2026-cı il sentyabrın 22–27-də Çinin Şanxay şəhərində keçiriləcək kibertəhlükəsizlik üzrə “WorldSkills Şanxay 2026” beynəlxalq yarışının seçim mərhələsinə start verilib.
Xeberler.az məlumat verir ki, 89 ölkədən 1000-dən çox iştirakçı və ekspertin bir araya gələcəyi beynəlxalq tədbirdə Azərbaycanı təmsil edəcək mütəxəssislərin hazırlanması məqsədilə İRİA ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi hazırlıq prosesinə start verib.
Azərbaycanın beynəlxalq arenada uğurla təmsil olunması məqsədilə “WorldSkills Azərbaycan” çərçivəsində kibertəhlükəsizlik üzrə bütün tədbirlər İRİA-nın nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində həyata keçiriləcək. Bu istiqamətdə fəaliyyətlər qeydiyyat, seçim və yarışmaya hazırlıq prosesini əhatə edəcək.
Yarış günlərinə qədər 25 yaşı tamam olmayan, “intermediate” səviyyəsində texniki ingilis dili biliklərinə malik, kibertəhlükəsizlik sahəsində təhsil alan və ya bu sahədə fəaliyyət göstərən gənc mütəxəssislər müsabiqədə iştirak etmək üçün müraciət edə bilərlər.
Qeydiyyatdan keçən namizədlər üçün birinci tur (First Round CTF), yarımfinal (Semi-Final CTF) və final (Final CTF) olmaqla 3 mərhələli CTF (Capture The Flag) yarışı keçiriləcək. Hər mərhələ fərqli tarixlərdə baş tutacaq. Finala yüksələn 5 komanda (hər komanda üzrə 2 nəfər olmaqla) intensiv hazırlıq mərhələsinə dəvət olunacaq və sözügedən sahənin aparıcı mütəxəssisləri tərəfindən xüsusi təlimlər alacaqlar.
Qeyd edək ki, sözügedən tədbir yerli təhsil, iqtisadiyyat, turizm və beynəlxalq əlaqələrin inkişafı baxımından dəyərli imkanlar yaradacaq, həmçinin mədəniyyətlərarası mübadilənin təşviqinə töhfə verəcək. İştirakçılar müxtəlif texniki və peşə sahələri üzrə bacarıqlarını nümayiş etdirərəktexniki bilik mübadiləsinə dəstək göstərəcəklər.
Son qeydiyyat tarixi: 24 oktyabr 2025-ci il
Qeydiyyat üçün link: https://bit.ly/WorldSkills-Azerbaijan-Competition
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları