“Nokia” şirkəti ilə və Azərbaycan və Qafqaz regionun aparıcı telekom operatoru və beynəlxalq səviyyəli telekommunikasiya xidmətləri göstərən “Delta Telekom” şirkəti arasında IP və Optik DWDM şəbəkələrinin təkmilləşdirilməsinə dair müqavilə imzalanıb.
Bu barədə Xeberler.az-a “Delta Telecom”dan məlumat verilib.
Qeyd edilib ki, “Delta Telecom” özünün magistral və regional şəbəkə infrastrukturunun tutumunu əhəmiyyətli dərəcədə artırmaq məqsədilə “Nokia” şirkətinə məxsus FP4 çipseti ilə təchiz edilmiş 7750 Service Router platformalarını və 1830-PSS (Nokia-nın Photonic Service Engine texnologiyasına əsaslanan Photonic Service Switch platforması) DWDM Optik platformalarını seçərək yeni nəsil genişzolaqlı və 5G xidmətlərinə tam hazırlandığını da təsdiq edib.
Bu əməkdaşlıq iki şirkət arasında uzunmüddətli əlaqələrin və tərəfdaşlığın bir hissə olaraq Azərbaycanın ən böyük şəbəkə infrastrukturunun gələcəkdə öz müştərilərinə istər tutum, istər surət və çeviklik,istərsə də azaldılmış enerji istehlakına əsaslanan ən yüksək keyfiyyətdə xidmətlərin təmin olunmasına yönəlib.
Məlumata görə, “Delta Telecom” Qafqaz regionunda internet və habelə korporativ məlumat tutumlarının sürətli artımını dəstəkləmək üçün Bakı şəhərindəki mövcud 100 Gbps-lik MPLS şəbəkəsini 400 Gbps-ə təkmilləşdirərək işə salacaq, həmçinin 100GE tutumlu IP/MPLS regional şəbəkəsinin əhatə dairəsini yetərincə təkmilləşdirəcək.
Bu da regionda tətbiq edilən ilk 400GE IP texnologiyasını dəstəkləyən platforma olacaq.
”Nokia FP4” çipseti ilə çalışan “Nokia”nın şəbəkə avadanlıq platforması telekom operatorlara tutumları səmərəli şəkildə genişləndirmək, yeni yüksək sürətli IP xidmətlərini təmin etməklə bugünkü artan tələbləri həll etməyə imkan verir, həmçinin artan şəbəkə təhlükəsizliyi təhdidlərinə qarşı da misilsiz qorunma təmin edir.
Məlumata götə, “Nokia”nın qabaqcıl şəbəkə avadanlıqları “Delta Telecom”a öz magistralında tutumların böyük artımını dəstəkləməyə imkan verəcək ki, bu da öz növbəsində 5G bazalı əlaqələrin və mobil proqram təminatlarının, video yayınların, yüksək həssaslıq tələb edən oyunların və uzaqdanidarə olunan iş fəaliyyətləri kimi digər yüksək ötürmə qabiliyyəti tələblərinin ödənilməsini həyata keçirəcək:
””Nokia” nın texnoloji həlləri Delta Telecom müştərilərinə yüksəldilmiş SLA göstəriciləri, tam e2e xidmət elastikliyi və dözümlülüyü, 5 dəfə daha yüksək bant genişliyi və daha sürətli xidmət konvergensiyası təqdim etməyə imkan verəcək. “Delta Telecom” idarəetməni sadələşdirmək, xərcləri azaldaraq istər şəbəkənin dayanıqlığını istərsə də cavabdehliyini artırmağa kömək etmək üçün Nokia Şəbəkə Xidmətləri Platformasından (NSP) istifadə edərək öz şəbəkəsini avtomatlaşdıra biləcək”,- deyə məlumatda qeyd edilib.
O da vurğulanıb ki, ”Delta Telecom” layihə başa çatdıqdan sonra istənilən reaksiyaya cavab müddətlərini minimuma endirərək əlavə tutum və əhatə dairəsinin daxilində öz sinfində ən yaxşı xidmətləri vaxtında təmin edə biləcək.
“Delta Telecom”un Baş İcraçı Direktoru Ramazan Vəliyev bildirib ki, “Delta Telecom” milli IP və optik şəbəkələrin qurulmasının növbəti mərhələsində “Nokia” ilə əməkdaşlıq etməkdən məmnundur:
“Biz şəbəkə tutumunda böyük artım görməkdə davam edirik və buna görə də müştərilərimiz üçün bant genişliyi və ötürmə qabiliyyətini artırmaq ehtiyacı olduqca əhəmiyyə kəsb edir. “Nokia” özünün IP və Optik texnoloji həllərindəki yeniliklər ilə bizim şəbəkəmiz üzərindən xidmət alan fərqli sektorlarda olan müştərilərin artan tələbatını idarə etməyə kömək edəcək, infrastruktorun daha həcmli,elastik və fərqli xüsusiyyətlərə malik olmasını təmin edəcək”.
Avropada “Nokia Networks” İnfrastruktur biznesinin baş vitse-prezidenti Rafael De Fermin də bu əməkdaşlığa münasibət bildirib:
“Ultra sürətli genişzolaqlı internet, IoT və Industry 4.0 gerçəkliyə çevrilir və bununla şəbəkələrdən milyonlarla istifadəçi üçün yüzlərlə yeni proqram təminatlarının və xidmətlərin dəstəklənməsi və idarə olunması gözlənilir. IP/optik şəbəkələrdə 400G texnologiyalarında liderlik etmək “Nokia”nın texnoloji innovasiya məqsədinin əsasıdır. Biz “Delta Telecom”la əlaqələrimizi genişləndirməkdən və əsas xidmətlərin təminatçısı olaraq onların topdansatış müştəriləri üçün yüksək səviyyəli rabitə xidmətləri təmin etməkdən məmnunluq hissi duyuruq."
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri