Previous Next
Bağla

COVİD-19 pasportunu almaq üçün gün ərzində 700 mindən çox sorğu göndərilib

28-05-2021 10:04
COVİD-19 pasportunu almaq üçün gün ərzində 700 mindən çox sorğu göndərilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi COVID-19 pasportunun əldə edilməsi ilə bağlı elektron xidmətin fəaliyyətinə dair açıqlama yayıb.

Xeberler.az bildirir ki, Agentlikdən verilən məlumata görə, COVID-19 pasportunun əldə edilməsi ilə bağlı son günlər vətəndaşların müraciətlərinin sayı çoxalıb.

Qeyd olunub ki, COVID-19 pasportunun əldə edilməsi üçün hər kəsin sistemə eyni anda daxil olması səbəbindən elektron xidmətdə bir qədər yüklənmələr müşahidə olunur: "Sözügedən sistemə gün ərzində yeddi yüz mindən artıq sorğu daxil olmaqdadır.

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən COVID-19 pasportunun vacib olduğu obyektlərlə bağlı bənd iyunun 10-dan, iş və xidmət sahələri ilə bağlı bənd isə iyulun 1-dən qüvvəyə minir.

Həmçinin vətəndaşların nəzərinə çatdıraq ki, “COVID-19 immunitet sertifikatı” son 6 ayda COVID-19 analiz nəticəsi pozitiv olmuş vətəndaşlara verilir. Lakin müşahidələr onu göstərir ki, son 6 (altı) ayda deyil ümumiyyətlə pandemiyanın başlanmasından bu günə qədər olan dövrdə xəstəliyə yoluxmuş şəxslər “COVID-19 immunitet sertifikatı”nı yükləməyə çalışırlar.

Bir daha vurğulamaq istərdik ki, “COVID-19 vaksin sertifikatı”nı hər iki dozada vaksinasiya olunan, “COVID-19 immunitet sertifikatı”nı isə son 6 (altı) ayda COVID-19 analiz nəticəsi pozitiv olan şəxslər əldə edə bilərlər.

Qeyd edək ki, sözügedən sertifikatların daha rahat əldə edilməsi üçün elektron platformanın imkanlarının genişləndirilməsi istiqamətində hazırda təkmilləşdirmə işləri aparılır və qısa zaman ərzində yekunlaşması nəzərdə tutulur".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
COVID-19 pasportu belə veriləcək - Dövlət Agentliyindən Açıqlama

COVID-19 pasportu belə veriləcək - Dövlət Agentliyindən Açıqlama

25-05-2021
COVID-19 sertifikatları artıq “myGov”da

COVID-19 sertifikatları artıq “myGov”da

13-07-2021
Birinci doza peyvənd olunanlar qapalı məkanlara necə daxil olacaqlar?

Birinci doza peyvənd olunanlar qapalı məkanlara necə daxil olacaqlar?

02-09-2021
Toylarla bağlı icazə portalı sabahdan aktivləşdiriləcək

Toylarla bağlı icazə portalı sabahdan aktivləşdiriləcək

25-06-2021
Alimlər 5G ilə koronovirus arasında əlaqə barədə araşdırma aparıblar

Alimlər 5G ilə koronovirus arasında əlaqə barədə araşdırma aparıblar

19-01-2021
“TEKNOFEST Azərbaycan” festivalı ziyarətçi qeydiyyatına start verir

“TEKNOFEST Azərbaycan” festivalı ziyarətçi qeydiyyatına start verir

01-05-2022
Bayden administrasiyası “Meta”dan COVID-19-a aid yazıların silməsini tələb edib

Bayden administrasiyası “Meta”dan COVID-19-a aid yazıların silməsini tələb edib

11-01-2025
OECD: COVID-19 böhranı rəqəmsal texnologiyalardan asılılığı ortaya çıxarıb

OECD: COVID-19 böhranı rəqəmsal texnologiyalardan asılılığı ortaya çıxarıb

28-11-2020
Azercell-dən koronavirusla savaşan tibb işçilərinə dəstək davam edir

Azercell-dən koronavirusla savaşan tibb işçilərinə dəstək davam edir

20-10-2020
“Nar” koronavirusla mübarizə aparan həkimlərə rabitə dəstəyini  davam etdirir

“Nar” koronavirusla mübarizə aparan həkimlərə rabitə dəstəyini davam etdirir

18-07-2020
“Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib

“Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib

04-08-2020
KOICA aztəminatlı ailələrə və şəhid uşaqlarına elektron avadanlıqlar verib

KOICA aztəminatlı ailələrə və şəhid uşaqlarına elektron avadanlıqlar verib

07-12-2020
Azərbaycan ABŞ-dakı vətəndaşları üçün onlayn konsulluq xidmətinə start verib

Azərbaycan ABŞ-dakı vətəndaşları üçün onlayn konsulluq xidmətinə start verib

06-04-2020
“Nar+” tətbiqi ilə hesabını evdən idarə et

“Nar+” tətbiqi ilə hesabını evdən idarə et

27-03-2020
"AzInTelecom" MMC onlayn işə qəbul prosesini həyata keçirib

"AzInTelecom" MMC onlayn işə qəbul prosesini həyata keçirib

29-12-2020
Bu il 20 mindən artıq elektron imza verilib

Bu il 20 mindən artıq elektron imza verilib

25-07-2019
Nazir: “Erməni təxribatları bütün regionda İKT-nin inkişafına əngəl törədir”

Nazir: “Erməni təxribatları bütün regionda İKT-nin inkişafına əngəl törədir”

23-10-2020
Koronavirusa qarşı peyvənd hazırlayan təşkilatlar kiberhücumlara məruz qalıb

Koronavirusa qarşı peyvənd hazırlayan təşkilatlar kiberhücumlara məruz qalıb

05-05-2020
COVID-19-a qarşı mübarizə üzrə rəqəmsal həllər müzakirə olunub

COVID-19-a qarşı mübarizə üzrə rəqəmsal həllər müzakirə olunub

29-06-2020
Bir ayda 3 mindən çox e- imza istifadəyə verilib

Bir ayda 3 mindən çox e- imza istifadəyə verilib

04-05-2017
"INNOLAND"in rezidenti koronavirusla bağlı çatbot yaradıb

"INNOLAND"in rezidenti koronavirusla bağlı çatbot yaradıb

01-04-2020
Azərbaycanda bir ayda 4 minə yaxın elektron imza istifadəyə verilib

Azərbaycanda bir ayda 4 minə yaxın elektron imza istifadəyə verilib

10-03-2016
Azercell koronavirusla savaşan tibb işçilərinə rabitə dəstəyini davam etdirir

Azercell koronavirusla savaşan tibb işçilərinə rabitə dəstəyini davam etdirir

24-12-2020
E-imza sertifikatlarının sayı  açıqlandı

E-imza sertifikatlarının sayı açıqlandı

12-07-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə