild (fizika sahəsi), Demis Hassabis və Con Camper (kimya sahəsi) haqqında məlumat verib. Süni intellektin tətbiq sahələrindən danışan AMEA-nın müxbir üzvü R.Alıquliyev bu istiqamətdə ilk sıralarda səhiyyə, maliyyə, təhsil və robototexnika sahələrinin yer aldığını bildirib.

Sonra R.Alıquliyev əsas diqqəti süni intellektin mənbələrinə yönəldib. Qeyd olunub ki, süni intellektin əsas mənbəyi təkcə insan intellekti deyildir. Hazırda alimlər tərəfindən təbiətdəki canlıların və insanların sosial davranışını, həmçinin fiziki, kimyəvi və s. prosesləri modelləşdirən 500-dən çox süni intellekt alqoritmi təklif edilib. Bu alqoritmlərin də 65 faizi biologiyadan, 12 faizi fizikadan, 3 faizi kimyadan, 11 faizi sosial mühitdən və 9 faizi isə digər mənbələrdən qaynaqlanıb. Biologiyadan qaynaqlanan alqoritmlər öz növbəsində sürü (suda yaşayanlar, yerüstü heyvanlar, uçan canlılar, mikroorqanizmlər və digərləri) intellektinə əsaslanan (54 faiz), seleksiya əsaslı (6 faiz) və bitki əsaslı (5 faiz) alqoritmlərə bölünür. Sürü intellektinə əsaslanan alqoritmlərə qarışqa, arı, pişik, meymun, yarasa, canavar, balina alqoritmlərini, seleksiya əsaslı alqoritmlərə genetik, diferensial təkamül, yersoxulcanı, kök hüceyrə alqoritmlərini, bitki əsaslı alqoritmlərə isə alaqotu, çiyələk, çiçək tozlanması kimi alqoritmləri misal göstərmək olar. R.Alıquliyev bu alqoritmlərin bəzilərinin iş prinsipi və onların tətbiq sahələrinə dair ətraflı məlumat verib. O, həmçinin süni intellektin hazırkı və gələcəkdə gözlənilə bilən təhlükələri haqqında danışıb.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnstitutun alimləri Stanford Universitetinin reytinq siyahısına daxil olub

06-10-2025

Süni intellekt üzrə dərc olunan elmi əsərlərin xülasələri toplusu dərc olunub

28-03-2026

Süni intellektin inkişafına dair məruzə dinlənilib

03-04-2025

“COP29 çərçivəsində elmin davamlı inkişafı üçün süni intellekt” adlı tədbir keçirilib

01-11-2024

“İnfokommunikasiya sistemləri və süni intellekt texnologiyaları” mövzusunda beynəlxalq konfrans keçiriləcək

18-10-2024

"AMEA"da süni intellekt məsələlərinə böyük diqqət ayrılır

12-04-2025

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

15-04-2025

Cefri Hinton: Süni intellekt biznes rəqabətini “silah yarışı”na çevirib

03-12-2024

Süni intellektin inkişafı üçün əlverişli biznes mühiti yaradılacaq

19-03-2025

Azərbaycanlı alimlər yenidən Stenford Universitetinin ən nüfuzlu elm adamlarının siyahısına düşüb

24-10-2023

“Süni İntellekt Texnologiyaları və Aerokosmik Problemlər” Konfransı keçirilib

10-07-2025

"2025-2028-ci illər üçün süni intellekt Strategiyası" təsdiqlənib

19-03-2025

Kibersuveren rəqəmsal dövlətin formalaşdırılması araşdırılır

18-08-2025

Azərbaycan alimləri Stenford Universitetinin reytinq siyahılarında

30-09-2024

Dövlət kibersuverenliyinə dair elmi konfrans keçiriləcək

29-01-2026

Sədr: "ASAN xidmət"in fəaliyyətində süni intellektin tətbiqinin uğurlu nəticələri görünür

02-12-2025

“İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” elmi-praktik konfrans keçirilib

08-12-2025

XRİTDX “İnnovasiyalar və Süni İntellekt” Konfransında iştirak edib

03-10-2025

Təbii intellekt yoxsa süni intellekt? – VİDEO

04-05-2026

Akademik Rasim Əliquliyev TÜBİTAK-BİLGEM-in nümayəndə heyəti ilə görüşüb

15-02-2020

“Dördüncü sənaye inqilabı, süni intellekt və rəqəmsal sosiologiya” mövzusunda elmi konfrans keçirilib

28-03-2023

Süni intellekt bəşəriyyəti məhv edə bilər

24-09-2016

İnformasiya təhlükəsizliyinin süni intellekt əsaslı həlləri işlənib hazırlanacaq

28-08-2023

Azərbaycan Almaniya ilə tibbi informatika sahəsində əməkdaşlıq edə bilər

17-04-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə