DGK sədri “Temu” platforması ilə bağlı məsələyə aydınlıq gətirib

29-04-2026 / 19:13

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov “Temu” platforması ilə bağlı məsələyə aydınlıq gətirib.

Xeberler.az bildirir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugün keçirilən iclasında Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı məlumat verib.

"Temu” platforması vasitəsilə Azərbaycana daxil olan bağlamaların həcmi birdən-birə kəskin şəkildə artdı. Birdən-birə elektron məlumatlar, bildirişlər verilmədən külli həcmdə yüklər hava limanına gətirildi. Bunun həcmi 400 tona qədər qalxdı. Biz məcbur olduq ki, onları az resurslarımızla hesablayaq, kimə məxsus olduğunu, hansı məqsədlərlə gətirildiyini müəyyən edək. Bu mallar başqa məqsədlər üçün də gətirilə bilər. Çünki əmin deyilik ki elektron ticarətlə sırf istehlak üçün və təhlükəsi olmayan mallat gətirilir. Elə dərmanlar var ki, ölkəyə gətirilməsinə icazə olmalıdır. Psixotrop maddələr, digər qadağan edilmiş ola predmetlər ola bilər. Biz balansı qorumalıyıq. “Temu” ilə bağlı məsələ iki həftə çəkdi. Sonra biz o məsələni öz resurslarımızla birtəhər həll etdik. “Temu”-nun qarşısında məsələ qoyduq ki, siz məlumatları əvvəlcədən verin, biz o məlumatları Risk İdarəetmə Sisteminə daxil edək”, - deyə Şahin Bağırov qeyd edib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə