Previous Next
Bağla

DDoS hücumların qiyməti neçəyədir?-Araşdırma

31-03-2017 16:20
DDoS hücumların qiyməti neçəyədir?-Araşdırma

Kaspersky Lab  şirkətinin mütəxəssisləri qara bazarda DDoS xidmətlərinə olan təklifləri araşdırıb və müəyyənləşdirib ki, bu tipli hücumlar cinayətkarlar üçün artıq daha effektiv və ucuz alətə çevrilir.

Xeberler.az şirkətə istinadən məlumat  verir ki, DDoS hücumlarının təşkilinin maya dəyəri bir saat üçün təxminən 7 dollar dəyərində olsa da, vurulmuş zərərin məbləği min və milyon dollarlara çata bilir.

Bu gün DDoS hücumlarının təşkili xidmət səviyəsinə görə normal bizneslərlə müqayisə oluna bilər. Əsas fərq ondadır ki, icraçı və sifarişçi arasında birbaşa əlaqə olmur: sifarişli hücumlar üzərində lazımi xidmətləri seçməyə, ödəniş etməyə və hətta görülmüş iş barədə hesabat əldə etməyə imkan verən veb-servislərin köməyilə həyata keçirilir.

 Bəzi hallarda isə xüsusi bonus və kredit sistemi mövcud olur ki, edilmiş hər hücum zamanı sifarişçilərin hesabında əks olunur. Biznes dili ilə desək, kibercinayətkarlar bu üsulla loyallıq proqramını və müştəri xidmətlərini inkişaf etdirirlər.

DDoS hücumlarının təşkili üçün yaranmış veb-servislərin sadəlik və rahatlığına görə qeydiyyatdan keçənlərin sayı 10 minlərlədir: lakin onu da nəzərə almaq lazımdır ki, bu rəqəmlərin yüksəkliyinə servislərin sahibləri resursun məşhurluğunu süni şəkildə artırmaq üçün təsir edə bilərlər.

DDoS hücumlarının qiyməti dəyişə bilir, ortalama isə sifarişçi bir saat üçün 25 dollar ödəyir. Nəzərə alsaq ki, cinayətkarlar hücumun təşkilində 1 000 iş stansiyasından bir saatı 7 dollara botnetlərdən istifadə edirlər, o zaman kibercinayətkarların hücum vaxtı hər bir saat üçün xalis gəliri 18 dollar təşkil edir.

Hücumun qiymətinə bir çox faktorlar təsir edir. Məsələn, onun ssenarisi və mənbəyi: məşhur IoT cihazlarından botnetlər serverlərdən olanlarla müqayisədə daha ucuzdur. Eyni zamanda, insidentin müddəti və sifarişçinin məkanı da qiymətə təsir edən faktorlardır: ingilis dilində olan resurslara DDoS hücumların təşkili rus dilli resurslara hücumlardan daha bahadır.

Bununla yanaşı, qurbanın xüsusiyyətləri də böyük əhəmiyyət kəsb edir. Dövlət orqanlarının saytlarına və ya DDoS hücumlarına qarşı xüsusi həllərlə qorunan saytlara hücum dəfələrlə baha başa gəlir, çünki müvafiq olaraq birincilərə hücum təhlükəli, ikincilərə hücum isə texniki olaraq çətindir. Məsələn, bu cür servislərdə qoruması olmayan sayta hücum 100 dollar dəyərində, qorunan resursa isə 400 dollardan başlayır.

Ssenarisi olan cinayətkarlar üçün daha sərfəli alternativ variant şantaj olur: cinayətkarlar qurbanlardan DDoS hücumuna başlamamaq və ya artıq başlamış hücumları dayandırmaq üçün rüşvət tələb edirlər. Rüşvətin miqdarı bitkoinlərlə 1 000 dollar təşkil edə bilər. Bu halda fırıldaqçılara hücum üçün resurs da tələb olunmur, hədələyici ismarıç kifayət edir.

“Cinayətkarlar aktiv şəkildə botnetlərlə hücumun və hiyləgər ssenarilərin təşkilinin qoruyucu həllər tərəfindən qarşısının alınması üçün çətin və daha ucuz üsullar axtarırlar. Nə qədər ki, şəbəkədə boşluqları olan serverlər, kompüterlər və IoT cihazlar var və nə qədər k, bir çox şirkətlər DDoS hücumlara qarşı tədbir görmək niyətində deyillər, bu cür hücumların rentabelliyi, tezliyi və çətinliyi artacaq”, - deyə “Kaspersky Lab” şirkətinin antiviruslar üzrə mütəxəssisi Denis Makruşin bildirib.

DDoS haqqında daha bir maraqlı fakt isə cinayətkarların bu hücunmların təşkili ilə yanaşı onlardan qorunma həlləri də təklif etməsidir. Lakin Kaspersky Lab şirkətinin mütəxəssisləri bu xidmətlərdən yararlanmağı tövsiyə etmirlər.

DDoS hücumlarının dəyəri barədə daha ətraflı Kaspersky Lab şirkətinin analitik hesabatından tanış ola bilərsiniz. 

 Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

DDoS hücum ən çox şantaj üçün edilir

24-08-2017

DDoS hücumların sayında rekord qeydə alınıb

21-05-2015

Bu il ən çox hansı ölkələrə kiberhücum olub?

22-05-2017

Kaspersky: DDoS hücumlarında kəskin artım qeydə alıb

19-08-2020

Kaspersky: DdoS hücumlarının sayı artıb

15-11-2021

Kaspersky: DDoS hücumlarının sayı karantindən öncəki səviyyəyə qayıdıb

25-05-2021

“Bankın onlayn xidmətindəki problem müştəridə güvənsizlik yaradır”

27-07-2017

Kaspersky: Məktəblilər DDoS hücumlara görə məsuliyyət daşıyır

15-11-2019

Kriptovalyutanın kəskin bahalaşması kibertəhdidlərə necə təsir edir

22-02-2021

DDoS hücumlar güclənir

27-04-2016

DDoS hücumları artıb

25-08-2016

Ən uzunmüddətli DDoS hücumu qeydə alınıb

27-04-2018

Kriptoçöküş və artan ağıllı hücumlar: DdoS hücumlarının 2022-ci ilin 2-ci rübündəki mənzərəsi

19-08-2022

Azərbaycanın dövlət informasiya resurslarına qarşı DDoS hücumların qarşısı alınır

30-09-2020

Bakıda 11 min kompüter hücuma məruz qalıb

03-03-2017

Nazirlik DDoS hücumlarından müdafiəni gücləndirməyi təklif edir

21-01-2016

Latviyanın dövlət saytları DDoS hücumuna məruz qalıb

02-10-2025

"Delta Telekom"a qarşı DDoS tipli kiberhücum həyata keçirilib

21-08-2025

Tural Məmmədov: DDOS hücumu olmayan gün yoxdur

05-09-2025

Kiberhücumların aşkarlanması metodları öyrənilir

28-02-2017

Fişinq hücumun əsas hədəfi kimlərdir?-Araşdırma

24-02-2017

Kiberhücumdan qorunmaq üçün yeni proqram təqdim ediləcək

08-09-2015

ABŞ bankları kiberhücum riskinə qarşı yüksək hazırlıq vəziyyətindədir

04-03-2026

Kibercinayətkarlıq indiyədək görünməmiş həddə çatıb

06-01-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə