“deputat.az” portalı fəaliyyətə başladı

28-08-2010 / 04:26

Azəri-Press İnformasiya Agentliyi (APA) yeni layihəyə start verib.

Yeni layihə “deputat.az” portalıdır. “www.deputat.az” Azərbaycan internet məkanında seçkilərlə bağlı bütün prosesi işıqlandıracaq yeganə “on-line” xəbər portalı olacaq.

Yeni layihənin əsas məqsədi internet istifadəçiləri arasında seçki maarifləndirməsini həyata keçirmək, insanlarda vətəndaş aktivliyini stimullaşdırmaq, Milli Məclisə qarşıdakı seçimlərin gedişi ilə əlaqədar bütün informasiyanın bir məkanda operativ şəkildə toplanmasını təmin etməklə obyektiv bələdçi rolunu oynamaqdır.

Portal bununla yanaşı, seçimlərə qatılacaq namizədlərə informasiya dəstəyi verəcək, onlara müxtəlif təbliğat-təşviqat vasitələrinin peşəkar səviyyədə hazırlanması, çapı və yayımı ilə əlaqədar bütün işlərin təşkilində öz mütəxəssislərinin ödənişli əsaslarla xidmətini təklif edəcək. Namizədlər həyata keçirdikləri seçki kampaniyasının eksklüziv işıqlandırılmasını da “deputat.az-ın köməyi ilə həyata keçirə bilərlər.

2010-cu il parlament seçimləri ərəfəsində istifadəçilərin ixtiyarına verilmiş portal seçkilərdən sonra da fəaliyyətini davam etdirəcək, əsasən deputatların cari fəaliyyətini işıqlandıracaq.

mənbə: lent.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə