Previous Next
Bağla

CTF Azərbaycan işə düşməyə hazırlanır

27-11-2018 10:06
CTF Azərbaycan işə düşməyə hazırlanır

Azərbaycanda yenidən informasiya təhlükəsizliyi sahəsində ildə bir dəfə keçirilən CTF müsabiqəsi başlayır

Bütün ölkənin kibertəhlükəsizlik üzrə mütəxəssislərin komandaları müsabiqə çərçivəsində üz-üzə gələcək və güclərini sınayacaqlar. CTF formatı mütəxəssislərin kompüter sistemlərinin mühafizəsi üzrə bacarıq və səriştələrini qiymətləndirməyə imkan verir. Müsabiqə çərçivəsində iştirakçılara veb-tətbiqetmələrdə olan zəfliklərin istismarı, kriptoqrafiya, binar tətbiqetmələrdə olan pozuntuların istismarı, tərs mühəndislik, və s. bu kimi mövzular üzrə tapşırıqların həllini tapmaq təklif olunacaq.

Xeberler.az  bildirir ki, bu ilin yeniliyi müsabiqənin qaliblərinin mükafatlandırılması günündə yəni dekabrın 22-də master-klass proqramı olacadır. Müstəqil ekspertlər, həmçinin informasiya təhlükəsizliyi sahəsində ən iri şirkətlərinin aparıcı əməkdaşları iştirakçılar və qonaqların qarşısında çıxış edəcəklər. Bununla da tədbir nəinki ölkədə olan ən perspektivli informasiya təhlükəsizliyi mütəxəssislərinin müəyyən edilməsi və qeyd eilməsinə yardım edəcəkdir, həm də görüş və fikir mübadiləsi yeri, informasiyanın qorunması istiqamətində bazarın və texnologiyaların inkişafı haqqında daha səhih məlumatın alınma mənbəyi olacaqdır.

Yarışların təşkilatçıları şəbəkə perimetrinin, məlumatların və tətbiqetmələrin müdafiəsinə fokuslanmış, həmçinin kiber-insidentlərin qarşısının alınması üzrə həllər təqdim edən SmartIT (www.smartit.az) və tətbiqetmələrin təhlükəsizlik auditi, sızmaların testi və kod auditi üzrə ixtisaslaşan Solidlab (www.solidlab.ru) şirkətləridir. Nəqliyyat, Rabitə, və Yüksək Texnologiyalar Nazirliyi Elektron Təhlükəsizlik Xidməti (www.cert.az) müsabiqəyə öz dəstəyini göstərir.

CTF Azərbaycanın vacib tarixləri:

  • Müsabiqə iştirakçılarının qeydiyyatı noyabrın 30-dan dekabrın 14-dək müsabiqənin saytında www.ctf.azaparılacaqdır.
  • Müsabiqə günü, dekabrın 15 saat 11:00-dan 23:00-dək — onlayn-yarışların keçirilməsi.
  • Dekabrın 22-də müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcəkdir. Mərasim çərçivəsində həmçinin informasiya təhlükəsizliyi sahəsində mütəxəssislərin meetupı keçiriləcəkdir.

Müsabiqənin mükafat fondu 5000 AZN ekvivalentində müəyyən edilib. Yarışların nəticələrinə əsasən, ümumi hesabda ilk üç yeri tutan qaliblər mükafatlandırılırlar.

Bütün maraqlanan tərəfləri tədbiri dəstəkləməyə dəvət edirik. Əlaqə telefonu + 994 12 3103335.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
CTF müsabiqəsinə iştirakçıların qeydiyyatı başladı

CTF müsabiqəsinə iştirakçıların qeydiyyatı başladı

01-12-2018
CTF 2019 müsabiqəsinin qalibləri müəyyən edilib

CTF 2019 müsabiqəsinin qalibləri müəyyən edilib

20-12-2019
“Hackathon” müsabiqəsinə qeydiyyat başladı

“Hackathon” müsabiqəsinə qeydiyyat başladı

18-02-2020
CTF (Capture the Flag - Bayrağı Ələ Keçirt) yarışması keçiriləcək

CTF (Capture the Flag - Bayrağı Ələ Keçirt) yarışması keçiriləcək

27-08-2022
Kibertəhlükəsizlik sahəsində istedadlı tələbələr mükafatlandırılıb

Kibertəhlükəsizlik sahəsində istedadlı tələbələr mükafatlandırılıb

30-11-2024
“AzInTelecom” “CIDC-2023”də “Qızıl sponsor” kimi stendlə çıxış edir

“AzInTelecom” “CIDC-2023”də “Qızıl sponsor” kimi stendlə çıxış edir

26-10-2023
ETX Malayziyanın Milli CERT-i ilə Anlaşma Memorandumu imzalayıb

ETX Malayziyanın Milli CERT-i ilə Anlaşma Memorandumu imzalayıb

31-10-2025
Azərbaycanın 19-ci Milli İnternet Mükafatı NETTY2024 üçün qeydəalınma başlayıb

Azərbaycanın 19-ci Milli İnternet Mükafatı NETTY2024 üçün qeydəalınma başlayıb

10-10-2024
Azərbaycanda banklara edilən kiberhücumlar müzakirə ediləcək

Azərbaycanda banklara edilən kiberhücumlar müzakirə ediləcək

02-05-2017
İT mütəxəssislərin yarışması keçiriləcək

İT mütəxəssislərin yarışması keçiriləcək

24-11-2015
İnternet provayderləri üçün yeni öhdəliklər müəyyən edilir

İnternet provayderləri üçün yeni öhdəliklər müəyyən edilir

24-06-2026
Kibertəhlükəsizlik sahəsində elmi əsərlərin xülasələri toplusu çapdan çıxıb

Kibertəhlükəsizlik sahəsində elmi əsərlərin xülasələri toplusu çapdan çıxıb

14-04-2026
Elektron hökumətlə bağlı müsabiqə keçirilir

Elektron hökumətlə bağlı müsabiqə keçirilir

13-11-2017
Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasının seçim imtahanının I mərhələsi başlanır

Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasının seçim imtahanının I mərhələsi başlanır

06-04-2026
“WorldSkills Şanxay 2026” yarışının milli komanda seçimləri başlayıb

“WorldSkills Şanxay 2026” yarışının milli komanda seçimləri başlayıb

24-09-2025
XRİTDX “bug bounty” proqramına start verir

XRİTDX “bug bounty” proqramına start verir

08-04-2025
“Hack The Future 2” təlimlərinə qeydiyyat başlayıb

“Hack The Future 2” təlimlərinə qeydiyyat başlayıb

13-08-2025
 Elektron informasiya təhlükəsizliyi ilə bağlı təlimlər başlayıb

Elektron informasiya təhlükəsizliyi ilə bağlı təlimlər başlayıb

21-01-2016
Bakı-Füzuli-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Bakı-Füzuli-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

06-04-2022
Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

06-10-2025
BANM kibertəhlükəsizlik yarışında qalib oldu

BANM kibertəhlükəsizlik yarışında qalib oldu

02-10-2024
Kibertəhlükəsizlik sahəsində fərqlənən tələbələr mükafatlandırılıb

Kibertəhlükəsizlik sahəsində fərqlənən tələbələr mükafatlandırılıb

07-07-2025
Bakıda kibertəhlükəsizlik konfransı keçiriləcək

Bakıda kibertəhlükəsizlik konfransı keçiriləcək

06-05-2025
“Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik” mövzusuna həsr olunmuş konfrans keçirilir

“Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik” mövzusuna həsr olunmuş konfrans keçirilir

19-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə