Previous Next
Bağla

Kriptovalyutanın kəskin bahalaşması kibertəhdidlərə necə təsir edir

22-02-2021 12:03
Kriptovalyutanın kəskin bahalaşması kibertəhdidlərə necə təsir edir

Kaspersky-nin məlumatına görə 2020-ci ilin dördüncü rübündə DDoS hücumlarının sayı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 10% artıb, amma 2020-ci ilin üçüncü rübünə nisbətən 31% azalıb. Beləliklə, bazarın hələ yazda gözəçarpan enişi davam edib.

2020-ci ilin sonunda DDoS hücumlarının sayının azalmasına kriptovalyuta bazarının sürətli böyüməsi təsir göstərə bilər. Şirkət mütəxəssisləri bunu botnet operatorlarının öz güclərinin bir hissəsini kriptovalyuta mədənçiliyinə yönləndirməsi ilə izah edir. Adətən, DDoS hücumlarında istifadə olunan komanda və idarəetmə serverləri kriptovalyutaları çıxarmaq üçün yoluxmuş cihazların hesablama mənbələrindən istifadə edə bilsin deyə, onlar bəzi botnetləri yenidən hazırlayıblar.

Bu fərziyyə Kaspersky Security Network* statistikası ilə də təsdiqlənir. 2019-cu il boyunca və 2020-ci ilin əvvəlində kriptominatorların sayı azalıb və 2020-ci ilin avqustundan etibarən kəskin böyüməyə başlayıb və dördüncü rübdə platoya (sabit səviyyəyə) çatıb.

Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr Bu azalma əsasən asanlıqla təşkil olunan hücumlar hesabına baş verir, ağıllı DDoS-un payı isə bir qədər azalır. Bunun səbəbi, ehtimal ki, bu cür xidmətlərin qiymətləri artdıqca ilk növbədə həvəskarların - məktəblilər, xırda xuliqanlar və DDoS sifariş etmək üçün ciddi bir səbəbi olmayan adi “başı alovlular”-ın sayının azalmasıdır. Xüsusilə tətillər və satışlarla zəngin olan dördüncü rübdə peşəkarların maraqları öz aktuallığını itirmir, buna görə də hücumlar sifariş etməyə və təşkil etməyə davam edirlər.

Bundan əlavə, oktyabr-dekabr ayları arasında təhsil qurumlarının resursları ilə bağlı hadisələr əvvəlki kimi qeydə alınmağa davam edib. Bu, xüsusilə Massaçusetsdəki bir neçə məktəb və Kanadadakı Lourens Universiteti tərəfindən bildirilib. İlin son rübündə məşhur oyun platformaları da “zibil” (lazımsız məlumat) trafikindən əziyyət çəkib.

“Bu gün DDoS hücumlarının sayındakı dəyişiklik iki əks tendensiya səbəbindən baş verir. Birincisi, ticarət və təhsil də daxil olmaqla, onlayn mənbələrin sabit fəaliyyətinin əhəmiyyəti, kiber cinayətkarların bu aləti istifadə etməyə maraqlarını artırır. İkincisi, kriptovalyutaların məzənnəsindəki artım onları mədənçilərə hücuma keçməyə sövq edir. Bu tendensiyalar davam etdikcə DDoS bazarında ciddi bir böyümə və ya azalma gözləmirik,” deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Kaspersky DDoS hücumlarına və onların nəticələrinə qarşı uğurla mübarizə aparmağa kömək edəcək tədbirləri xatırladır:

1. sayt dəstəyi belə bir hadisə halında nə edəcəyini bilən mütəxəssislərə həvalə edilməlidir;

2. internet provayderləri ilə müqavilələr də daxil olmaqla, təchizatçılarla müqavilələri və əlaqə məlumatlarını diqqətlə nəzərdən keçirmək lazımdır. Bu, hücum halında komandaların ehtiyac duyduğu məlumatları tez bir zamanda əldə etmələrinə kömək edəcəkdir;

3. DdoS-dan qorunmaq üçün ixtisaslaşmış korporativ həllər tətbiq etmək. Məsələn, Kaspersky DDoS Protection həlli real vaxt rejimində trafikin monitorinqini təmin edir və istənilən ölçüdə hücumları effektiv şəkildə dəf edir.

2020-ci ilin dördüncü rübündə DdoS hücumları haqqında tam hesabatı buradan oxumaq olar: https://securelist.ru/ddos-attacks-in-q4-2020/100469/.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky: DDoS hücumlarının sayı karantindən öncəki səviyyəyə qayıdıb

Kaspersky: DDoS hücumlarının sayı karantindən öncəki səviyyəyə qayıdıb

25-05-2021
Kaspersky: DdoS hücumlarının sayı artıb

Kaspersky: DdoS hücumlarının sayı artıb

15-11-2021
Kaspersky: DDoS hücumlarında kəskin artım qeydə alıb

Kaspersky: DDoS hücumlarında kəskin artım qeydə alıb

19-08-2020
Kriptoçöküş və artan ağıllı hücumlar: DdoS hücumlarının 2022-ci ilin 2-ci rübündəki mənzərəsi

Kriptoçöküş və artan ağıllı hücumlar: DdoS hücumlarının 2022-ci ilin 2-ci rübündəki mənzərəsi

19-08-2022
Kaspersky: Məktəblilər DDoS hücumlara görə məsuliyyət daşıyır

Kaspersky: Məktəblilər DDoS hücumlara görə məsuliyyət daşıyır

15-11-2019
 DDoS hücumların sayında rekord qeydə alınıb

DDoS hücumların sayında rekord qeydə alınıb

21-05-2015
Bu il ən çox hansı ölkələrə kiberhücum olub?

Bu il ən çox hansı ölkələrə kiberhücum olub?

22-05-2017
DDoS hücumları artıb

DDoS hücumları artıb

25-08-2016
DDoS hücum ən çox şantaj üçün edilir

DDoS hücum ən çox şantaj üçün edilir

24-08-2017
Tural Məmmədov: DDOS hücumu olmayan gün yoxdur

Tural Məmmədov: DDOS hücumu olmayan gün yoxdur

05-09-2025
DDoS hücumların qiyməti neçəyədir?-Araşdırma

DDoS hücumların qiyməti neçəyədir?-Araşdırma

31-03-2017
“Bankın onlayn xidmətindəki problem müştəridə güvənsizlik yaradır”

“Bankın onlayn xidmətindəki problem müştəridə güvənsizlik yaradır”

27-07-2017
DDoS hücumlar güclənir

DDoS hücumlar güclənir

27-04-2016
Kaspersky: Azərbaycanda hər onuncu cihazda zərərli internet proqram bloklanıb

Kaspersky: Azərbaycanda hər onuncu cihazda zərərli internet proqram bloklanıb

04-06-2021
Ən uzunmüddətli DDoS hücumu qeydə alınıb

Ən uzunmüddətli DDoS hücumu qeydə alınıb

27-04-2018
 Nazirlik DDoS hücumlarından müdafiəni gücləndirməyi təklif edir

Nazirlik DDoS hücumlarından müdafiəni gücləndirməyi təklif edir

21-01-2016
Latviyanın dövlət saytları DDoS hücumuna məruz qalıb

Latviyanın dövlət saytları DDoS hücumuna məruz qalıb

02-10-2025
Kiberhücumdan qorunmaq üçün yeni proqram təqdim ediləcək

Kiberhücumdan qorunmaq üçün yeni proqram təqdim ediləcək

08-09-2015
“Kaspersky”: 2020-ci idə istifadəçilərə qarşı hücumların sayı artıb

“Kaspersky”: 2020-ci idə istifadəçilərə qarşı hücumların sayı artıb

08-05-2020
Kiberhücumların aşkarlanması metodları öyrənilir

Kiberhücumların aşkarlanması metodları öyrənilir

28-02-2017
Dövlət qurumlarının saytlarına 7 milyondan çox DDoS hücumu qeydə alınıb

Dövlət qurumlarının saytlarına 7 milyondan çox DDoS hücumu qeydə alınıb

07-04-2026
Kaspersky: Fidyəçi təcavüzkarlar biznesi hədəf alır

Kaspersky: Fidyəçi təcavüzkarlar biznesi hədəf alır

23-12-2021
Kaspersky kriptoqraflarla mübarizə üçün yeni alət hazırlayıb

Kaspersky kriptoqraflarla mübarizə üçün yeni alət hazırlayıb

28-04-2022
Ağıllı cihazlar üçün zərərli proqram sayı 2 dəfə artıb

Ağıllı cihazlar üçün zərərli proqram sayı 2 dəfə artıb

21-07-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə