Previous Next
Bağla

Bakıda 11 min kompüter hücuma məruz qalıb

03-03-2017 14:17
Bakıda 11 min kompüter hücuma məruz qalıb

Ötən il Bakıda 11 min korporativ kompüter hücumlara məruz qalıb.

Xeberler.az-ın məlumatına görə, bu barədə Kaspersky Lab şirkətinin aparıcı antivirus eksperti Sergey Lojkin bu gün Bakıda keçirilən “Security Day” tədbirində məlumat verib.

Qeyd edilib ki, Kaspersky Lab şirkətinin məlumatlarına əsasən, 2016-cı ildə Azərbaycanda şirkətlərə hücum cəhdlərinin ümumi sayı 2,2 milyonu üstələyib. Onların əksəriyyəti (84%) Bakıda, daha sonra isə Abşeronda (ümumi hücum cəhdlərinin 11%-i) qeydə alınıb.

Bakıda hücuma məruz qalmış korporativ kompüterlərin sayı ümumilikdə 11 min təşkil edib.

Bu statistika qlobal tendensiya ilə münasibdir. Belə ki, Kaspersky Lab-ın araşdırmalarına** əsasən, 2016-cı ildə demək olar ki, dünyada hər bir qurum ən azı bir dəfə kiberhücuma məruz qalıb. Günümüzdə bu hücumlar arasında ən geniş yayılanlar aşağıdakılardır:

  • Zərərli proqram təminatı – şirkətlərin 38%-i bu problem ilə qarşılaşıb;
  • Əməkdaşlar tərəfindən İT resursların düzgün istifadə edilməməsi – şirkətlərin 36%-i;
  • Korporativ məlumatların saxlandığı cihazların itirilməsi – şirkətlərin 31%-i.

Bu cür hücumlar acınacaqlı fəsadlara səbəb ola bilər: eyni araşdırmanın nəticələrinə görə şirkətlərin 43%-i kiberhadisələr nəticəsində mühüm əhəmiyyətli informasiya itkisi ilə üzləşiblər. Belə ki, hər üçüncü şirkət (37%) kommersiya sirri və ya əqli mülkiyyətlə bağlı, hər dördüncü şirkət isə (23%) maliyyə məlumatlarının sızıntısı halları ilə qarşılaşıb. Uğurla həyata keçirilmiş kiberhücumdan kiçik və orta biznesə dəyən ortalama maddi zərər 86,5 min ABŞ dolları, böyük bizneslər üçün isə 861 min dollar məbləğində hesablanır.

Cinayətkarların alətləri daim dəyişir: ötən ilin hadisələri nümayiş etdirir ki, APT (məqsədli mürəkkəb hücumlar) sinfindən olan hücumlar yalnız hərbi, hökumət və mühüm infrastruktur qurumlarının “bəlası” deyil. Artıq kibercinayətkarların hədəfinə daha çox kommersiya şirkətləri tuş gəlir.

Kaspersky Lab-ın sorğusunun nəticələrinə görə, 2016-cı ildə şirkətlərin 21%-i itkilər və informasiya sızıntısı ilə nəticələnən məqsədli hücumlara məruz qalıb. Cinayətkarlar hər bir əməliyyata diqqətlə hazırlaşırlar: potensial qurbanların maraqlarını araşdırır, məqsədli şəkildə şirkət işçilərinin tez-tez daxil olduqları veb-saytları aşkarlayır və onları virusla yoluxdurur, hücum edilən şirkətin kontakt və təchizatçılarının siyahısını analiz edirlər. Bu səbəbdən də belə hücumları aşkar etmək çox çətin olur.

“Köhnə, sadə antivirusların vaxtı çoxdan keçib. Zaman keçdikcə kiberhücumla daha mürəkkəb və fərqli forma almağa başlayıb və sadəcə zərərli proqram təminatı ilə məhdudlaşmır. Dünyada şirkətlər müntəzəm şəkildə məqsədli hücumlar, məlumat casusluğu, şəbəkə oğurluğu, DDoS hücumları ilə qarşılaşırlar. Əsas təhlükə isə cinayətkarların hədəf qismində daha çox mühüm infrastruktur obyektlərini, xüsusən də neft emalı zavodları və qaz boru kəmərlərini seçməsidir. 2012-ci ildə Səudiyyə Ərəbistanıın nəhəng şirkətlərindən biri olan “Saudi Aramco”nun bütün serverləri 1 həftədən çox söndürüldü və nəticədə 17 gün sonra şirkət neft satışı üçün texniki imkanlara malik olmadığından onu pulsuz paylamaq məcburiyyətində qaldı. Bu cür hallarda şirkətlər İT infrastrukturun kompleks müdafiəsi haqqında düşünməlidirlər. Belə ki, şirkətlər sadəcə qabaqcıl antivirus texnologiyalarının mövcudluğu ilə kifayətlənməməli, həmçinin informasiyanın şifrələnməsi və onun bütün hissələrinin idarə olunması üçün müvafiq alətlər kimi əlavə müdafiə vasitələri əldə etməlidirlər”, - deyə Kaspersky Lab şirkətinin vitse-prezidenti və korporativ bölməsinin rəhbəri Veniamin Levtsov bildirib.

Kaspersky Lab şirkəti tərəfindən hazırlanmış “Biznes üçün Kaspersky Security” kompleks platforması şirkətin İT infrasktrukturunun geniş spektrli kibertəhdidlərdən hərtərəfli müdafiəsini və məlumatların məxfililiyinin qorunmasını təmin edir. Sözügedən platforma əsasında qurulmuş təhlükəsizlik sistemi korporativ poçtun, virtual mühitin, mobil cihazların təhlükəsizliyinin təmini, həmçinin maliyyə fırıldaqçılığının və DDoS hücumlarının qarşısının alınması üçün xüsusi əlavə həllərlə təchiz edilə bilər.

Qeyd edilib ki, “Kaspersky Anti Targeted Attack Platform” məqsədli hücumlardan müdafiə üçün yaradılmış həlldir. Bu hücumların əsas təhlükəsi onların hər bir təşkilat üçün xüsusi olaraq işlənib hazırlanması və bununla belə özlərini aşkara çıxarmamasıdır. Belə hücumlar məlumat sızıntısı, müəssisənin fəaliyyətinin dayanması və ya nüfuza zərbə ilə nəticələnə bilər.

Kaspersky Lab-ın təqdim etdiyi həll bütün mərhələlərdə hücumlara müqavimət göstərir və eyni zamanda, başlayan hücumu aşkarlayaraq itkiləri minimallaşdırmağa, cari infrastrukturda təhlükəsizlik risklərini dəyərləndirərək müəssisəni potensial təhlükələrdən qorumağa imkan verir.

Məltəm Talızbadə

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky Lab Bakıda tədbir keçirəcək

28-02-2017

Azərbaycan biznesinə qarşı kibertəhlükələr iki dəfə artıb

20-07-2016

“Bankın onlayn xidmətindəki problem müştəridə güvənsizlik yaradır”

27-07-2017

70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

08-06-2018

Azərbaycanda şirkətlər niyə kiber hücuma məruz qalır?

09-11-2017

Şirkətlərə kiberhücumlardan dəyən zərərin məbləği açıqlanıb

20-09-2016

Banklar kibertəhlükəsizlik siyasətinə yenidən baxır

02-08-2018

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019

Bu il şirkətlərə qarşı kiber-hücumların sayı iki qat artıb

25-12-2015

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019

Kaspersky Lab hesabat açıqladı

29-06-2018

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018

Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

30-05-2019

Şirkətlərə qarşı məqsədli kiber hücumlar artıb

02-02-2018

DDoS hücum ən çox şantaj üçün edilir

24-08-2017

Kaspersky: DdoS hücumlarının sayı artıb

15-11-2021

Azərbaycan kiberhücumlardan daha yaxşı qorunub

17-09-2018

Bank troyanları 430 min istifadəçiyə hücum edib

08-08-2019

Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

26-09-2019

Ən çox bu sahələrə kiber hücum olur-Araşdırma

30-03-2018

Mobil cihazlar vasitəsi ilə pul oğurluğu artacaq

14-04-2017

Kaspersky Lab Siemens avadanlığında boşluq tapıb

01-07-2016

Kasperski Lab top 100-lüyə daxil olub

29-09-2009

Azərbaycanda kibertəhlükəsizlik məsələləri müzakirə edilib- Fotolar

18-04-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə