Kibertəhlükəsizlik üzrə “Capture the flag” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Müsabiqə çərçivəsində ölkənin kibertəhlükəsizlik üzrə mütəxəssisləri öz güclərini sınayıblar. “CTF” formatı mütəxəssislərin kompüter sistemlərinə hücum və mühafizəsi üzrə bilik və bacarıqlarını qiymətləndirməyə imkan verir.
Xeberler.az bildirir ki, tədbiri giriş sözü ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəhbəri Faiq Fərmanov müsabiqənin informasiya təhlükəsizliyinin inkişafı üçün əhəmiyyətini və bu sahədə mütəxəssislərin sayının artmasının vacib olduğunu bildirib.
Müsabiqənin təşəbbüskarları “Smart IT” və “Solid Lab” şirkətlərinin rəhbərləri Qurban Zeynalov və Andrey Petuxov iştirakçıların həm kəmiyyət, həm də keyfiyyət baxımdan artdığını, yaxşı hazırlıq səviyyələrinin olmasını bildiriblər. Onlar iştirakçılara daha böyük nailiyyətlər arzu ediblər. İştirakçılar üçün informasiya təhlükəsizliyi məsələlərinə həsr edilmiş əhatəli master-klass keçirilib.
Müsabiqənin tərəfdaşı “Gulfstream Distribution” şirkətinin məruzəsində şirkətin məhsul portfeli və xüsusilə də kibertəhlükəsizlik həlləri, həmçinin “Cisco ISE” həllinin xüsusiyyətləri və faydaları barədə məlumat verilib. Kibertəhlükəsizliyin aktual mövzularına dair aktiv müzakirələr, fikir mübadiləsi aparılıb.
Müsabiqədə 60-dan artıq komanda iştirak edib. “n0_pwn1c” komandası 1-ci, “SecX” komandası ikinci, “n0b0dy” komandası üçüncü yerə layiq görülüb. Qaliblər diplom və 6000 AZN pul mükafatı ilə mükafatlandırılıblar.
Ardıcıl üçüncü ildir ki keçirilən tədbir ölkədə ən perspektivli informasiya təhlükəsizliyi mütəxəssislərinin müəyyən edilməsi ilə yanaşı, həm də görüş və fikir mübadiləsi yeri, informasiyanın qorunması istiqamətində bazarın və texnologiyaların inkişafı haqqında daha səhih məlumatın alınma mənbəyinə çevrilib.
Yarışların təşkilatçıları şəbəkə perimetrinin, məlumatların və tətbiqetmələrin müdafiəsinə fokuslanmış, həmçinin kiberinsidentlərin qarşısının alınması üzrə həllər təqdim edən “Smart IT” və tətbiqetmələrin təhlükəsizlik auditi, sızmaların testi və kod auditi üzrə ixtisaslaşan “Solid Lab” şirkətləridir.
Müsabiqəyə rəsmi tərəfdaşı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti, gümüş tərəfdaşı BAKOTECH, bürünc tərəfdaşı “ Gulfstream Distribution” şirkətidir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri